İmam Gecikdiyi Vaxt Başqa Birisini İmam Təyin Etməkdə
Məfsədə Qorxusu Olmasa, Camaatın Özlərinə Namaz
Qıldırmaq Üçün Bir Nəfəri İmamlığa Keçirməsi
243. Səhl İbn Səd əs-Saidi rəvayət edir ki, Peyğəmbər Amr İbn Auf
oğullarının yanına getmişdi ki, onların arasını düzəltsin. Bu əsnada namaz
vaxtı yetişdi və müəzzin Əbu Bəkrin yanına gəlib dedi: “Camaata namaz
qıldıracaqsansa, iqaməni verim?” Əbu Bəkr: “Bəli!” deyə cavab verdi. Beləliklə,
Əbu Bəkr (camaata) namaz qıldırdı. Camaat namazda ikən Peyğəmbər
qayıdıb gəldi və cərgələrin arasından keçib birinci cərgədə durdu. Bu vaxt
camaat əl çalmağa başladı, lakin Əbu Bəkr namaz qılarkən başını arxaya
çevirməzdi. Camaat bərkdən əl çalmağa başladıqda o, arxaya çevrildi və
120
Peyğəmbəri gördü. Peyğəmbər əli ilə ona işarə etdi ki, yerində qal. Belə
olduqda Əbu Bəkr əllərini göyə qaldırıb Peyğəmbərin ona verdiyi əmrə
görə Allaha həmd-səna dedi. Sonra da arxaya çəkilib (birinci) cərgədə durdu.
Peyğəmbər isə önə keçib (camaata) namaz qıldırdı. Namazı bitirdikdən
sonra dedi: “Ey Əbu Bəkr, sənə əmr etdiyim halda yerində qalmağına mane
olan nə idi?” Əbu Bəkr: “Əbu Quhafənin oğluna Peyğəmbərin qarşısında
namaz qılmaq yaraşmazdı.” Sonra Peyğəmbər (camaata) dedi: “Niyə siz bu
qədər çox əl çaldınız? Hər kim namaz əsnasında özündə şübhə doğuran bir
şey (görsə), qoy: “Subhanəllah!”– desin. Əgər: “Subhanəllah!”– desə, ona
diqqət yetirilər. Əl çalmaq isə qadınlara aiddir. (Buxari 684, Muslim 421, 639,
976)
Namazda Hər Hansı Bir (Xəta) Baş Versə, Kişilərin
Sübhənallah, Qadınların İsə Əl Çalması
244. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Subhanəllah!”–
demək kişilərə, əl çalmaq isə qadınlara aiddir”. (Buxari 1203, Muslim 422, 641,
982)
Namazı Gözəl, Tam Və Xuşu İlə Qılmağın Əmr Olunması
245. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yoxsa siz elə
güman edirsiniz ki, mən ancaq bu qibləmi (görürəm)? Allaha and olsun ki,
sizin (namazdakı) hərəkətiniz və (necə) rükuya getməyiniz məndən gizli
qalmır. Çünki mən sizin arxamda nə etdiyinizi görürəm.” (Buxari 418, Muslim
424, 643, 986)
121
246. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Namazda ruku
və səcdə doğru edin. Allaha and olsun ki, mən sizi arxamdan da görürəm. Və
ya Mən sizi ruku və səcdə etdiyiniz zaman arxamdan görürəm”. (Buxari 742,
Muslim 425, 644, 987)
Rükuda, Səcdədə Və Ya Buna Oxşar Əmsallarda İmamı
Qabaqlamağın Qadağan Olunması
247. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Məgər sizlərdən
imamdan qabaq başını səcdədən qaldıranlar qorxmur ki, Allah onların başını
eşşək başına döndərər və ya onların özlərini eşşəyə döndərər.” (Buxari 691,
Muslim 427, 648, 991, 992)
Səflərin Düz Və Doğru Tutulması
248. Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Səflərinizi düzəldin.
Çünki səfflərin düz olması namazın tamamndandır”. (Buxari 723, Muslim 433,
656, 1003)
249. Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Səflərinizi düzəldin.
Həqiqətən mən sizi arxamdan da görürəm”. (Buxari 718, Muslim 434, 657,
1004)
122
250. Nomən İbn Bəşir rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Namaza
duranda) sıralarınızı düzəldin (və arada qalan boşluqları doldurun). Yoxsa
Allah sizin üzünüzü dəyişdirər (aranıza ədavət salar)”. (Buxari 717, Muslim
436, 659, 1006)
251. Əbu Hureyra rəvayət edir ki, mən Peyğəmbərin belə dediyini
eşitdim: “Əgər insanlar azan (verməyin) və (namazda) birinci sırada
(durmağın nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər və (buna nail
olmaq üçün) püşk atmaqdan başqa bir çarə tapmasaydılar, hökmən püşk
atardılar; əgər onlar namazın vaxtı yetişən kimi onu qılmağın (nə qədər xeyirli
və bərəkətli) olduğunu bilsəydilər, onu yerinə yetirmək üçün bir-birini ötüb
keçməyə çalışardılar; və əgər onlar işa və sübh namazlarını (camaatla birgə)
qılmağın (nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər, bu namazları
qılmaq üçün dizləri üstündə sürünə-sürünə də olsa (məscidə) gələrdilər”.
(Buxari 615, Muslim 437, 661, 1009)
Kişilərin Arxasında Namaz Qılan Qadınlara, Kişilərdən
Qabaq Başlarını Səcdədən Qaldırmamalarının Əmrı
252. Səhl rəvayət edir ki, bəzi əshabələr fitələrinin ətəklərini oğlan
uşaqlarının etdiyi kimi boyunlarına bağlayıb Peyğəmbərlə birlikdə namaz
qılardılar. (Buna görə də) Peyğəmbər (camaat namazına gələn qadınlara)
deyərdi: “Kişilər qalxıb oturanadək siz başınızı (səcdədən) qaldırmayın”
(Buxari 362, 814, 1215, Muslim 441, 665, 1015)
123
Fitnəyə Səbəb Olmamaq Şərti İlə (Fitnə Yoxdursa)
Qadınların Məscidlərə Getmələri, Lakin Ətirlənib
Çıxmamaları
253. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu:
“Qadınlarınız sizdən məscidə getmək üçün izn istəsələr, onlara mane olmayın
(izn verin)” (Buxari 873, 5238, Muslim 442, 666, 1016)
254. İbn Ömər deyir ki: Ömərin bir zövcəsi vardır ki, sübh və işa
namazlarını hər gün məsciddə cəmaatla qılardı. Ona: “Ömər bunu istəməz və
qısqanır olduğunu bilirkən niyə məscidə gedirsən?” deyildi. Qadın: “Ömərin
bunu qadğan etməsinə səbəb nədir ki?” dedi. O, da: “Rəsulullahın, Allahın
qullarını, Allahın məscidlərinə getməyi qadağan etməyin” sözüdür dedi.
(Buxari 900, Muslim 442, 668, 1018)
255. Aişə
deyir ki, Peyğəmbər bu günkü qadınların hallarını görsəydi
İsrail oğlları qadınlrının çölə çıxmalarını (məscidə getmələrini) qadağan
etdiləri kimi bu qadınları da qadağan edərdi”. Yəhyə İbn Səid, Bəni Amrəyə
dedi: “İsrail oğulları qadınları qadağnmı etmişlr?” dedim. Amrə: “Bəli,
qadağan etmişdilər” dedi. (Buxari 869, Muslim 445, 676, 1027)
Səsli Namazda Səsli Oxuduğuna Görə Məfsədənin Ortaya
Gəlməsindən Qorxduğu Zaman, Qiraətdə Səsli İlə Səssizin
Arasında Orta Yolun Tutulması
124
256. İbn Abbas deyir ki: “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl.
Bunların arasında orta bir yol tut”. (əl-İsra 110). Peyğəmbər Məkkədə gizli
yaşadığı an nazil olmuşdur. Lakin Rəsulullah, səhabələriylə namaz qıldıqları
zaman Quran oxuyarkən səslərini yüksəldirdilər. Müşriklər isə onların
səslərini eşitdikləri zaman həm Qurana, həm Quranı nazil edəni, həm də
Quran nazil olanı söyürdülər. Allah: “Namazını nə uca səslə, nə də pıçıltı ilə
qıl. Bunların arasında orta bir yol tut” ayəsini nazil etdi. Yəni, namazda ikən
səsini çox qaldırma ki, müşriklər eşitsinlər, nə də pıçıltılı etmə ki, səhabələr də
eşitməsinlər. Bunların arasında orta bir yol tut. Uca səslə qışqırmadan onlara
eşitdir ki, Quranı səndən götürsünlər”. (Buxari 7490, Muslim 446, 677, 1029)
Qiraəti Dinləmə
257. İbn Abbas Uca Allahın: “(Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-
tələsik yadda saxlamaq üçün dilini tərpətmə!”. (əl-Qiyamət 16). ayəsini izah
edib demişdir: “Cəbrail Peyğəmbər vəhy nazil etdiyi zaman (Qurandan bir şey
qaçırır deyə) dodaqlarını tərpədərdi. Ona: “Vəhy ilə bərabər dilini hərəkət
etdirmə” deyildi. Peyğəmbər Qurandan bir şey qaçırmasından qorxurdu.
Sonra Uca Allah (bu ayəni) nazil etdi: “And içirəm Qiyamət gününə”. “(Cəbrail
sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini
tərpətmə! Şübhəsiz ki, onun (sənin qəlbində) qərar tutması və dilinlə oxunması
Bizə aiddir”. (əl-Qiyamət 16-17). yəni burada olan “Cəmah” – Quranı sənin
köksündə toplamaq bizə aiddir. “Quranəhu” - “Biz onu oxuduğumuz zaman
sən onun oxunuşunu izlə”. (əl-Qiyamət 18). (yəni) onu dinlə və sus. “Sonra,
sözsüz ki, onu izah etmək də Bizə aiddir”. (əl-Qiyamət 19). yəni, onu sənin
dilin üzərinə bəyan etmək də bizə aiddir”. (Buxari 4929, 5044, Muslim 448,
1032)
125
258. İbn Abbas Uca Allahın: “(Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-
tələsik yadda saxlamaq üçün dilini tərpətmə!”. (əl-Qiyamət 16). ayəsini izah
edib demişdir: “Allahın elçisi nazil olan ayələrin (ağırlığından) çətinlik çəkər
və (tələm-tələsik) dodaqlarını tərpədərdi.” İbn Abbas: “Allahın elçisi
dodaqlarını necə tərpədirdisə, mən də dodaqlarımı eləcə tərpədirəm.” Sonra
Uca Allah (bu ayəni) nazil etdi: “(Cəbrail sənə Quranı nazil etdikdə) onu
tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, onun (sənin
qəlbində) qərar tutması və dilinlə oxunması Bizə aiddir”. (əl-Qiyamət 16-17).
(yəni) oxuya biləsən deyə, onu sənin qəlbində cəm edər. “Biz onu oxuduğumuz
zaman sən onun oxunuşunu izlə”. (əl-Qiyamət 18). (yəni) onu dinlə və sus.
“Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir”. (əl-Qiyamət 19). (yəni)
Bizim öhdəmizə düşən odur ki, sən onu oxuya biləsən. Bundan sonra Cəbrail
(hər dəfə) Peyğəmbərin yanına gəldiyi zaman Peyğəmbər onu dinləyərdi.
Cəbrail getdikdən sonra isə Peyğəmbər (Quranın ayələrini) onun oxuduğu
kimi oxuyardı. (Buxari 5, Muslim 448, 680, 1033)
Sübh Namazında Qiraəti Səslə Oxumaq Və Cinlərə Quran
Oxumaq
259. İbn Abbas rəvayət edir ki, Peyğəmbər bir dəstə əshabəsi ilə Ukaz
bazarına getdi. Artıq şeytanlar səmavi xəbəri (Allahın mələklərə nazil etdiyi
vəhyi) oğrun-oğrun öyrənməkdən məhrum olmuş və onları yandırıb yaxan
ulduzlar təqib etmişdir. Onlar öz qövmünün yanına qayıtdıqda (onlardan):
“Sizə nə olub?” deyə soruşdular və onlar dedilər: “Biz səmavi xəbəri
126
öyrənməkdən məhrum olduq və üstümüzə yanar ulduzlar endirildi!” Onlara
dedilər: “Sizi səmavi xəbəri öyrənməkdən məhrum edən şey, baş vermiş yeni
hadisədir! Gedin, yer üzünü məşriqdən məğribə kimi gəzin və baxın görün sizi
səmavi xəbəri öyrənməkdən məhrum edən nədir!” Onlardan bir dəstə
Tihaməyə (Qırmızı dənizin şərq sahili boyu olan ərazi) tərəf getdi və Nəxlədə
(Məkkə ilə Taif arasında yer) Ukaz (Məkə yaxınlığında yerləşən) bazarına
yollanan Peyğəmbərə rast gəldi. O, əshabələri ilə birlikdə sübh namazını
qılırdı. Cinlər Quranı eşitdikdə (dayanıb) qulaq asdılar və dedilər: “Vallahi,
bizi səmavi xəbərdən məhrum edən budur.” Sonra onlar öz qövmünün yanına
qayıdıb dedilər: “Ey qövmümüz! Biz çox qəribə bir Quran eşitdik. O, haqq
yolu göstərir. Biz ona iman gətirdik və bir daha heç kəsi Rəbbimizə şərik
qoşmayacağıq.” Uca Allah da Peyğəmbərinə : “De: Mənə vəhy olundu ki..”.
(əl-Cinn). surəsini nazil etdi. Beləliklə də, cinlərin dedikləri vəhy vasitəsilə
Peyğəmbərə bildirildi.” (Buxari 773, 4921, Muslim 449, 681, 1034)
Əsr Və Zohr Namazlarında Qiraət
260. Əbu Qətadə rəvayət edir ki, Peyğəmbər zöhr namazının ilk iki
rükətində əl-Fatihə surəsini və (hər rükətdə) bir surə oxuyar, birinci rükəti
uzadar, ikincisini isə qısa qılardı, hərdən ayələri (bizə) eşitdirərdi, əsr nama-
zında da əl-Fatihə surəsini və iki surə oxuyar, birinci rükəti uzadar, (ikincisini
isə qısa qılardı), həmçinin sübh namazının birinci rükətini uzadar, ikincisini isə
qısa qılardı. (Buxari 759, Muslim 451, 685, 1040)
127
261. Cabir İbn Səmura belə rəvayət etmişdir ki, kufəlilər Ömərə Səd İbn
Əbu Vəqqasdan şikayət etdilər. Buna görə də Ömər onu (bu vəzifədən)
kənarlaşdırdı və yerinə Əmmar İbn Yasiri hakim təyin etdi. Kufəlilər (çox)
şikayət etdilər, hətta (Sədin) namazı lazımı qaydada qılmadığını belə iddia
etdilər. Belə olduqda, Ömər adam göndərib onu yanına çağırtdırdı və dedi:
“Ey Əbu İshaq! Bunlar iddia edirlər ki, sən namazı lazımı qaydada qılmırsan.”
Əbu İshaq: “Mənə gəlincə, vallahi ki, mən onlara Peyğəmbərin namazını
qıldırmışam və bundan (heç bir şey) əskiltməmişəm. İşa namazını qıldıranda
ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam.” Ömər: “Mən elə belə də
bilirdim, ey Əbu İshaq!” dedi, sonra da onunla birlikdə Kufəyə bir və ya iki
adam göndərdi ki, gedib kufəlilərdən onun barəsində soruşsunlar. (Kufədə)
elə bir məscid qalmadı ki, (göndərilən adam) onun barəsində soruşmasın.
Hamı onu təriflədi. Axırda həmin adam Abs oğullarının məscidinə gəldi.
Oradakılardan Əbu Sədə ləqəbi ilə tanınan Usamə İbn Qətadə adlı birisi ayağa
qalxıb dedi: “Madam ki, and verib bizdən soruşdun, (onda bil ki,) Səd (heç
vaxt) döyüşə gedən dəstəyə qoşulmayıb, (qənimətləri) düzgün bölüşdürməyib
və şəriət məsələlərində ədalətlə hökm verməyib.” Səd dedi: “İndi ki belə oldu,
onda vallahi ki, mən də üç şeylə bağlı (Allaha) dua edəcəyəm: “Allahım! Əgər
sənin bu qulun yalançıdırsa, üstəlik bunu özünü göstərmək və ad qazanmaq
məqsədi ilə edirsə, onda onun ömrünü uzat, yoxsulluğunu artır və onu
bəlalara düçar et!” (Uca Allah Sədin duasını qəbul etdi). Sonralar həmin
adamdan (onun halı barədə) soruşanda deyərdi: “Mən başıbəlalı bir qocayam,
məni Sədin bədduası tutub.” AbdulMalik: “Sonralar mən o adamı gördüm,
qocalığından qaşları gözlərinin üstünə düşmüşdü, özü də küçələrdə cariyələrə
əl atırdı.” (Buxari 755, Muslim 1044)
Sübh Və Məğrib Namazlarında Qiraət
128
262. Əbu Bərzə rəvayət edir ki, Peyğəmbər sübh namazını bitirdikdən
sonra hər birimiz yanında oturanın üzünü seçə bilirdi; o (bu namazda)
altmışdan yüzə qədər ayə oxuyardı; zöhr namazını isə gün batmağa meyl
etdiyi vaxt qılardı; əsr namazını (qıldırdıqdan sonra), birimiz Mədinənin lap
kənarına gedib-qayıdar, qünəş isə hələ də (adamı) yandırırdı. (Əbu Minhəl)
demişdir: “Mən (Əbu Bərzənin) məğrib namazı haqqında dediyini unutdum”.
(Əbu Bərzə) demişdir: “Peyğəmbər işa namazını gecənin (ilk) üçdə birinə
qədər, hətta gecənin yarısınadək yubatmağın fərqinə varmazdı.” (Buxari 541,
Muslim 647, 1495, 1496)
263. İbn Abbas rəvayət edir ki, (bir dəfə) Ummu Fədl (İbn Abbasın anası)
onun “And olsun xeyirlə göndərilənlərə”. (Mursələt) surəsini oxuduğunu
eşidəndə ona demişdir: “Oğlum! Vallahi, sən bu surəni oxumaqla mənə
(unutduğum bir şeyi) xatırlatdın. Mən bu surəni axırıncı dəfə Peyğəmbər
onu məğrib namazında oxuyarkən eşitmişəm”. (Buxari 763, Muslim 462, 703,
1061)
264. Cubeyr İbn Mutim demişdir: “Mən Peyğəmbərin məğrib namazında
“ ət-Tur” surəsini oxuduğunu eşitdim”. (Buxari 3050, Muslim 463, 705, 1063)
İşa Namazında Olan Qiraət
265. Bəra rəvayət edir ki, (bir dəfə) Peyğəmbər səfərdə ikən (qıldığı) işa
namazının rükətlərindən birində: “And olsun əncirə və zeytuna!”. (ət-Tin)
surəsini oxudu. (Buxari 767, 4951, Muslim 464, 707, 1066, 1067)
129
266. Cabir İbn Abdullah demişdir: “Muaz İbn Cəbəl Peyğəmbərlə
birlikdə namaz qılar, sonra da qayıdıb öz qövmünə namaz qıldırardı. (Bir dəfə
o, işa namazını qıldırarkən) əl-Bəqərə surəsini oxudu. (Buna tab gətirə
bilməyən) bir nəfər namazdan çıxdı və xəfif bir namaz qıldı. Bu hadisə Muaza
çatdıqda: “O, münafiqdir” dedi. Bu xəbər həmən insana çatdıqda o da
Peyğəmbərin yanına getdi və: “Yə Rəsulullah! Biz əllərimizin zəhmətilə çalışan
və su çəkən dəvələrimizlə suvarma işləri edən bir qövmük. Dünən muaz
bizlərə namaz qıldırdı və namzda əl-Bəqərə surəsini oxudu. Mən də namazımı
ayrı qıldım. Bundan ötrü Muaz məni münafiq adlandırdı. Bu hal-qəziyyə
Peyğəmbərə xəbər verildikdə, o üç dəfə: “Ey Muaz! Sən fitnəkarsa?” dedi və
ona müfəssəl surələr arasından iki surə oxumağı əmr etdi. “...Rəbbinin adına tə-
riflər de!” (əl-Əalə), “And olsun günəşə və onun saçdığı şəfəqə!”. (əş-Şəms) və s.
surələrini oxuyaydın.” (Buxari 705, 6106, Muslim 465, 709, 1068)
İmamlara Namazın Tamamını Xəfif Qıldırmalarınin Əmr
Olunması
267. Əbu Məsud əl-Ənsari rəvayət edir ki, bir nəfər Peyğəmbərin yanına
gələrək dedi: “Ey Allahın Elçisi! Vallahi, mənim sübh namazına gəlməməyim
ona görədir ki, filankəs bizə (onu) uzun-uzadı qıldırır.” (Əbu Məsud deyir ki,)
“Mən Peyğəmbərin öyüd-nəsihət verərkən o günkü qədər bərk
qəzəbləndiyini görməmişdim. Sonra o dedi: “Ey İnsanlar! Həqiqətən, aranızda
(dinə qarşı) nifrət oyadanlar vardır. Qoy aranızdan camaata namaz qıldıran
kəs (bunu) xəfif etsin. Çünki onların arasında xəstələr, zəiflər və (təcili) işi çıx-
mış kimsələr ola bilər.” (Buxari 702, 7159, Muslim 466, 713, 1072)
130
268. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Biriniz insanlara
namaz qıldırdığı zaman onu xəfif etsin, çünki onunla bərabər zəiflər, xəstələr
və qocalar ola bilər. Lakin kimsə özü üçün qılarsa istədiyi qədər uzada bilər”.
(Buxari 703, Muslim 467, 714, 1074)
269. Ənəs rəvayət edir ki, Peyğəmbər (camaata qıldırdığı) namazı
uzatmazdı, lakin onu tam yerinə yetirərdi. (Buxari 706, Muslim 469, 719, 1080)
270. Ənəs rəvayət edir ki, mən Peyğəmbər kimi tam və xəfif namaz
qıldıran bir imamın arxasında əsla namaz qılmadım. Belə ki, uşaq ağlamasını
eşitdiyi zaman uşağın anası üzülməsin deyə namazını həmən xəfif edərdi”.
(Buxari 708, Muslim 469, 721, 1082)
271. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Namaza dxil
olduqda namazı uzatmaq istədikdə bir uşağın ağlamasını eşitdikdə. Uşağın
ağlamasından anasının üzüldüyünü hiss etdiyim üçün həmən namazımı xəfif
edirəm”. (Buxari 709, Muslim 470, 723, 1084)
Namazın Rükunlarını Yerli Yerində Etmək Və Namazı Tam
Qılmaq Şərti İlə Xəfif Etmək
272. Bəra demişdir: “Peyğəmbərin qiyamı və (təşəhhüd üçün) oturuşu
istisna olmaqla rükuda, səcdədə, iki səcdə arasında (olan oturuşda) və
rükudan qalxıb dikəldikdə (sərf etdiyi vaxt) təxminən bərabər idi.” (Buxari
792, 801, Muslim 471, 725, 1086)
131
273. Ənəs demişdir: “Mən çalışıram ki, namazı sizə Peyğəmbərin bizə
namaz qıldırdığını gördüyüm kimi qıldırım.” Sabit: “Ənəs elə şeylər edirdi
ki, indi mən sizin o şeyləri etdiyinizi görmürəm. O, rükudan başını
qaldırdıqda ayaq üstə o qədər çox durardı ki, bəziləri deyərdilər: “O, (səcdə
etməyi) unudub”, habelə iki səcdə arasında o qədər çox durardı ki, bəziləri
deyərdilər: “O, (ikinci səcdəni) unudub. (Buxari 821, Muslim 472, 726, 1088)
Dostları ilə paylaş: |