Hər Kim Namazın Birinci Rükətinin Rükusuna Çatarsa,
Artıq Namaz Çatmış Olur
158
353. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim namazın bir
rükətinə yetişərsə namaza yetişmiş olar”. (Buxari 580, Muslim 607/161, 1401)
Beş Vaxt Namazın Vaxtları
354. Bəşir İbn Əbu Məsud rəvayət edir ki, Peyğəmbərin belə
buyurduğunu eşitdim: “Cəbrail nazil oldu və mənə imam olaraq namaz
qıldırdı. Sonra onunla namaz qıldım, Sonra onunla namaz qıldım, Sonra
onunla namaz qıldım, Sonra onunla namaz qıldım, bunları sözylədikcə
barmaqlarıyla beş namaza işarə etdi”. (Buxari 3221, Muslim 610/166, 1410)
355. Əbu Məsud əl-Ənsariy, İbn Şihabdan, o da Ömər İbn AbdulƏziz bir gün
(əsr) namazını gecikdirdi (bir az gec qıldı). Yanına Urvə İbn Zubeyr daxil oldu
və xəbər verdi ki: “Bir gün Muğira İbn Şobə İraqda ikən (əsr) namazını
(başlanğıc vaxtından bir qədər) gec qıldı. (Bunu görən Əbu Məsud əl-Ənsari
onun yanına gəlib) dedi: ”Bu nədir, ey Muğira? Məgər sən bilmirsən ki,
Cəbrail yerə enib namaz qıldı, Peyğəmbər də o namazı qıldı; sonra yenə
namaz qıldı, Peyğəmbər də o namazı qıldı; sonra yenə namaz qıldı,
159
Peyğəmbər də o namazı qıldı; sonra yenə namaz qıldı, Peyğəmbər də o
namazı qıldı; sonra yenə namaz qıldı, Peyğəmbər də o namazı qıldı və dedi:
“Mənə belə əmr edildi”. Bu sözlərdən sonra Ömər, Urveye dedi: “Söylədiklərinə
əminsən, namaz vaxtlarını Rəsulullah üçün iqamə edən, yəni vaxtlarını təyin
edən Cəbril idi?”. Urvə: “Bəşir İbn Əbu Məsud atasından rəvayət etdi” dedi.
(Buxari 521, Muslim 610/167, 1411)
356. Aişə
rəvayət edir ki, Peyğəmbər günəş (şüaları) hücrəsinə (evinə)
düşərdi və kölgə hücrədən yüksəlmədən əsr namazını qılardı”. (Buxari 522,
Muslim 611/168, 1412)
Şiddətli İsti Olan Vaxt Camaat Namazına Gedən Bir Kimsə
İstiyə Məruz Qalarsa, Zöhr Namazını Sərin Vaxta
Saxlamağın Müstəhəb Olması
357. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Hava) bərk
istiləşdikdə sərin düşənədək namazı təxirə salın, çünki istilərin artması
Cəhənnəmin nəfəs almasına (qaynamasına) görədir”. (Buxari 536, Muslim
615/180, 1426)
358. Əbu Zərr əl-Ğifari rəvayət edir ki, Peyğəmbərin müəzzini zöhr
namazı üçün azan vermək (istədi). Peyğəmbər: “Sərin düşənədək (gözləyin)
Sərin düşənədək (gözləyin)” dedi. İstinin şiddəti Cəhənnəmin qaynamasın-
dandır (nəfəs almasına görədir). Havanın həarəti artıdığı zaman namazı sərin
düşənədək (gözləyi)”. Hətta biz təpələrin kölgələrinin uzandığını görənə qədər
(gözlədik). (Buxari 535, Muslim 616/184, 1431)
160
359. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Bir zaman)
Cəhənnəm öz Rəbbinə şikayət edib demişdir: “Ey Rəbbim, bir hissəm digər
hissəmi yedi!” Rəbbi də ona iki dəfə nəfəs almağa izn verdi: bir dəfə qışda, bir
dəfə də yayda. Bu, sizin il boyu gördüyünüz ən şiddətli isti və ən şiddətli
soyuqdur.” (Buxari 537, Muslim 1432)
Şiddətli İsti Olmadaığı Vaxt, Zöhür Namazını Əvvəl
Vaxtında Qılmağın Müsthəb Olması
360. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər ilə birlikdə şiddətli istidə
namaz qılardıq. Bəzilərimiz şiddətli istidən üzünü yerə vura bilmədiyi üçün
libasının bir ucunu səcdə yerinə yayar və üzərinə səcdə edərdi”. (Buxari 1208,
Muslim 620/191, 1438)
Əsr Namazını Tezləşdirmənin (Vaxtın Əvvəlində Qılmağın)
Müstəhəb Olması
361. Ənəs İbn Malik rəvayət edir ki, Peyğəmbər günəş yüksəklikdə
olduğu və (adamı) yandırdığı vaxtda əsr namazını qılardı. (Namazdan sonra)
Əvaliyə
37
getmək istəyən kəs (oraya) gedər və günəş hələ yüksəklikdə olduğu
vaxtda onların yanına qayıdardı. Hərçənd ki, Əvalinin bəzi yerləri Mədinənin
37
Əvali – Mədinənin ətrafında olan yaşayış yerləri.
161
dörd milliyində və ya buna yaxın məsafədə yerləşirdi. (Buxari 550, Muslim
621/192, 1439)
362. Ənəs İbn Məlik, Əbi Uməmədən rəvayət edir ki, bir dəfə Ömər İbn
AbdulƏzizin arxasında Zöhr namazını qıldıq. Sonra çıxıb Ənəs İbn Məlikin
yanına getdik. Biz onu Əsr namazını qılan gördük. Ona: “Ey Əmim! Bu hansı
namazdır qılırsan?” dedim. O: “Əsr namazıdır, bu namaz vaxtilə Peyğəmbərlə
bərabər qıldığım namazdır” dedi. (Buxari 549, Muslim 623/196, 1444)
363. Rafi İbn Xadic rəvayət edir ki, biz Peyğəmbərlə bərabər Əsr namazını
qıldıq. Sonra dəvəmizi kəsib on qismə bölərdik. Gün batmazdan öncə də
bişirib yeyərdik”. (Buxari 2485, Muslim 625/198, 1446)
Əsr Namazını Gecikdirənə Şiddətli Cəza
364. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Əsr namazını
buraxan adam ailəsini və malını itirmiş kimidir.” (Buxari 552, Muslim 626/200,
1448)
Orta Namazın Əsr Namazı Olduğunu Deyənlərin Dəlili
162
365. Əli rəvayət edir ki, Əhzab günü Peyğəmbər : “Allah müşriklərin
evlərini və məzarlarını atəşlə doldursun. Onlar bizləri günəş batdığı vaxta
qədər Əsr namazından saxladılar”. (Buxari 2931, Muslim 627/205, 627/205,
1456, 1457)
366. Cabir İbn Abdullah rəvayət edir ki, Xəndək döyüşü əsnasında Ömər İbn
Xəttab gün batandan sonra (müsəlmanların yanına) qayıtdı və Qureyş
kafirlərini söyməyə başladı. Sonra dedi: “Ya Rəsulullah, mən əsr namazını gün
batana yaxın qıldım.” Peyğəmbər: “Vallahi, mən əsr namazını hələ
qılmamışam.” Sonra biz Buthana yollandıq. (Orada) Peyğəmbər dəstəmaz
aldı və biz də namaz qılmaq üçün dəstəmaz aldıq. Gün batandan sonra o, əsr
namazını, arxasınca da məğrib namazını qıldırdı. (Buxari 596, 4112, Muslim
631/209, 1462)
Sübh Və Əsr Namazının Fəziləti Və Bu Namazların
Mühafizəsi
367. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir dəstə mələk
gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar sübh
və əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni sizin aranızda
keçirən mələklər (səmaya) qalxır və Allah onlardan: “Siz Mənim qullarımı nə
vəziyyətdə tərk etmisiniz?” deyə soruşur, halbuki O, qullarının (nə etdiklərini)
daha yaxşı bilir. Bununla belə onlar deyirlər: “Biz onları namaz qıldıqları halda
tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar.” (Buxari 555, 7429,
7486, Muslim 632/210, 1464)
163
368. Cərir rəvayət edir ki, (bədr) gecəsi biz Peyğəmbərin yanında ikən o,
aya baxıb dedi: “Siz bu ayı gördüyünüz kimi, Rəbbinizi də (öz gözünüzlə)
görəcək və Ona baxmaq üçün bir-birinizə mane olmayacaqsınız. Əgər gün
doğmamışdan və batmamışdan əvvəl sizi namaz (sübh və əsr) qılmaqdan
yayındıracaq (işlərdən) çəkinə bilirsinizsə, çəkinin.” Sonra o (bu ayəni) oxudu:
“Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!”.
(Qaf 39). (Buxari 554, 4851, Muslim 633/211, 1466)
369. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim sübh və əsr
namazlarını qılarsa, Cənnətə girər.” (Buxari 574, Muslim 635/215, 1470)
Məğrib Namazının Vaxtının Əvvəli, Günəşin Batdığı
Vaxtın Olmasının Bəyanı
370. Sələmə rəvayət edir ki, bizlər Peyğəmbərlə bərabər Məğrib namazını
günəş hicabla gizləndiyi zaman qılardıq”. (Buxari 561, Muslim 636/216, 1472)
371. Rafi İbn Xədic rəvayət edir ki, biz Peyğəmbərlə birlikdə Məğrib
namazını qıldıqdan sonra (hər) birimiz namazdan çıxar və atdığı oxun
düşdüyü yeri görə bilərdi”. (Buxari 559, Muslim 637/217, 1473)
İşanın Vaxtı Və Onu Gecikdirmək
164
372. Aişə
rəvayət edir ki, (bir dəfə) Peyğəmbər İslam hələ (Mədinədən
kənara) yayılmadığı bir dövrdə, işa namazını (gecənin ilk üçdə birinədək)
gecikdirdi və Ömər: “Qadınlar və uşaqlar artıq yatıblar” deməyincə, (evdən)
çıxmadı. (Yalnız bundan) sonra bayıra çıxdı və məsciddəkilərə dedi: “Sizdən
başqa yer üzündə yaşayanlardan heç bir kimsə (bu saatda) işa namazını
gözləmir.” (Buxari 566, Muslim 638/218, 1475)
373. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər bir gecə İşa namazını
o, qədər təhirə saldı ki, bizlər məsciddə yatdıq, sonra oyndıq, sonra yenə
yatdıq və oyandıq. Sonra Peyğəmbər yanımıza gəlib buyurdu: “Bu an yer
üzündə sizdən başqa bu namazı gözləyən kimsə yoxdur”. (Buxari 570, Muslim
639/221, 1479)
374. Humeyd rəvayət edir ki, Ənəsdən soruşdum: “Peyğəmbərin möhür
olan üzüyü vardımı?” deyə soruşdu. Ənəs: “Peyğəmbər bir gecə İşa namzını
gecə yarısına qədər gecikdirdi. Namazı qıldırdıqdan sonra sonra bizə yönəldi.
Peyğəmbərin gümüş möhür üzüyünün parıltısı hələ də gözümün özündədir”.
Peyğəmbər: “(Bu saatda) insanlar nmaz qılıb yatmışdılar. Sizlər isə namazı
gözlədiyiniz müddətdə namazın içində idiniz” deyə buyurdu. (Buxari 5869,
Muslim 640/222, 1480)
375. Əbu Musa demişdir: “Mən və mənimlə birlikdə (Yəməndən) gəmidə
gəlmiş yoldaşlarım (bir müddət) Buthan vadisində qaldıq. O zaman
Peyğəmbər Mədinədə idi. Bizlərdən bəziləri hər gecə işa namazı vaxtı növbə
ilə Peyğəmbərin yanına gedərdi. (Bir gecə) mən yoldaşlarımla Peyğəmbərin
yanına gəldikdə o özünə aid olan bir işlə məşğul idi. Buna görə də namazı
165
gecə yarısınadək gecikdirdi. Sonra (evindən) çıxıb camaata namaz qıldırdı.
Namazını bitirdikdən sonra orada olanlara dedi: “Tələsməyin! Sevinin!
Həqiqətən də, Allahın sizə olan lütfündəndir ki, sizdən başqa yer üzündə
yaşayanlardan heç kəs (bu saatda) işa namazını qılmır (və ya sizdən başqa heç
kəs bu vaxt namaz qılmır)”. (Rəvayətçi) onun bu sözlərdən hansı birini
söylədiyini bilmirdi. Əbu Musa: “Biz Peyğəmbərdən eşitdiyimizə sevindik
və (yerimizə) qayıtdıq”. (Buxari 567, Muslim 641/224, 1483)
376. İbn Abbas rəvayət edir ki, Peyğəmbər bayıra çıxdı – o, sanki indi də
gözlərim önündədir, başından su damcılayırdı, əlini də başına qoymuşdu. O
buyurdu: “Əgər ümmətimə çətin olmasaydı, bu namazı məhz bu vaxtda
qılmağı onlara əmr edərdim.” (İbn Cureyc, Atadan, o da İbn Abbasdan)
İbn
Abbas Peyğəmbərin əlini öz başına necə qoyduğunu izah edib demişdir:
“O, barmaqlarını bir qədər aralayıb sonra barmaq uclarını başının yan tərəfinə
qoydu, daha sonra barmaqlarını birləşdirib baş barmağı gicgahla saqqalın
birləşdiyi tərəfdən qulaq mərcəyinə dəyənədək başına çəkdi. O, (bu əməli
təkrar təkrar) edərkən nə tələsər, nə də əskildərdi. Sonra: “Əgər ümmətimə
çətin olmasaydı, bu namazı məhz bu vaxtda qılmağı onlara əmr edərdim.”
(Buxari 571, Muslim 642/225, 1484)
Sübh Namazını Əvvəl Vaxtında (Bu Vaxt İsə Gecənin Axır
Qaranlıq Olan Vaxtıdır) Tezləşdirməyin Müstəhəb Olması
Və Bu Namazda Qiraətin Miqdarı
166
377. Aişə
rəvayət edir ki, mömin qadınlar Rəsulullah ilə birlikdə sübh
namazını örtüklərinə örtünərək namaza hazır durardılar. Sonra namazlarını
qılıb evlərinə qayıdardılar. Qaranlıq olduğuna görə onları kimsə tanımazdı”.
(Buxari 578, Muslim 645/231, 1490)
378. Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər zöhr namazını
günorta vaxtı, əsr namazını günəş hələ parlaq ikən, məğrib namazını günəş
batdıqda, işa namazını isə hərdən (ilk vaxtında), hərdən də (axır vaxtında)
qılardı. Görsəydi ki camaat (məscidə) toplaşıb, (namazı) erkən qılardı, görəndə
ki onlar yubanırlar, (onu) gec qılardı. Sübh namazını isə onlar (yaxud
Peyğəmbər ) ala-qaranlıqda qılardı. (Buxari 560, Muslim 646/233, 1492)
379. Əbu Bərzə əs-Sələmidən namazların vaxtları barəsində soruşduq.
Peyğəmbər Zöhr namazını günəş zeniti keçdikdən sonra qılardı, əsr namazını
(elə bir saatda qılardı ki) bir nəfər Mədinənin ən uzaq yerinə gedib qayidardı
günəş hələ də qızmar olaraq (yandırardı). Ravi deyir ki, Əbu Bərzə deyir ki,
axşam namazının vaxtı barəsində söylədiklərini unutdum. Peyğəmbər İşa
namazını gecənin üçtə birinə kimi gecikdirməsinə bir şey deməzdi və işa
namazından qabaq yatmağı və ondan sonra danışmağı sevməzdi. Sübh
namazını qıldırdıqdan sonra namazdan ayrıldıqca insan yanında oturanı
tanıyardı. Sübh namazın iki rükətində və birində altımış ilə yüz ayə arası
oxuyardı”. (Buxari 771, Muslim 647/235, 1494)
Camaat Namazının Fəziləti Və Ondan Qaçanlar
(Davamiyyətli Gəlməyənlər) Haqqında Olan Şiddətin
Bəyanı
167
380. Əbu Hureyra demişdir: “Mən Peyğəmbərin belə dediyini eşitdim:
“Camaat namazı birinizin fərdi şəkildə qıldığı namazdan iyirmi beş dəfə
üstündür və gecə mələkləri ilə gündüz mələkləri sübh namazında bir yerə
toplaşırlar”. Əbu Hureyra: “İstəyirsinizsə, (bu ayəni) oxuyun: “...sübh çağı
oxunan Quranın şahidləri olur”. (əl-İsra 78). (Buxari 648, Muslim 649/246,
1505)
381. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Camaat namazı fərdi
namazdan iyirmi yeddi dərəcə üstündür.” (Buxari 645, 646, Muslim 650/249,
1509)
382. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Canım Əlində
olan Allaha and olsun ki, mən istərdim əmr edəm, odun yığsınlar, sonra əmr
edəm, (camaatı) namaza çağırmaq üçün azan versinlər, sonra da bir adama
camaata namaz qıldırmağı tapşıram və namaza gəlməyən kişilərin evinə gedib
onların evlərini yandırıb kül edəm. Canım Əlində olan Allaha and olsun ki,
əgər onlardan birisi (burada) ona üstündə yağlı ət parçası olan sümük və ya bir
cüt qoyun dırnağı veriləcəyini bilsəydi, mütləq işa namazına gələrdi.” (Buxari
644, 7224, Muslim 651/251, 1513)
383. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Münafiqlər üçün
sübh və işa namazlarından daha ağır namaz yoxdur. Əgər onlar bu iki
namazın nə qədər (xeyirli və bərəkətli) olduğunu bilsəydilər, bu namazları
qılmaq üçün dizləri üstündə sürünə-sürünə də olsa (məscidə) gələrdilər. Mən
istərdim əmr edəm, (camaatı namaza) çağırmaq üçün Muəzzin iqamə versin,
sonra da bir adama camaata namaz qıldırmağı tapşıram və sonra Cəhənnəm
168
atəşindən bir parça götürərək namaza gəlməyən yandırıb yandırıb kül edəm.”
(Buxari 657, Muslim 651/252, 1514)
Üzrlü Halda Camaat Namazına Gəlməməyə Rüxsət
Verilməsi
384. Mahmud İbn Rabi əl-Ənsari rəvayət edir ki, Peyğəmbərin əshabəsi və
Bədr döyüşünün ənsardan olan iştirakçısı İtban İbn Malik Peyğəmbərin
yanına gəlib dedi: “Ya Rəsulallah! Mənim gözlərim zəifləyib. Özüm də
qövmümə namaz qıldırıram. Yağış yağdığı zaman mənimlə onların arasında
olan vadini su basır deyə, məscidlərinə gedib onlara namaz qıldıra bilmirəm.
Ya Rəsulullah! Mən istəyirəm ki, sən bizim evə gəlib orada namaz qılasan, mən
də həmin yeri namazgah edim.” Peyğəmbər: “Allah qoysa, mən (bunu)
edərəm!” dedi. İtban: “Ertəsi gün səhər tezdən Peyğəmbər Əbu Bəkrlə
birlikdə bizə gəldilər. Peyğəmbər evə girməyə izn istədi, mən də ona izn
verdim. Evə girdikdə oturmadan dərhal soruşdu: “Evin harasında namaz
qılım?”. İtban: “Mən ona evimdə bir yer göstərdim. Peyğəmbər orada durub
“Allahu Əkbər” dedi (və namaz qılmağa başladı). Biz də onun arxasında
cərgəyə durduq. O, iki rükət namaz qıldı və salam verib (namazı bitirdi)”.
İtban: “Biz Peyğəmbəri bir qədər yubatdıq ki, onun üçün hazırladığımız
xəzirəni (ət yeməyi yeyə bilsin). Bu yerin əhalisindən bir çoxları (Peyğəmbərin
gəlişindən xəbər tutan kimi) gəlib evə doluşdular. Onlardan biri soruşdu:
“Malik İbn Duxeyşin (və ya İbn Duxşun) haradadır?” Oradakılardan biri
dedi: “O, münafiqdir, Allahı və Onun Elçisini sevmir.” Peyğəmbər: “Belə
169
demə! Məgər sən bilmirsən ki, o, Allahın Üzünü diləyərək “ Lə ilahə illəllah”
demişdir?” (O adam) dedi: “Allah və Onun Elçisi daha yaxşı bilər!”. İtban: “Biz
onun münafiqlərə qarşı (mehriban) mövqedə olduğunu və onlara məsləhət
verdiyini görürük”. Peyğəmbər: “Allah, həqiqətən də, Onun Üzünü diləyərək
“Lə ilahə illəllah” deyən kimsəyə, Cəhənnəm odunun toxunmasını haram
etmişdir.” (Buxari 425, 1186, 5401, Muslim 33/263, 1528)
385. Mahmud İbn Rabi xəbər verdi ki, Rəsulullahı xatırladığını, evlərində
olan vedrədən ağzına su alıb püskürdüyünü xatırladı və sonra yuxarıda keçən
İtbanın hədisini zikr etdi”. (Buxari 839, Muslim 33/265, 1530)
Nafilə Namazında Camaat Olmasının, Həsirin, Səccadənin,
Örtüyün, Paltarın Və Digər Təmiz Şeyərin Üzərində Namaz
Qılmağın Icazəli Olması
386. Meymunə rəvayət edir ki, Peyğəmbər , mən qarşısında və heyizli
olduğum halda namaz qılırdı. Bəzən səcdə etdiyi zaman geyindiyi libası – mən
heyizli olduğum halda – mənə toxunardı. Peyğəmbər xurma yarpaqlarından
düzəldilmiş səccadə üzərində namaz qılardı”. (Buxari 379, Muslim 513/270,
1174, 1536)
Camaat Namazının Fəziləti Və Namazı Gözləməyin Fəziləti
170
387. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər demişdir: “(İnsanın)
camaatla qıldığı namazı öz evində və ya bazarda (fərdi şəkildə) qıldığı
namazdan iyirmi beş dəfə artıqdır (savabı). Çünki sizlərdən biri lazımı
qaydada dəstəmaz alıb ancaq namaz qılmaq məqsədilə məscidə gəlsə, məscidə
daxil olanadək atdığı hər addıma görə Allah onu bir dərəcə yüksəldər və onun
bir günahını silər. Məscidə daxil olduqdan sonra orada qaldığı vaxt ərzində
namazda olduğu kimi sayılar. Namazını qılacağı yerdə gözlədiyi vaxt ərzində,
dəstəmazı pozulanadək mələklər: “Allahım, onu bağışla! Allahım, ona rəhm
et!” deyə onun üçün dua edirlər. (Buxari 477, Muslim 649/272, 1538)
Çox Addımlarla Məscidə Getməyin Fəziləti
388. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Camaatla birlikdə)
namaz qıldıqlarına görə ən böyük mükafatı o kəslər qazanırlar ki, onlar
(məscidə gələndə) ən uzaq məsafəni qət edirlər. İmamla birgə namaz qılmaq
üçün namazı gözləyənin mükafatı isə namazı qılan kimi yıxılıb-yatan kimsənin
mükafatından daha böyükdür.” (Buxari 651, Muslim 662/277, 1545)
Namaza Piyada Gedərkən Xətalar (Günahlar) Silinir Və
Dostları ilə paylaş: |