Namaz Əsnasında Şeytana Lənət Oxumağın Caiz Olması
145
314. Əbu Hureyra rəvayət edir ki, (bir dəfə) Peyğəmbər buyurdu: “Dünən
cinlərdən çox qüvvətli birisi namazımı yarımçıq kəsmək üçün yanıma gəldi.
(Ravi deyir ki: “Yaxud Peyğəmbər buna bənzər bir söz söylədi”). Lakin
Allah mənə onu tutmağa yardım etdi. Əvvəlcə mən istədim onu məscidin
dirəklərindən birinə bağlayım ki, səhər açıldıqda hamınız ona baxa biləsiniz,
ancaq qardaşım Suleymanın dediyini xatırladım. (O demişdir): “Ey Rəbbim!
Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib
olmasın”. (əs-Sad 35). (Buxari 461, 1210, 3423, 4808, Muslim 541/39, 1237)
Namazda Körpə Uşağı Götürməyin İcazəli Olması
315. Əbu Qətadə əl-Ənsari rəvayət edir ki, Peyğəmbər qızı Zeynəbin,
Əbul-As İbnur-Rəbi İbn Abduş-Şəmsdən olan qızı Umaməni qucağında
tutaraq namaz qılardı. Peyğəmbər səcdəyə gedəndə onu yerə qoyar, ayağa
qalxanda isə (yenə) onu qucağına alardı. (Buxari 516, Muslim 543/41-43, 1240,
1242)
Namazda Bir İki Addım Atılmasının İcazəli Olması
146
316. Əbu Hazim İbn Dinar rəvayət edir ki, Peyğəmbərin minbərinin hansı
ağacdan düzəldildiyi barədə aralarına fikir ayrılığı düşmüş bir dəstə adam Səhl
ibn Səd əs-Saidinin yanına gəlib bu haqda ondan soruşdu. O dedi: “Vallahi,
mən onun nədən olduğunu yaxşı bilirəm. Mən onu həm qoyulduğu gün, həm
də Peyğəmbərin onun üstündə oturduğu ilk gündə görmüşəm. Peyğəmbər
filan qadının yanına adam göndərib buyurdu ki: “Dülgər kölənə əmr et,
mənim üçün ağacdan elə bir şey düzəltsin ki, mən camaata xütbə verərkən
onun üstündə otura bilim”. Qadın bunu öz köləsinə əmr etdi və o da meşə
yulğunundan (ağac adı) minbər düzəldib onun yanına apardı. Qadın onu
Peyğəmbərə göndərdi, Peyğəmbər də onun buraya qoyulmasını əmr etdi.
Mən Peyğəmbərin onun üstündə namaz qıldığını da görmüşəm. O, minbərin
üstündə ikən: “Allahu Əkbər” dedi, (Qurandan xeyli oxuduqdan) sonra
rükuya getdi, (sonra rükudan qalxıb) dal-dalı gedərək (minbərdən) aşağı endi
və minbərin dibində səcdə qıldı, sonra yenidən (minbərə qalxıb namazını)
davam etdi. Namazı bitirdikdən sonra camaata tərəf dönüb dedi: “Ay camaat!
Mən belə etdim ki, siz də mənə baxıb mənim etdiklərimi edəsiniz və mənim
necə namaz qıldığımı öyrənəsiniz.” (Buxari 917, Muslim 544/44, 1244)
Namazda Əlləri Belə Qoymağın Məkruh Olması
317. Əbu Hureyra demişdir: “Peyğəmbər (namaz qılan) adama əllərini
belinə qoyub namaz qılmağı qadağan etmişdir.” (Buxari 1220, Muslim 545/46,
1246)
Namazda Daşları Atmağın Və Torpağı Düzəltməyin
Məkruh Olması
147
318. Mueyqib rəvayət edir ki, (bir dəfə) Peyğəmbər bir nəfərin səcdə
etdikdə torpağı (əli ilə sağa-sola dağıdıb) yeri hamarladığını görüb dedi:
“Bunu etmək istəyirsənsə, bir dəfə et.” (Buxari 1207, Muslim 546/49, 1250)
Namazda Və Namaz Xaricində Məsciddə Tüpürməyin
Qadağan Olması
319. Abdullah İbn Ömər rəvayət edir ki, Rəsulullah qiblə istiqamətində
divarda tüpürcək gördü. Həmən onu götürərək basdırdı. Sonra insanlara tərəf
dönərək: “Sizdən biriniz namaz qılarkən önünə tüpürməsin. Çünki namaz
qıldığı zaman Allah üzü tərəfdədir”. (Buxari 406, Muslim 547/50, 1251)
320. Əbu Səid rəvayət edir ki, Peyğəmbər məscidin qibləsində bir bələğəm
gördü. Həmən onu çakıl dşı ilə silib götürdü. Sonra da insanlara önünə və
sağına tüpürmələrini qadağan etdi. Lakin sol tərəfinə və ya sol ayağının altına
(tüpüməyi ehtiyacdan) icazə verdi”. (Buxari 414, 548/52, Muslim 1253)
321. Əbu Hureyra və Əbu Səid rəvayət edirlər ki, (bir dəfə) Peyğəmbər
məscidin divarında tüpürcək gördükdə xırda daşlar götürüb onu qazıdı və dedi:
“Sizlərdən biri tüpürmək istədikdə, heç vaxt özündən qabağa və ya sağ tərəfə
tüpürməsin, ancaq sol tərəfə və ya sol ayağının altına tüpürsün.” (Buxari 410,
Muslim 548/52, 1253)
148
322. Möminlərin anası Aişə
rəvayət edir ki, Allahın Elçisi qiblə
istiqamətində divarda sümük, tüpürcək və ya bələğəm gördü. Həmən onu
götürərək basdırdı”. (Buxari 407, Muslim 549, 1255)
323. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Şübhəsiz ki,
mömin namazda olduğu zaman Rəbbinə müraciət edər. O, halda ön tərəfə, sağ
tərəfə tüpürməyin. Lakin (ehtiyac olarsa) sol tərəfə və (sol) ayağın altına
(tüpürə) bilərsiniz”. (Buxari 413, Muslim 551/54, 1258)
324. Ənəs İbn Malik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Məscidə
tüpürmək günahdır, bu günahın kəffarəsi isə onu basdırmaqdır”.
(Buxari 415,
Muslim 552/55, 1259)
Ayaqqabıda Namaz Qılmağın İcazəli Olması
325. Ənəsdən soruşdular: “Peyğəmbər səndəllə namaz qılıbmı?” O: “Bəli”
deyə cavab verdi. (Buxari 386, 5850, Muslim 555/60, 1264)
Üzərində Cizgi (Şəkil, İşarə Və.S) Olan Paltarla Namaz
Qılmağın Məkruh Olması
326. Aişə
rəvayət edir ki, (bir dəfə) Peyğəmbər bəzəkli paltarda namaz
qılarkən onun naxışlarına nəzər saldı. Namazı bitirdikdən sonra isə: “Bu
149
bəzəkli paltarımı aparıb Əbu Cəhmə verin, onun ənbicaniyyəsini (yun əba)
mənə gətirin, çünki bu (bəzəkli paltar) bir az əvvəl məni namazdan
yayındırdı.” (Buxari 373, 752, Muslim 556/61, 1266)
Yemək Çəkildiyi Vaxt, Namaz Qılmağın Məkruh Olması
327. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər
buyurdu: “Yemək
(süfrəyə) qoyulduğu və namaz üçün iqamə verildiyi zaman yeməyə başlayın”.
(Buxari 5463, Muslim 557/64, 1269)
328. Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Süfrəyə) şam yeməyi
verilərsə, məğrib namazını qılmamışdan əvvəl şam yeməyinə başlayın və
yeməyinizi yedikdə tələsməyin.” (Buxari 672, Muslim 557, 1270)
329. Aişə
rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yemək (süfrəyə)
qoyulduğu və namaz üçün iqamə verildiyi zaman yeməyə başlayın”. (Buxari
671, Muslim 559/66, 1271)
330. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən birinizin
yeməyi (süfrəyə) qoyulduğu və namaz üçün iqamə verildiyi zaman yeməyə
başlasın. Yeməkdən doyana qədər tələsməsin”. (Buxari 673, Muslim 559/66,
1272)
150
Sarmısaq, Soğan, Kəvər Və Ya Bunlara Oxşar Bir Şey Yeyib
(Məscidə Gəlməyin) Qadağan Olması
331. İbn Ömər rəvayət edir ki, Peyğəmbər Xeybər döyüşündə demişdir:
“Qoy bu bitkini yeyənlər – Yəni Sarımsaq - məscidlərimizə gəlməsinlər”.
(Buxari 853, Muslim 561/68, 1276)
332. AbdulƏziz deyir ki, bir kişi Ənəsdən soruşdu: “Sən sarımsaq barəsində
Peyğəmbərdən nə eşitmisən?”. Ənəs: “Qoy bu bitkini yeyənlər – Yəni
Sarımsaq - məscidlərimizə yaxınlaşmasındar və ya bizimlə namaz
qılmasınlar”. (Buxari 856, Muslim 562/70, 1278)
333. Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qoy
sarımsaq və ya soğan yeyən adam bizdən uzaq dursun və ya məscidimizdən
uzaqlaşsın və evində otursun!”. Cabir: “Bir dəfə Peyğəmbərə bir qab təzə
tərəvəz gətirdilər. Peyğəmbər tərəvəzin (xoşagəlməz) qoxusunu duyub
(onun nə olduğunu) soruşdu. Qabda olan tərəvəzlərin (adlarını) ona dedilər. O
da yanında duran əshabələrdən birini göstərib: “Bunu ona verin” deyə
buyurdu. Əshabə (onun yemədiyini) görəndə bu tərəvəzdən yemək istəmədi.
Onda o buyurdu: “Ye, (mənə baxma), çünki mən sənin söhbət edə bilmədiyin
(mələklərlə) gizli söhbət aparıram.” (Buxari 855, 7359, Muslim 564/73, 1281)
Namazda Səhv Və Buna Görə Səhv Səcdəsinin Edilməsi
151
334. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Namaza nida
(azan) edildiyi zaman şeytan azanı eşitməmək üçün yel buraxa buraxa qaçar.
Azan bitdiyi zaman yenidən qayıdar. Namaza İqamə edildiyi zaman yenə də
üz çevirərək qaçar. İqamə bitdiyi zaman yenidən gələr və: “Filan şeyi xatırla,
Filan şeyi xatırla!” deyərək (namaz içində) insanın ağlında olmayan şeyləri
xatırladar. Nəhayət insan neçə rükət qıldığını bilməz.Sizdən biriniz neçə rükət
– üç, yoxsa dörd rükət qıldığını bilmədiyi zaman oturaraq iki dəfə səcdə etsin”.
(Buxari 1231, Muslim 389/83, 1295)
335. Abdullah İbn Buheynə rəvayət edir ki, Peyğəmbər bizə namazların
birində iki rükət qıldırdı. Sonra (birinci təşəhhüd üçün) oturmadan ayağa
qalxdı. Cəmaat da onunla birlikdə ayağa qalxdılar. Rəsulullah namazını
tamamladıqda bizlər salam verməsini gözlədiyimiz an salam vermədən əvvəl
Allah Əkbər dedi və oturduğu halda iki səcdə etdi və sonra salam verdi”.
(Buxari 1224, Muslim 570/85, 1297)
336. Abdullah İbn Məsud rəvayət edir ki, bir dəfə Peyğəmbər namaz qılıb
salamları verdikdən sonra ondan soruşdular: “Ey Allahın elçisi, namazda nə
isə bir dəyişiklikmi olub?” O: “Nə olub ki?” deyə soruşdu. (Əshabələr): “Sən
namazı filan cür, filan cür qıldın” dedilər. Onda o, dizlərini yerə qoyub üzünü
qibləyə çevirdi və iki dəfə səcdə etdikdən sonra (yenidən) salam verdi. Üzünü
bizə tərəf çevirdikdə isə dedi: “Hərgah namazda bir şey baş versəydi, bu
haqda mən sizə mütləq xəbər verərdim. Lakin mən də sizin kimi bir insanam,
sizin kimi mən də unuduram. Odur ki, unutsam, yadıma salın və əgər sizdən
birinizdə qıldığı namazına dair şübhə oyanarsa, qoy daha düz olana meyl edib
152
namazını tamamlasın və salamları versin, sonra da iki dəfə (əlavə) səcdə
etsin.” (əl-Buxari 401, Muslim 572/89, 1302)
337. Əbu Hureyra rəvayət edir ki, (bir dəfə) Peyğəmbər bizə Zöhr
namazını qıldırdı. O bizə iki rükət qıldırdıqdan sonra salam verdi. Bundan
sonra məscidin girəcəyində olan ağac parçasına əlini söykədi. (Məsciddəki)
camaatın arasında Əbu Bəkr və Ömər də var idi. (Lakin) onlar
Peyğəmbərə söz deməkdən çəkindilər. Tez getmək istəyənlər məscidin
qapılarından çıxdılar və: “Namaz qısaldı” dedilər. Camaatın arasından qolları
uzun olduğu üçün Peyğəmbərin Zul-Yədeyn deyə bir nəfər də var idi. (Həmin
adam): “Ya Rəsulallah, unutdunmu? Yoxsa namaz qısalmışdır?” deyə soruşdu.
Peyğəmbər: “Mən (heç nə) unutmamışam, namaz da qısaldılmayıb?” dedi.
Onlar: “Bəli, unutdun Yə Rəsulullah!”. Zul-Yədeyn doğru dedi. Sonra qalxıb
iki tükət qldılar və salamı verdilər. Bundan sonra o: “Allahu Əkbər” deyib
səcdəyə getdi və həmişəki qədər, yaxud bir az da uzun müddət səcdədə qaldı.
Sonra başını qaldırıb: “Allahu Əkbər” dedi. Sonra yenə: “Allahu Əkbər” deyib
səcdəyə getdi və həmişəki qədər, yaxud bir az da uzun müddət səcdədə qaldı.
Sonra başını qaldırıb: “Allahu Əkbər” dedi. Sonra salamları verdi. (Buxari 482,
1229, 6051, Muslim 573/97, 1316)
Tilavət Səcdəsi
338. İbn Ömər demişdir: “Peyğəmbər içində səcdə ayəsi olan (hər hansı bir)
surəni oxuyub səcdə edər və biz də onunla birlikdə səcdə edərdik. Hətta elə
olurdu ki, bizlərdən bəzisi alnını qoymağa yer tapa bilmirdi.” (Buxari 1075,
1079, Muslim 575/103, 1323)
153
339. Abdullah İbn Məsud demişdir: “Peyğəmbər Məkkədə ikən ən-Nəcm
surəsini oxuyub səcdə etdi və onun yanındakılar da səcdə etdilər. Yalnız bir
qoca kişidən başqa. O, (yerdən) bir ovuc xırda daş və ya torpaq götürüb onu
alnına sürtdü və: “Bu mənə kifayət edər” dedi. Bundan sonra mən onun kafir
olaraq öldürüldüyünü gördüm. (Buxari 1067, 4863, Muslim 1325)
340. Zeyd İbn Sabit demişdir: “Mən Peyğəmbərə : “Ulduza and olsun!..”.
(ən-Nəcm 42). surəsini oxudum, lakin o, səcdə etmədi.” (Buxari 1072, 1073,
Muslim 1326)
341. Əbu Hureyra demişdir: “Mən Əbul Qasımın arxasında namaz qıldım,
o “Göy yarılacağı”. (əl-İnşiqaq 21). surəsini oxuyub səcdəyə getdi. Mən də ona
qovuşanadək (hər dəfə) bu surəni oxuduqda səcdə edəcəyəm.” (Buxari 768,
1078, Muslim 578/110, 1332)
Namazdan Sonra Olunan Zikrlər
342. Abdullah İbn Abbas rəvayət edir ki, Peyğəmbər zamanında camaatın
fərz namazını (zikr etmələrilə) namazın başa çatdığını bilirdim”. (Buxari 842,
Muslim 583/120, 1344)
Qəbr Əzabından Allaha Sığınmağın Müstəhəb Olması
154
343. Aişə
rəvayət edir ki, mənim yanıma Mədinə Yəhudilərindən iki
yaşlı qadın daxil oldular və: “Qəbir əhli qəbirlərində əzab olunurlar” dedilər.
Mən o, qadınların bu sözlərini qəbul etmədim və təsdiq də etmədim. Sonra
onlar çıxıb getdilər. Bu vaxt Peyğəmbər yanıma gəldi. Mən: “Ya Rəsulullah!
Iki qoca qadın yanıma gəlib: Qəbirdəkilər qəbirlərində əzab olunurlr” dedilər.
Peyğəmbər: “Onlar doğru söylədilər, qəbir əhli elə bir əzabla əzab olunurlar ki,
onların səslərini heyvanlar eşidirlər” deyə buyurdu. Bundan sonra Rəsulullah
qıldığı hər namazında qəbr əzabından Allaha sığıdığını gördüm”. (Buxari
6366, Muslim 586/125, 1349)
Namazda Sığınılan Şeylər
344. Aişə
demişdir: “Allahın Elçisi namaz qılarkən Məsih Dəccəlin
fitnəsindən Allaha sığındığını eşitdim”. (Buxari 833, 7129, Muslim 587/127,
1351)
345. Peyğəmbərin zövcəsi Aişə
demişdir: “Allahın Elçisi namaz
qılarkən dua edib deyərdi: “Allahummə Inni Əuzu Bikə Min Əzabil-Qabri, Və
Əuzu Bikə Min Fitnətil-Məsihid-Dəccal, Və Əuzu Bikə Min Fitnətil-Məhyə Və
Fitnətil-Məmati. Allahummə Inni Əuzu Bikə Minəl-Mə'səmi Vəl-Məğrami -
Allahım, qəbir əzabından Sənə sığınıram. Məsihi Dəccalın fitnəsindən Sənə
sığınıram. Həyatın və ölümün fitnəsindən Sənə sığınıram. Allahım, günahdan
və borcdan Sənə sığınıram”. Bir nəfər ondan soruşdu: “Sən nə üçün tez-tez
borcdan ötrü Allaha sığınırsan?”. Peyğəmbər: “Borca girən adam danışanda
yalan danışır, söz verəndə sözünün üstündə durmur.” (Buxari 832, 2397,
Muslim 589/129, 1353)
155
346. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər dua edib (namaz əsnasında
salamdan əvvəl) deyərdi: “Allahım! qəbir əzabından, Cəhənnəm əzabından,
həyatın və ölümün fitnəsindən, Məsihid Dəccalın fitnəsindən Sənə sığınıram!”
(Buxari 1377, Muslim 1356, 1357)
Namazdan Sonra Zikr Etməyin Müstəhəb Olması Və Onun
Vəsfinin Bəyanı
347. Muğira İbn Şobə rəvayət edir ki, Peyğəmbər hər bir vacib namazdan
sonra deyərdi: “ Lə Ilahə Illəllahu Vəhdəhu Lə Şərikə Ləh, Ləhul-Mulku Və Ləhul-
Həmdu Və Huvə Alə Kulli Şeyin Qadir, Allahummə, Lə Maniə Limə Ə'taytə Və Lə
Mu'tiyə Limə Mənə'tə Və Lə Yənfəu Zəl-Cəddi Minkəl-Cədd - Allahdan başqa
məbud yoxdur. O, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd
Onadır! O, hər şeyə Qadirdir! Allahım, Sənin (nemət) verdiyinə mane olacaq,
mane olduğuna da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin
yanında hörməti fayda verməz” (Buxari 844, Muslim 463, 1366)
348. Əbu Hureyra demişdir: “Kasıblar Peyğəmbərin yanına gəlib dedilər:
“Varlılar ən yüksək məqamlara və tükənməz nemətlərə nail olacaqlar. Onlar
bizim kimi namaz qılır və bizim kimi oruc tuturlar, üstəlik onların çoxlu var-
dövləti vardır ki, bunun sayəsində həcc və ümrə ziyarətinə gedirlər, (Allah
yolunda) cihad edir və sədəqə verirlər.” Peyğəmbər: “Sizə elə bir şey
156
öyrədimmi ki, onu yerinə yetirməklə sizi ötüb keçənlərə çatasınız, sizdən sonra
yaşayanlardan heç kəs sizə çata bilməsin və sizin etdiyinizi edənlər istisna
olmaqla, aranızda olan kimsələrin ən xeyirlisi siz olasınız? Hər (vacib)
namazdan sonra otuz üç dəfə “Subhanəllah”, “Əlhəmdulilləh” və “Allahu
Əkbər” deyin!” Hədisin ravisi demişdir: “(Bu səbəbdən) bizim aramızda fikir
ayrılığı düşdü. Bəzilərimiz dedilər: “Biz otuz üç dəfə “Subhanəllah”, otuz üç
dəfə “Əlhəmdulilləh” və otuz dörd dəfə “Allahu Əkbər” deməliyik.” Mən (bu
haqda Əbu Salehə) sual verdim. O dedi: “Otuz üç dəfə “Subhanəllah”, otuz üç
dəfə “Əlhəmdulilləh” və otuz üç dəfə “Allahu Əkbər” de!” (Buxari 843,
Muslim 1375)
Qiraətlə İhram Təkbiri Arasında Nə Deyilir?
349. Əbu Hureyra demişdir: “Peyğəmbər : “Allahu Əkbər” deyib (namaza
başladıqdan sonra “ əl-Fatihə” surəsini) oxuyanadək bir qədər susardı. Mən
dedim: “Ata-anam sənə fəda olsun, ya Rəsulullah! Sən təkbir gətirdikdən
sonra (surəni) oxuyanadək susduğun zaman nə deyirsən?“ O dedi: “Mən (sakit
duranda bu duanı) oxuyuram: “Allahummə baid bəyni və bəynə xatayayə
kəmə bəadtə bəynəl-məşriqi vəl-məğrib, Allahummə nəqqini minəl-xataya
kəmə yunəqqəs-sovbul-əbyədu minəd-dənəs, Allahumməğsil xətayayə bil-mai,
vəs-səlci, vəl-bərədi - Allahım, məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi
məni də günahlarımdan uzaqlaşdır! Allahım, ağ paltar kirdən təmizləndiyi
kimi məni də günahlardan təmizlə! Allahım, mənim günahlarımı su, qar və
dolu ilə yu!”. (Buxari 744, Muslim 488, 1382)
Namaza Vuqarla Və Rahatlıqla Gəlməyin Müstəhəb
Olması, Tələsərək (Qaçaraq) Gəlməyin İsə Qadağan Olması
157
350. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbərin belə buyurduğunu
eşitdim: “Namaz üçün iqamə oxunduğu zaman namaza qaçaraq getməyin.
Sakit, yavaş-yavaş gedin. Namaza yetişdiyiniz qismini (imamla) birlikdə qılın,
buraxdığınız qismini (tək) olaraq bitirin”. (Buxari 908, Muslim 602/151, 1389-
1391)
351. Əbu Qətadə demişdir: “Biz Peyğəmbərlə birlikdə namaz qılarkən o,
(namaza gələn) adamların hay-küyünü eşitdi. Namazı bitirdikdən sonra
soruşdu: “Nə olub sizə?” Onlar dedilər: “Biz namaza tələsirdik.” Peyğəmbər:
“(Bir də) belə etməyin! Namaza gələndə sakitcə gəlin. Hansı (rükətə) çatsanız,
(onu imamla birlikdə) qılın, buraxdıqlarınızı isə (fərdi şəkildə) tamamlayın.”
(Buxari 635, Muslim 603/155, 1393)
İnsanlar Namaza Nə Vaxt Qalxır
352. Əbu Hureyra rəvayət edir ki, namaza (başlamaq üçün) iqamə verildi və
cərgələr düzəldi. Peyğəmbər bizim yanımıza gəlib namaza durduqda cunub
olduğunu xatırladı. O (bizə): “Yerinizdən tərpənməyin!” dedi və (evinə)
qayıdıb qüsl etdi. Sonra o, başından su damcılaya-damcılaya yanımıza gəlib
təkbir gətirdi və biz onunla birlikdə namaz qıldıq. (Buxari 275, Muslim
605/157, 1397)
Dostları ilə paylaş: |