Allahın Adəmə: Hər 1000 Nəfərdən 999 Cəhənnəmdən
Çıxarılması
29
Bu ləfz ravinin xətasıdır. Belə ki, Peyğəmbər həm özünə, həm də başqalarına ruqya edərdi, habelə həm
Cəbrail , həm də Aişə ona ruqya edərdilər, həmçinin səhabələr də ruqya edərdi.
77
133. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Qiyamət
günü) Allah buyuracaq: “Ey Adəm!” deyə buyuracaq. Adəm deyəcək: “Buyur,
hüzurundayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!” Allah
buyuracaq: “Cəhənnəmə vasil olacaq kimsələri ayır!” Adəm deyəcək:
“Cəhənnəmə vasil olanların (sayı) nə qədərdir?”. Allah buyuracaq: “Hər min
nəfərdən doqquz yüz doxsan doqquzu (Cəhənnəmə gedəcək)”. O zaman
uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları
sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı
çox şiddətlidir”. (əl-Həcc 2). Səhabələrə bu ağır gəldi və onlar: “Ya Rəsulullah,
hansımız o bir nəfərdən olacaq?” deyə soruşdular. Peyğəmbər: “Sevinin! Heç
şübhəsiz ki, sizdən hər bir nəfərin müqabilində Yəcuc və Məcuc tayfalarından
min nəfər (Cəhənnəmə atılacaq)”. Sonra Peyğəmbər davam edib buyurdu:
“Canım Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin üçdə birini
təşkil edəcəyinizə ümid edirəm”. (Bunu eşidəndə) biz: “Allaha həmd etdik və
təkbir gətirdik”. Sonra o belə buyurdu: “Canım Əlində olan Allaha and olsun
ki, mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm. Sizinlə
əvvəlki ümmətlərin misalı, qara öküzün dərisindəki ağ tükün və ya
uzunqulağın qılçasının iç tərəfində olan dairəvarı ləkənin misalına bənzəyir”.
(Buxari 6530, 3348, Muslim 327, 554)
78
Təharət Kitabı
79
Namaz Üçün Təharətin Vacib Olması
134. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən biriniz
təbii ehtiyacını dəf etdikdən sonra dəstəmaz almayınca, onun namazı qəbul
olunmaz!” (Buxari 6954, Muslim 330, 559)
Dəstəmazın Sifəti Və Onun Kamilliyi
135. Osman İbn Əffan su gətizdirib (dəstəmaz aldı), əllərinə su töküb onları
üç dəfə yudu; sonra sağ əlini qaba salıb su götürdü və bununla həm ağzını
yaxaladı, həm də burnunun içini yudu; sonra üç dəfə üzünü və üç dəfə
qollarını dirsəklərə qədər yudu; sonra başına məsh çəkdi; sonra üç dəfə
ayaqlarını topuqlara qədər yudu, sonra da dedi: “Peyğəmbər buyurdu:
“Mənim kimi dəstəmaz alıb, qəlbindən heç bir şey keçirtmədən iki rükət
namaz qılan kimsənin keçmiş günahları bağışlanar.” (Buxari 159, Muslim 332,
561)
Peyğəmbərin Dəstəmazı
80
136. (Bir dəfə) Abdullah İbn Zeyddən Peyğəmbərin (necə) dəstəmaz aldığını
soruşdum. (Bunu eşitdikdə) o, bir qab (su) istədi və onlar üçün Peyğəmbərin
dəstamaz aldığı kimi dəstəmaz aldı. Sonra qabdan əllərinə su tökdü və onları üç
dəfə yudu. Sonra (sağ) əlini qabın içinə salıb bir ovuc su ilə həm ağzını yaxaladı,
həm də burnunun içini yudu. Bunu üç dəfə təkrar etdi. Sonra (yenə) əlini qabın
içinə salıb (ovuclarındakı su ilə) üç dəfə üzünü yudu. Sonra hər iki əlini
dirsəklərə qədər iki dəfə yudu. Sonra (yenə) əlini qabın içinə salıb (yaş əlləri ilə)
əllərini qabağa və dala apararaq bir dəfə başına məsh çəkdi. Sonra hər iki
ayaqlarını topuqlara qədər yudu. (Sonra dedi: “Peyğəmbər belə dəstəmaz
alardı)”. (Buxari 186, 192, Muslim 346, 578)
İstinsar Və İsticmarın Tək Edilməsi
137. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qoy dəstəmaz
alan kəs burnuna su alıb (içini) yusun, (ayaqyolunda) daşla təmizlənən kəs tək
sayda (daşla silinsin).” (Buxari 161, Muslim 350, 585)
138. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Biriniz yuxudan
oyanıb dəstəmaz aldığı zaman burnunun içini üç dəfə yusun. Çünki şeytan
burun deşiyində gecələyir.” (Buxari 3295, Muslim 351, 587)
İki Ayağın (Topuq Daxil Olmaqla) Tam Yuyulmasının
Vacib Olması
139. Abdullah İbn Amr rəvayət edir ki, səfərdə olduğumuz zaman
Peyğəmbər bizdən geri qaldı, sonra da namazın vaxtının çıxmağına az
81
qalmış gəlib bizə çatdı. (Namazın vaxtı çıxacaqdı deyə,) biz dəstəmaz alıb
ayaqlarımıza məsh etməyə başladıq. Peyğəmbər (bunu görcək) uca səslə iki
və ya üç dəfə belə buyurdu: “Atəşə girən topuqların vay halına!” (Buxari 60,
96, 163, Muslim 355, 595)
140. Əbu Hureyrə yanımızdan keçirdi. İnsanlar təmizlik üçün hazırlanmış
bir su qabından dəstəmaz alırdılar. Əbu Hureyrə: “Dəstəmazı tam və kamil
alın, çünki Əbul Qasım buyurdu: “Oda yanacaq dabanların vay halına!”
(Buxari 165, Muslim 242, 357, 597)
Dəstəmazda Vacibdən Artığının Yuyulmasının Müstəhəb
Olması
141. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Ümmətim
Qiyamət günü üzləri parlaq, əlləri və ayaqları nurlu olduğu halda gələcəklər”.
Əbu Hureyra: “Aranızdan kim üzünün parlaqlığını artıra bilirsə, qoy artırsın!”
(Buxari 136, Muslim 246, 363, 603)
Misvaq
142. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Əgər ümmətimə
(və ya insanlara) ağır gəlməsəydi, onlara əmr edərdim ki, hər namazdan əvvəl
(dişlərini) misvakla təmizləsinlər.” (Buxari 887, Muslim 252, 370, 612)
82
143. Əbu Musa rəvayət edir ki, mən Peyğəmbərin yanına gəlib onun
əlindəki misvakla (Ərak) dişlərini təmizlədiyini və ağzında misvak olduğu
halda sanki öyüyürmüş kimi «u', u'»– səsi çıxartdığını gördüm. (Buxari 244,
Musim 254, 373, 615)
144. Huzeyfə rəvayət edir ki, Peyğəmbər gecə yuxudan oyandıqda ağzını
misvakla təmizləyərdi. (Buxari 245, Muslim 255, 374, 375, 618)
Fitrətin Xisləti
145. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Fitrət beşdir
(yaxud beş şey fitrətdəndir), sünnət etmək, qasığı qırxmaq, qoltuqaltı tükləri
qopartmaq, dırnaqları kəsmək və bığları qısaltmaq”. (Buxari 5889, Muslim 257,
377, 620)
146. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Müşriklərə müxalif
olun – saqqal buraxın və bığları qısaldın.” (Buxari 5892, Muslim 259, 382, 625)
147. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bığları qısaldın
saqqal buraxın”. (Buxari 5893, Muslim 259, 380, 381, 623, 624)
Ehtiyacı Ödədikdən Sonra Təmizlənmək
83
148. Yəhya İbn Yəhya demişdir: “Mən Süfyan İbn Uyeynəyə dedim: “Sən
Zuhrinin (belə bir hədis) rəvayət etdiyini eşitmisənmi? Zuhri Əta İbn Yezid əl-
Leysidən, o da Əbu Əyyubdan, o da Peyğəmbərdən rəvayət etmişdir ki, o,
belə buyurmuşdur: “Ayaqyoluna getdiyiniz zaman təbii ehtiyacınızı rəf
etdikdə üzünüzü və ya arxanızı qibləyə çevirməyin. Üzünüzü şərqə və ya
qərbə tərəf çevirin”. Əbu Əyyub: “Biz Şama gəldik və ayaqyollarının üzü
qibləyə tikildiyini gördük. Biz (onların içində) yana çevrilir, (sonra da)
Allahdan bağışlanma diləyirdik”. (Buxari 394, Muslim 264, 388, 632)
149. Abdullah İbn Ömər dedi: “Bəzi adamlar: “Təbii ehtiyacınızı rəf etmək
üçün oturduğunuz zaman üzünüzü qibləyə və ya Beytül Məqdisə tərəf
çevirməyin” deyirlər. Mən (isə yalnız onu deyə bilərəm ki,) bir gün evimizin
damının üstünə çıxmışdım. Bu vaxt mən Peyğəmbəri üzünü Beytül Məqdisə
tərəf tutaraq, iki kərpic üstündə oturub təbii ehtiyacını rəf etdiyini gördüm.”
(Buxari 145, Muslim 266, 390, 634)
150. İbn Ömər demişdir: “(Bir gün) mən bacım Həfsənin evinin üstünə
çıxdım və Rəsulullahın üzü Şama və arxası qibləyə tərəf oturub təbii
ehtiyacını rəf etdiyini gördüm”. (Buxari 148, 3102, Muslim 266, 391, 635;)
Sağ Əllə Təmizlənməyin Qadağan Olunması
151. Əbu Qətadə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən biriniz (bir
şey) içdikdə qabın içinə üfürməsin, subaşına çıxdıqda sağ əli ilə cinsiyyət
84
üzvünə toxunmasın və (onu) sağ əli ilə təmizləməsin.” (Buxari 153, 5630,
Muslim 267, 392, 636, 637, 638)
Təmizlikdə Və S. İşlərdə Sağdan Başlamaq
152. Aişə rəvayət edir ki, “Peyğəmbər ayaqqabılarını geyindikdə, saçını
daradıqda, yuyunduqda və bütün işlərində sağdan başlamağı sevərdi.” (Buxari
168, Muslim 268, 396, 640)
Böyük Ayaq Yolundan Sonra Su İlə Təmizlənmək
153. Ənəs rəvayət edir ki, Peyğəmbər ayaqyoluna getdikdə mən və mənim
kimi bir uşaq ona bir cürdək su və ağac parçası aparardıq. O, su ilə
təmizlənərdi.” (Buxari 152, Muslim 271, 399, 643)
154. Ənəs İbn Malik rəvayət edir ki, Peyğəmbər təbii ehtiyacını rəf etmək
üçün bayıra çıxdıqda mən ona su gətirərdim və o, su ilə yuyunardı. (Buxari
217, Muslim 271, 400, 644)
Xuflara Məsh Etmək
155. Cərir İbn Abdullahdan rəvayət edilir ki, (bir dəfə) o təbii ehtiyacını rəf
etdikdən sonra dəstəmaz aldı və məstlərinə məsh çəkdi. Sonra da qalxıb
85
namaz qıldı. (Bu haqda) ondan soruşduqda: “Mən Peyğəmbərin bu cür
etdiyini görmüşəm” dedi. (Buxari 387, Muslim 272, 401, 645)
156. Huzeyfə digər rəvayətində deyir ki, mən kənara çəkildim. O, məni işarə
ilə (yanına) çağırdı. O, (təbii ehtiyacını rəf edib) qurtaranadək mən onun arxa
tərəfində dayandım. (Buxari 225, Muslim 273, 403, 648)
157. Muğirə İbn Şobədən rəvayət edilir ki, (bir dəfə) Peyğəmbər təbii
ehtiyacını rəf etmək üçün çölə çıxdı. Muğirə bir cürdək su ilə onu təqib etdi.
Peyğəmbər təbii ehtiyacını rəf etdiyi zaman Muğirə onun əlinə su tökdü.
Peyğəmbər dəstəmaz aldı və məstlərinin üzərinə məsh çəkdi”. (Buxari 203,
Muslim 274, 404, 649)
158. Muğira İbn Şobə rəvayət edir ki, (bir dəfə) mən Peyğəmbərlə birlikdə
səfərdə olarkən o mənə: “Ey Muğira, götür bu qabı” deyə buyurdu. Mən də
onu götürdüm. Peyğəmbər gözdən itənədək uzağa gedib təbii ehtiyacını rəf
etdi. Onun əynində Şam cübbəsi var idi. O, əlini cübbənin qolundan çıxarmaq
istədikdə onun çox dar olduğunu gördü və (buna görə də) əlini cübbənin aşağı
tərəfindən çıxartdı. Mən onun əlinə su tökdüm və o, namaz üçün dəstəmaz
aldığı qaydada dəstəmaz alıb məstlərinə məsh çəkdi, sonra da namaz qıldı.
(Buxari 363, Muslim 274, 407, 653)
86
159. Muğirə İbn Şobə demişdir: “Səfərlərin birində gecə ikən Peyğəmbərin
yanında durmuşdum. Məndən: “Yanında su varmı?” deyə soruşdu. Mən:
“Bəli!” deyə cavab verdim. O, miniyindən yerə endi və (təbii ehtiyacını rəf
etməyə) getdi. Nəhayət, gecənin qaranlığında gözdən itdi. Sonra (mənim
yanıma) gəldi və mən onun əlinə su tökdüm. O, üzünü yudu. Əynində yun
cübbə var idi. O, qollarını cübbənin qolundan çıxarda bilmədi. Nəhayət,
qollarını cübbənin aşağısından çıxardıb onları yudu və başına məsh etdi. Sonra
mən onun məstlərini çıxartmaq üçün aşağı əyildim. (O mənə): “Dəymə onlara!
Mən onları (ayaqlarım) pak olduğu halda geyinmişəm” dedi və (məstlərinin
üzərinə) məsh çəkdi”. (Buxari 5799, Muslim 274, 408, 654)
İtin (Qabı) Yalamasının Hökmü
160. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurmuşdur: “İt sizdən
birinizin qabından su içsə, qoy o qabı yeddi dəfə yusun”. (Buxari 172, Muslim
279, 419, 420, 676, 678)
Durğun Suya Bövl Etməyin Hökmü
161. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Heç biriniz
durğun suya bövl etməsin. (Çünki) sonra ondan yuyunmaq üçün istifadə
edəcək.” (Buxari 239, Muslim 282, 424, 682)
87
Bövl Və Digər Nəcasətlər Məsciddə Hasil Olarsa Onları
Yuyulmasınn Vacib Olması Və Yeri Qazmağa Ehtiyac
Qalmadan Su İlə Təmizlənməsinin Kifayət Etməsi
162. Ənəs demişdir: “(Bir dəfə) bir bədəvi gəlib məscidə bövl etdi. (Camaatın)
bir qismi dərhal qalxıb ona tərəf getdi. (Bunu görəndə) Peyğəmbər buyurdu:
“Buraxın onu, təbii ehtiyacını rəf etməyə mane olmayın!” Bədəvi işini bitirdikdən
sonra (Peyğəmbər) bir çəllək su gətizdirib həmin yerə tökdü”. (Buxari 6025,
Muslim 284, 427, 685)
Sudəmər Uşağın Bövlünün Və Onun Yuyulmasının Hökmü
163. Peyğəmbərin zövcəsi Aişə demişdir: “(Səhabələr) körpə uşaqları
Peyğəmbərin yanına gətirərdilər. (O da (Allahdan) onlar üçün bərəkət diləyər
və xurmanı ağzında əzib körpənin damağına sürtərdi). (Bir dəfə) onun yanına bir
körpə gətirdilər və bu uşaq onun libasına bövl etdi. Peyğəmbər bir qab su
gətizdirib körpənin sidiyi bulaşmış yerə tökdü və onu yumadı
30
”. (Buxari 6355,
Muslim 286, 430, 688)
164. Ummu Qeys bint Mihsan rəvayət edir ki, o, hələ yemək yeməyən
(südəmər) oğlunu Peyğəmbərin yanına gətirdi. Peyğəmbər körpəni
30
Burada südəmər oğlan uşağı nəzərdə tutulur. Belə ki, onun sidiyinin bulaşdığı yerin təmizlənməsi üçün
həmin yerə su səpmək kifayətdir. Yemək yeyən körpənin, habelə qız uşağının sidiyinin bulaşdığı yeri isə
yumaq vacibdir. Əli İbn Əbu Talib rəvayət edir ki, Peyğəmbər buyurdu: “Oğlan uşağının sidiyinin
üstünə su çilənməli, qız uşağının sidiyi bulaşdığı yer isə yuyulmalıdır”. Qətadə dedi: “Bu, yemək
yeməyən körpələrə aiddir. Elə ki, yemək yeməyə başladılar, hər ikisinin sidiyi yuyulmalıdır”. “Musnəd
İmam Əhməd” 757, “Sunən Əbu Davud” 376, “Sunən Tirmizi” 71, “Sünən Nəsai” 304. Körpə oğlan uşağı süd
əmdiyi müddətdə onun sidiyinin üstünə su səpmək bəs edir. Yemək yeməyə başladıqda isə artıq onun
yuyulması vacib olur.
88
qucağında otuzdurdu və uşaq onun paltarına sidik ifraz etdi. Peyğəmbər su
gətizdirib ondan paltarının üstünə səpdi və onu yumadı. (Buxari 223, 5693,
Muslim 287, 432, 691)
Libasdan Məninin Yuyulması Və Qaşınması
165. Aişədən məni bulaşmış paltar barəsində soruşdular (məninin bulaşdığı
yerimi, yoxsa bütöv paltarımı yusun?)” Aişə: “Peyğəmbər (paltarına
bulaşmış) mənini yuyar, sonra da həmin paltarda namaza gedərdi. Və mən o
paltardakı yuyulmuş yeri görürdüm”. (Buxari 230, Muslim 289, 436, 698)
Qanın Nəcis Olması Və Onun Yuyulmasının Keyfiyyəti
166. Əsma rəvayət edir ki, bir qadın Peyğəmbərin yanına gəlib soruşdu:
“Bizdən birimizin paltarına heyz qanı bulaşsa, o, nə etməlidir?” Peyğəmbər:
“Onu (əli ilə) ovxalasın, sonra suya salıb yaxşıca yusun, sonra üstünə su
çiləsin, sonra da onunla namaz qılsın”. (Buxari 227, Muslim 291, 438, 701)
Bövlün Nəcis Olmasının Dəlili Və Ondan Uzaq Olmağın
Vacibliyi
89
167. İbn Abbas demişdir: “(Bir dəfə) Peyğəmbər iki qəbirin yanından
keçdi və belə buyurdu: “Bunlar əzab çəkirlər, amma böyük bir şeyə görə əzab
çəkmirlər (əslində böyük günahlardandır) Onlardan biri sidiyindən qorunmazdı
digəri isə söz gəzdirərdi”. Sonra Peyğəmbər yaş bir xurma budağı götürdü.
Budağı yarıya böldü. Hər birini bir qəbirinin üstünə sancdı”. Biz: “Ya
Rəsulllah” Nə üçün belə etdin?” dedik. Peyğəmbər: “Ola bilsin ki, bunlar
quruyanadək onların əzabı yüngülləşsin”. (Buxari 218, 1378, 6052, 6055,
Muslim 292, 439, 703)
90
Heyz Kitabı
91
Heyzli Qadının İzarın Üzərindən Fitə Bağlaması
168. Aişə demişdir: “Bizdən birimiz heyzli olduğu zaman Peyğəmbər
ona heyz gördüyü andan (ayıb yerlərinə) fitə bağlamağı əmr edər, sonra da
onun bədəninə toxunardı”. (Aişə rəvayətinə davam edib) dedi: “Hansınız
öz nəfsini Peyğəmbər öz nəfsini saxladığı kimi saxlaya bilər?”. (Buxari 302,
Muslim 293, 441, 706)
169. Məymunə demişdir: “Peyğəmbər istədiyi zaman zövcələrindən olan
qadınlarına heyzli olduqları zaman o, fitənin üstündən toxunardı”. (Buxari 303,
Muslim 294, 442, 707)
Bir Örtük Altında Heyzli Qadınla Uzanmaq
170. Ummu Sələmə rəvayət edir ki, mən Peyğəmbərlə bərabər (üzərində
naxışlar olan) bir əbaya bürünüb uzandığım zaman gözlənilmədən heyz
oldum. Mən yavaşca qalxıb heyz paltarımı götürdüm. (Paltarımı geyindikdən
sonra) Peyğəmbər: “Olmaya heyz gördün?” deyə soruşdu. Mən: “Bəli!” deyə
cavab verdim. O, məni yanına çağırdı və mən onunla birlikdə əbaya bürünüb
yatdım. (Buxari 298, 323, Muslim 296, 444)
92
171. Ummu Sələmə rəvayət edir ki, mən Peyğəmbərlə bərabər cənabət
halında bir qabdan qüsl edərdik”. (Buxari 322, 5956, Muslim 488, 709, 761,
324/49)
Heyzli Qadının Ərinin Başını Darayıb Yuması
172. Peyğəmbərin zövcəsi Aişə demişdir: “Peyğəmbər məsciddə (etikaf
edərkən) başını mənim (hücrəmə) daxil edər və mən onun saçlarını darayar-
dım. O, etikaf edərkən zəruri bir ehtiyacı olmadığı təqdirdə, əsla evə
gəlməzdi.” (Buxari 2029, Muslim 297, 446, 711)
173. Aişə demişdir: “Peyğəmbər (məsciddə) etikafda ikən başını mənə
tərəf uzadar və mən heyzli olduğum halda onun başını yuyardım” (Buxari 301,
303, 2030, Muslim 297, 447, 712)
174. Aişə demişdir: “Mən heyzli ikən Peyğəmbər başını qucağıma qoyub
Quran oxuyardı”. (Buxari 297, Muslim 301, 454, 719)
Dostları ilə paylaş: |