38
Qənimətə Xəyanətin Haram Edilməsi Və Cənnətə
Mömindən Başqası girməz
74. Əbu Hureyra demişdir: “Biz Peyğəmbərlə birlikdə Xeybərə yürüş
etdik və Allah bizə zəfər bəxş etdi. Biz (bu qəzavatda) qənimət olaraq qızıl-
gümüş deyil, sadəcə əşya, ərzaq və geyim ələ keçirdik. Sonra biz Vadil-Qura
17
deyilən yerə getdik. Peyğəmbərin Dubeyb oğullarından olan Rifaə İbn Zeyd
adlı köləsi də onun yanınca gedirdi. Bu köləni ona Cuzam qəbiləsindən bir
nəfər hədiyyə etmişdi. Biz vadiyə endiyimiz zaman Peyğəmbərin köləsi onun
dəvəsinin yəhərinin (qayışlarını) açmağa başladı. Elə bu vaxt (xeybərlilərin)
atdığı ox gəlib köləyə dəydi və o, elə oradaca canını tapşırdı. Biz dedik: “(Allah
bu) şəhidliyi ona mübarək eləsin, ey Allahın Elçisi!”. Peyğəmbər: “Xeyr!
Muhəmmədin canı Əlində olan (Allaha) and olsun ki, Xeybər döyüşündə (ələ
keçirilmiş) və hələ bölüşdürülməmiş qənimətlərdən götürdüyü bürüncək onun
üstündə od tutub yanır”. (Bunu eşidəndə) camaat qorxuya düşdü. Bu vaxt bir
nəfər bir və ya iki ədəd ayaqqabı qaytanı gətirdi və: “Ey Allahın Elçisi! Bunu
Xeybər günü götürmüşəm” dedi. Peyğəmbər: “(Bunlar,) oddan olan bir
ayaqqabı qaytanı, yaxud oddan olan iki ayaqqabı qaytanıdır”. (Buxari 4234,
Muslim 310, 325)
Cahiliyyə Dövründə Edilən Əməllərə Görə Cəza Varmı
75. Abdullah İbn Məsud demişdir: “(Bir dəfə) bir nəfər (Peyğəmbərə )
dedi: “Ya Rəsulullah, biz cahiliyyə dövründə etdiyimiz əməllərə görə
17
Vadil-Qura – Mədinə ilə Şam sərhədləri arasındaa yerləşən qədim bir kənddir.
39
cəzalandırılacağıqmı?”. Peyğəmbər: “Müsəlman olduqdan sonra yaxşı işlər
görən hər kəs cahiliyyət dövründə etdiyi əməllərə görə qınanmaz. Müsəlman
olduğu halda günah işlərdən əl çəkməyən kimsəyə gəldikdə isə, o, həm
keçmiş, həm də gələcək günahlarına görə cəzalandırılar.” (Buxari 6921,
Muslim 171, 172, 333, 334)
İslam Hicrət Və Həccin Özündən Əvvəlki (günahları)
Silməsi
76. İbn Abbas deyir ki: “Müşriklərdən olan bir zümrə çox adam öldürmüş və
dəfələrlə zina etmişdi. Sonra Muhəmmədin yanına gəlib dedilər: “Sənin
danışdıqların və dəvət etdiyin yol gözəldir... Bir de görək, bizim etdiyimiz (bu
günahların) kəffarəsi varmı?” Onda bu ayə nazil oldu: “Onlar Allahla yanaşı
başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və
zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.”. (Furqan 68). (Sonra da) bu ayə
nazil oldu: “(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi
aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin”. (əz-Zumər 53).
(Buxari 4810, Muslim 174, 337)
Kafirin Müsəlman Olmamışdan Öncə Etdiyi Əməllərin
Hökmü
77. Həkim İbn Hizam demişdir: “Mən soruşdum: “Ya Rəsulullah! De görüm,
cahiliyyət dövründə sədəqə vermək, qul azad etmək və qohumluq əlaqələrini
möhkəmləndirmək kimi gördüyüm yaxşı işlərə görə mənə savab yazılırmı?”.
40
Peyğəmbər: “Olub-keçən yaxşılıqlarla bərabər müsəlman oldun!”. (Buxari
1436, 5992, Muslim 176, 177, 339, 340)
İmanın Sadiqliyi Və Onun İxlası
78. Abdullah (İbn Məsud) rəvayət edir ki: “İman gətirib imanlarına zülm
qatmayanlar əmin-amanlıqdadır-lar...”. (əl-Ənam 82). ayəsi nazil olduqda bu
ayə Peyğəmbərin səhabələrinə ağır gəldi və onlar dedilər: “(Ey Allahın Elçisi!)
Bizim hansı birimiz (özünə) zülm etmir ki?” Peyğəmbər: “Bu (ayədəki zülm)
sizin zənn etdiyiniz kimi deyil. Bu, Loğmanın öz oğluna dediyi kimidir:
“Oğlum! Allaha şərik qoşma. Həqiqətən də, Allaha şərik qoşmaq böyük
zülmdür!”. (Loğman 12). (Buxari 32, 3360, 3428, 3429, 4776, 6918, 6937, Muslim
178, 342)
Allah Dilə Gətirmədiyi Müddətdə Nəfsin Danışmasını,
Xatirə Gələn Şeyləri Bağışlamışdır
79. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah mənim
ümmətimin qəlbindən keçən, lakin həyata keçirmədiyi və ya dilinə gətirmədiyi
günahlarını bağışlayır”. (Buxari 5269, 6664, Muslim 181, 182, 346, 347)
Qul Bir Yaxşılıq Niyyət Etdiyi Zaman Onun Yazılması, Bir
Pisliyi Niyyət Etdiyi Zaman İsə Yazılmaması
41
80. Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi buyurdu: “Sizdən (hansı)
biriniz layiqli müsəlman olarsa, etdiyi hər yaxşılığa görə ona bunun on
mislindən yeddi yüz qatınadək savab yazılar. Etdiyi hər bir pis əməlinə görə
isə ona cəmi bir günah yazılar”. (Buxari 42, Muslim 185, 353)
81. İbn Abbas rəvayət edir ki, Peyğəmbər Rəbbindən belə rəvayət
etmişdir: “Allah savab və günah işləri yazmış, sonra da bunları bəyan etmişdir.
Kim bir savab iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun
üçün Öz yanında tam bir savab yazar. Əgər o savab iş görməyə niyyət edər və
bunu yerinə yetirərsə, Allah onun üçün Öz yanında ondan yeddi yüzədək,
hətta bundan qat-qat artıq savab yazar. Kim bir günah iş görməyə niyyət etsə,
sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar.
Əgər o günah iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah ona cəmi
bir günah yazar. (Buxari 6491, Muslim 187, 355)
İmanda Vəsvəsə Və Onu Özündə Hiss Edən Kimsənin Nə
Deyəcəyi
82. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Şeytan sizdən
birinizin yanına gəlib: “Filan şeyi kim yaradıb? Filan şeyi kim yaradıb?” deyə
(ayrı-ayrı suallar verməyə başlayır). Axırda da: “Rəbbini kim yaradıb?” deyə
(qəlbinizə şübhə salır). Belə olduqda qoy həmin adam Allaha sığınsın və bir
daha bu haqda düşünməsin.” (Buxari 3276, Muslim 191, 362)
42
83. Ənəs İbn Malik rəvayət edir ki, Peyğəmbər buyurdu: “İnsanlar bir-
birilərinə o qədər sual verəcəklər ki, axırda deyəcəklər: “Baxın, Allah hər şeyi
yaratmışdır. Bəs Allahı kim yaratmışdır?” (Buxari 7296, Muslim 190, 192, 193,
360, 364, 366, 368)
Bir Müsəlmanın Yalan Andlarla Haqqını Əlindən Alan
Kimsənin Cəhənnəmlə Təhdidi
84. Abdullah (İbn Məsud) rəvayət edir ki, Allah Elçisi buyurdu: “Hər kim
nəfsinə uyub bilə-bilə yalandan and içərək bir müsəlmanın malını
mənimsəyərsə, Allahın qəzəbinə gəlmiş halda Onun hüzuruna yetişər”. (Buna
təsdiq olaraq) bu ayə nazil oldu: “Həqiqətən də, Allah ilə olan əhdlərini və
andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah
onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları
təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır”. (Ali İmran
77). (Bu dəmdə) Əşəs İbn Qeys içəri girdi və : “Əbu AbdurRahmən sizə nə
danışır?”- deyə soruşdu. Onlar: “Belə-belə (söylədi)”- dedilər. Əşəs dedi:
“Əbu AbdurRahmən doğru söylədi. Mənim başıma gəlmiş hadisədə ayə nazil
olmuşdur. (Bir vaxt) mənimlə bir adamın arasında Yəməndəki bir ərazi
üstündə mübahisə düşmüşdü. Mən bunun hökmünü Peyğəmbərdən
soruşduqda, o buyurdu: “Sənin dəlilin varmı?” Mən: “Xeyr!” deyə cavab
verdim. Peyğəmbər: “Elə isə o, and içməlidir”. Mən dedim: “Belə olduğu
təqdirdə, o and içəcək”. Peyğəmbər: “Hər kim nəfsinə uyub bilə-bilə yalandan
and içərək bir müsəlmanın malını mənimsəyərsə, Allahın qəzəbinə gəlmiş
halda Onun hüzuruna yetişər”. (Buxari 4549, 4550, 6676, 6677, 7445, Muslim
197, 198, 372, 374)
43
Haqsız Yerə Başqasının Malını Almaq İstəyən Kimsənin
Qanının (Axıdılmasının) Haqq Olması, Öldürülürsə
Cəhənnəmlik Olması, Malını Qorumaq Üçün Ölən
Kimsənin Də Şəhid Olması
85. Abdullah İbn Amr rəvayət edir ki, mən Peyğəmbərin belə dediyini
eşitmişəm: “Malını qorumaq üçün vuruşub (ölən) kimsə şəhiddir.” (Buxari
2480, Muslim 202, 378)
Rəiyyətini Aldatan Vəlinin Cəhənnəmi Haqq Etməsi
86. Ubeydullah İbn Ziyad, Məqil İbn Yəsarı vəfat etdiyi xəstəliyi əsnasında
ziyarət etdi. Məqil dedi: Mən Peyğəmbərin belə dediyini eşitmişəm: “Allah
Öz qullarından birinə rəiyyətin qeydinə qalmağı (əmirlik etməyi) həvalə edər
və o da onların haqqını ödəməzsə, Cənnətin iyini belə duymaz.” (Buxari 7150,
Muslim 203, 204, 380, 381)
Bəzi Qəlblərdən Əmanət Və İmanın Qaldırılması Və
Qəlblərə Fitnənin Yerləşməsi
44
87. Huzeyfə demişdir: “Peyğəmbər bizə iki hədis danışmışdı. Mən
onlardan birini artıq görmüşəm, o birisini isə gözləyirəm. Peyğəmbər bizə
xəbər vermişdir ki, əmanət (əməlisaleh) insanların qəlbinin dərinliyinə endiril-
miş, sonra onlar Quranı, bunun ardından da sünnəni öyrənmişlər. Bundan
başqa Peyğəmbər əmanətin yox olacağı barədə bizə bildirib demişdir:
“Adam yatacaq və (yuxuda ikən) əmanət onun qəlbindən götürüləcək,
(yerində isə) rəngsiz nöqtə boyda izi qalacaq. Sonra yenə yatacaq və (o yuxuda
ikən əmanətin qalan hissəsi də onun qəlbindən) götürüləcək, (yerində isə)
suluğa bənzər izi qalacaq. Elə bil ki, (əlindəki) közü ayağının üstünə salmısan
və onun düşdüyü yer suluqlayıb. Sən onun qabardığını görürsən, halbuki
onun içi bomboşdur. O zaman insanlar bir-biriləri ilə sazişlər bağlayacaq,
amma heç kəs əmanəti qaytarmaq barəsində heç düşünməyəcək də. (İş o yerə
gəlib çatacaq ki, camaat) deyəcək: “Filan qəbilə sakinləri arasında etibarlı bir
adam vardır.” Birisinin barəsində: “O necə dərrakəli, necə bacarıqlı, necə
dayanıqlı adamdır!” deyiləcək, halbuki onun qəlbində xardal dənəsi
ağırlığında iman olmayacaqdır.” (Huzeyfə) dedi: “Mən elə bir zamanda
yaşamışam ki, həmin vaxt kiminlə alış-veriş edəcəyim məni narahat etməzdi.
Belə ki, (iş gördüyüm adam) müsəlman olardısa, (əmanəti) mənə İslam dini
(şəriətə əsasən) qaytarardı, xristian olardısa, əmanəti mənə onun yaşadığı yerin
rəhbəri qaytarardı. Bu gün isə mən ancaq filankəs və filankəslə iş görürəm.”
(Buxari 6497, 7086, Muslim 206, 384)
İslam Qərib Olaraq Başladığı Kimi Qərib Olaraq Da
Qayıdacaq, İki Məscid Arasına Çəkiləcək
45
88. Huzeyfə rəvayət edir ki, (bir dəfə) biz Ömərin yanında ikən o soruşdu:
“Peyğəmbərin fitnə barədə dediyi sözlər hansınızın yadındadır?" Mən
dedim: “Mənim (yadımdadır), həm də o dediyi kimi.” Ömər: “Həqiqətən də,
sən bu işdə çox cəsarətlisən.” Mən dedim: “İnsanın arvadı, mal-dövləti, övladı
və qonşusu üzündən düşdüyü fitnəni namaz, oruc, sədəqə, (habelə insanlara
yaxşı işlər görməyi) əmr etmək və (onları pis işlərdən) çəkindirmək (kimi
ibadətlər) silib aparır.” Ömər: “Mən bunu deyil, elə bir fitnəni qəsd edirəm ki,
o, təlatümə gəlmiş dəniz kimi (araya) çaxnaşma salacaqdır.” Huzeyfə: “Ey
möminlərin əmiri! O fitnənin sənə heç bir zərəri yoxdur. Çünki səninlə onun
arasında bağlı bir qapı vardır.” Ömər soruşdu: “(O qapı) sındırılacaq, yoxsa
açılacaq?” Huzeyfə: “Sındırılacaq” deyə cavab verdi. Ömər: “Deməli, (bundan
sonra) o heç vaxt bağlanmayacaqdır.” (Huzeyfədən) soruşdular: “Ömər bu
qapının (kim olduğunu) bilirdimi?” O dedi: “Bəli, (o, bu həqiqəti) gecədən
sonra səhərin açılacağını bildiyi kimi (bilirdi). Mən ona (içində) yalan olmayan
bir hədis danışdım.” Yenə soruşdular: “Bu qapı kim idi?” O dedi: “Bu qapı
Ömər (özü idi).” (Buxari 525, 3586, Muslim 207, 386)
89. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “İlan qayıdıb öz
yuvasına girdiyi kimi, iman da Mədinəyə yığışacaq” (Buxari 1876, Muslim 210,
391)
Qorxan Kimsənin İmanını Gizləməsi
90. Huzeyfə rəvayət edir ki, (bir dəfə) Peyğəmbər buyurdu: “Müsəlman
olduğunu söyləyən kimsələri siyahıya alın!” deyə buyurdu. Biz də min beş yüz
nəfərin siyahısını tutduq. Sonra (öz-özümüzə) dedik: “Min beş yüz nəfər
olduğumuz halda (müşriklərdən) qorxacağıq?!” Sonralar biz çox müsibətlər
gördük, hətta elə olurdu ki, adam təkbaşına qıldığı namazı qorxa-qorxa
qılırdı
18
”. (Buxari 3060, Muslim 213, 394)
18
Ehtimal edilir ki, o, bununla Osman İbn Əffanın xilafəti dövründə Kufənin əmiri olmuş Vəlid İbn
Ukbəni və onun kimilərini qəsd edirmiş. Çünki Vəlid camaat namazını gecikdirərdi və ya onu lazımi
46
İmanı Zəif Olduğu Üçün İmanından Qorxan Kimsənin
Qəlbinin Ələ Alınması (Yumşaldılması) Və Qəti Dəlil
Olmadıqca Heç Bir Halda İman Hökmü Verməyin Qadağan
Olması
91. Səd İbn Əbu Vəqqas rəvayət edir ki, (bir gün) Peyğəmbər bir dəstə
adama hədiyyə verərkən mən də (onların yanında) oturmuşdum. Peyğəmbər
onlardan ən çox xoşuma gələn bir adama heç nə vermədi. Dedim: “Ya
Rəsulullah! Niyə filankəsi kənarda qoydun? Vallahi ki, mən onu mömin hesab
edirəm.” (Peyğəmbər): “Bəlkə müsəlmandır!” dedi. Mən bir az susdum.
Nəhayət, onun haqqında bildiklərim mənə üstün gəldi və yenə sözümü təkrar
edib: “Niyə filankəsi kənarda qoydun? Vallahi ki, mən onu mömin hesab
edirəm” dedim. (Peyğəmbər): “Bəlkə müsəlmandır!” dedi. Mən bir müddət
susdum. Amma onun haqqında bildiklərim yenə mənə üstün gəldi və bir daha
sözümü təkrar etdim. Peyğəmbər də dediyini təkrar söylədikdən sonra
mənə buyurdu: “Ey Səd! Bəzən bir adama Allah onu üzüqoylu Oda atmasın
deyə hədiyyə verirəm, halbuki başqasını ondan da çox istəyirəm.” (Buxari 27,
Muslim 215, 1752, 396, 2480)
Dəlillərin Təzahürü İlə Rahatlığın Artması
qaydada qıldırmazdı. Elə bu səbəbdən də Allahdan qorxan dindarlar namazı gizlində qorxa-qorxa qılar,
sonra da gəlib onun arxasında həmin namazı qılardılar ki, cəzalandırılmasınlar və ya ən azı qınanmasınlar.
Fəthul Bari 9/298.
47
92. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bizim İbrahimdən
daha çox belə deməyə haqqımız çatır: “Ey Rəbbim, ölüləri necə diriltdiyini
mənə göstər!” (Rəbbi ona): “Məgər sən inanmırsan?” dedi. (İbrahim) dedi:
“Əlbəttə (inanıram!) Amma istəyirəm ki, qəlbim rahat olsun”. (əl-Bəqərə 260).
Allah Luta rəhmət eləsin! Həqiqətən, o, möhkəm bir dayağa söykənirdi
19
. Əgər
mən Yusuf qədər zindanda qalsaydım, (sonra da padşahın elçisi gəlib məni
çağırmış olsaydı,) mən onun çağırışını dərhal qəbul edərdim”. (Buxari 3372,
4537, Muslim 216, 4369, 399, 6291)
Peyğəmbərimiz Muhəmmədin
Bütün Bəşəriyyətə
Göndərilməsi Və Onun (Göndərilməsiylə) Digər Dinlərin
Nəsx Edilməsinə İman Etməyin Vacibliyi
93. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Peyğəmbərlərin hər
birinə insanı imana gətirəcək möcüzə göstərmək qüdrəti verilmişdir. Mənə isə
Allahın nazil etdiyi vəhy bəxş edilmişdir. Mən ümid edirəm ki, Qiyamət günü
mənim ardıcıllarım onların hamısından çox olacaq.” (Buxari 4981, Muslim 217,
402)
94. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Üç qisim insan
vardır ki, onlar ikiqat savab qazanır: Kitab əhlindən olub öz peyğəmbərinə
iman gətirmiş, sonra da Muhəmmədə iman gətirən adam; həm Allahın, həm
də öz ağalarının haqqını ödəyən kölə; və bir də o kimsə ki, yaxınlıq etdiyi
kənizinə yaxşı tərbiyə vermiş, ona gözəl tərzdə elm öyrətmiş, sonra da (o
kənizi) azad edib onunla evlənmişdir. Beləsinə də ikiqat savab vardır.” (Buxari
97, Muslim 219, 404)
19
“(Lut) dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”. (Hud 80).
48
İsa İbn Məryəmin Peyğəmbərimiz Muhəmmədin
Şəriətilə Hökm Edərək Enməsi
95. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Canım Əlində
olan Allaha and olsun ki, tezliklə Məryəm oğlu (İsa) aranızda ədalətlə hökm
vermək üçün sizin yanınıza enib xaçları sındıracaq, donuzları məhv edəcək və
cizyəni (müsəlman olmayanlardan alınan vergi) aradan qaldıracaq. (Həmin
vaxt) mal-dövlət o qədər artacaq ki, heç kəs sədəqə götürmək istəməyəcək.”
(Buxari 2222, 2476, Muslim 220, 406)
96. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Məryəm oğlu (İsa)
yanınıza nazil olacağı, üstəlik sizə imamlıq edən adamın öz içinizdən olacağı
zaman sizin halınız necə olacaq?! (sevinəcəksiniz)” (Buxari 3449, Muslim 222,
409)
İmanın Qəbul Edilməyəcəyi Zamanın Bəyanı
97. Əbu Hurayra rəvayət edir ki, Allah Elçisi buyurdu: “Günəş batdığı
yerdən doğmayınca Qiyamət qopmayacaq. Günəş məğribdən doğduğu zaman
insanların hamısı birlikdə iman gətirəcək, (lakin artıq iş işdən keçmiş olacaq)
və ayəni oxudu: “Əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir
qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir” (əl-Ənam 158).
(Buxari 4636, Muslim 226, 413;)
49
98. Əbu Zərr belə rəvayət etmşdir: “Mən məscidə daxil oldum. Peyğəmbər
də (bir tərəfdə) oturmuşdu. Günəş batdıqda o soruşdu: “Ey Əbu Zərr! Bu
günəşin hara getdiyini bilirsənmi?” Dedim: “Allah və Onun elçisi daha yaxşı
bilir!” Peyğəmbər buyurdu: “O, gedib səcdə etmək üçün izin istəyir və ona
izin verilir. (Amma elə bir zaman gələcək ki,) ona: “Gəldiyin yerdən qayıt!”-
deyiləcək və o, (gedib) məğribdən doğacaq”. Sonra o: “Abdullah (ibn
Məsudun) qiraəti ilə: “Bu onun qaldığı yerdir”. (Yasin 38) oxudu. (Buxari 7424,
Muslim 229, 420;)
Peyğəmbərə Vəhyin Başlanması
99. Möminlərin anası Aişə rəvayət edir ki, Allahın Elçisinə ilk vəhyin
gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi
ki, sübh çağının aydınlığı kimi gerçək olmasın. Sonra onun qəlbinə tənhalığa
çəkilmək meyli salındı. Peyğəmbər Hira dağındakı (Məkkə yaxınlığına)
mağarada xəlvətə çəkilib, ailəsinin yanına qayıdanadək müəyyən gecələri
orada ibadət edərdi. (O özü ilə azuqə götürüb xəlvətə çəkilərdi). Sonra
Xədicənin yanına qayıdıb yenə bir o qədər müddət qalmaq üçün azuqə
50
götürərdi. Nəhayət, Peyğəmbər Hira dağındakı mağarada olarkən ona haqq
nazil oldu. Mələk onun yanına gəlib: “Oxu!” dedi. O isə: “Mən oxumağı
bacarmıram!” deyə cavab verdi. (Peyğəmbər) dedi: “O zaman mələk məni
tutub taqətim kəsilənədək sıxdı, sonra da buraxıb: “Oxu!” dedi. Mən də:
“Oxumağı bacarmıram!” dedim. O ikinci dəfə məni tutub nəfəsim kəsilənədək
sıxdı, sonra da buraxıb: “Oxu!” dedi. Mən isə: “Oxumağı bacarmıram!” dedim.
O üçüncü dəfə məni tutub nəfəsim kəsilənədək sıxdı, sonra da buraxıb dedi:
“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin
Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana
bilmədiklərini öyrətdi”. (əl-Ələq 1-5). (Bu hadisədən sonra) Peyğəmbər
qorxudan ürəyi əsə-əsə həmin ayələrlə geri döndü. O, Xədicə bint Xuveylidin
(evinə) daxil olub: “Üstümü örtün, üstümü örtün!” dedi. Onun üstünü
örtdülər. Nəhayət, qorxu ondan keçib getdi və Peyğəmbər başına gələn
hadisəni Xədicəyə xəbər verib dedi: “Mən başıma bir iş gələcəyindən
qorxdum”. Xədicə: “Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüsvay
etməz. Çünki sən qohumluq əlaqələrini möhkəmləndirir, zəiflərin yükünü
daşıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və haqq yolunda (insanlara)
yardım edirsən.” Xədicə Peyğəmbəri əmisi oğlu Varaqa İbn Nofəl İbn Əsəd
İbn AbdulUzzanın yanına gətirdi. O, cahiliyyət dövründə nəsrani (Xristian)
olmuş bir adam idi və ibranicə yazmağı bacarır, İncildən Allahın dilədiyi qədər
(bəzi şeylər) yazardı. O artıq gözləri kor olmuş qoca bir kişi idi. Xədicə dedi:
“Ey əmim oğlu! Qulaq as, gör qardaşın oğlu nə deyir!” Varaqa ondan: “Ey
qardaşım oğlu! Sən nə görürsən?” deyə soruşdu. Peyğəmbər də gördüyü
şeyləri ona xəbər verdi. Varaqa ona dedi: “O gördüyün, Allahın Musaya
göndərdiyi sirrin sahibidir (Cəbrail). Kaş dəvət edəcəyin vaxt mən gənc
olaydım! Kaş qövmün səni (yurdundan) qovacağı zaman sağ olaydım!”
Peyğəmbər soruşdu: “Məgər onlar məni qovacaqlar?”. Varaqa: “Bəli! Sənin
gətirdiyinin bənzərini gətirən (Allahın dinini təbliğ edən) elə bir kişi olmayıb
ki, onunla düşmənçilik etməsinlər. Əgər həmin (dəvət edəcəyin) günə qədər
yaşasam, var gücümlə sənə kömək edəcəyəm.” Lakin çox keçmədi ki, Varaqa
vəfat etdi və bir müddət vəhy nazil olmadı. (Buxari 3, Muslim 231, 422)
100. Cabir İbn Abdullah əl-Ənsari vəhyin (müvəqqəti olaraq) kəsilməsindən
danışarkən rəvayətində bunu da söyləmişdir: “(Peyğəmbər ) demişdir: “(Bir
dəfə) mən yol gedərkən göydən səs eşitdim və başımı yuxarı qaldırdım. Bir də
51
gördüm ki, Hira dağında yanıma gələn mələk göylə yer arasında olan
kürsünün üzərində əyləşmişdir. Mən ondan qorxdum. (Evə) qayıdıb “Üstümü
örtün, üstümü örtün!” dedim. Uca Allah da: “Ey (əbasına) bürünüb örtünmüş
(peyğəmbər)! Qalx və (insanları) xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini
təmiz saxla! Pis şeyləri tərk et!”. (əl-Mudəssir 1-5). ayələrini nazil etdi. Sonra
vəhy çoxaldı və bir-birinin ardınca nazil olmağa başladı. (Buxari 4, 4925, 4954,
Muslim 232, 425)
101. Cabir İbn Abdullah əl-Ənsari, Yəhyə İbn Kəsir deyir ki: “Əbu Sələmə İbn
AbdurRahmandan soruşdum: “Quranın hansı (ayəsi) daha əvvəl nazil
olmuşdur?” Dedi: “Ey (libasına bürünüb) örtünmüş (peyğəmbər)!” Dedim:
“Yoxsa: “Yaradan Rəbbinin adı ilə oxu!..” (və sonrakı dörd ayə) daha öncə
nazil olmuşdur?” Dedi: “Mən Cabir ibn Abdullahdan bu barədə soruşdum və
ona sənin dediklərini dedim. (Quranın hansı (ayəsi) daha əvvəl nazil
olmuşdur?” Dedi: “Ey (libasına bürünüb) örtünmüş (peyğəmbər)!” Dedim:
“Yoxsa: “Yaradan Rəbbinin adı ilə oxu!”) Cabir: “Mən sizə Peyğəmbərin bizə
danışdığından başqa bir şey danışmayacağam. O buyurdu: “Hira dağında
qaldım. Qaldığım müddət başa çatdıqdan sonra aşağı endim. Mən vadinin
içində ikən mənə nida olundu. Dərhal sağıma baxdım, heç bir şey görmədim,
soluma baxdım, heç bir şey görmədim, önümə baxdım, heç bir şey görmədim,
arxama baxdım lakin heç kəsi görmədim. (Sonra yenə məni səslədilər) bu səfər
başımı yuxarı qaldırdıda bir şeylər gördüm...., Mən Xədicənin yanına gəlib:
“Məni bürüyün və üstümə su tökün” dedim. Məni bürüdülər, üstümə də su
tökdülər. Onda Allah bu ayələri nazil etdi: “Ey (libasına bürünüb) örtünmüş
(peyğəmbər)! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini
təmiz saxla!”. (əl-Mudəssir 1-5). (Buxari 4922, Muslim 233, 427).
Dostları ilə paylaş: |