Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə60/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   56   57   58   59   60   61   62   63   64

 

 

 

 



  

Qiyamət, Cənnət Və 

Cəhənnəmin Vəsfi Kitabı 

 

 



 

 

 


 

 

805 



 

 

Qiyamət, Cənnət Və Cəhənnəmin Vəsfi 

 

 

 



1774. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Qiyamət günü 

yekəpər  şişman  bir  adam  gələcək.  Allahın  hüzurunda  (həmin  adamın)  heç 

mığmığanın  qanadı  qədər  ağırlığı  olmayacaq.  (Bu  ayəni)  oxuyun:  “Odur  ki, 

Qiyamət  günü  Biz  onlara  əhəmiyyət  verməyəcəyik.”  (Buxari  4729,  Muslim 

7222, 2785/18) 

 

 

 



1775.  Abdullah  İbn  Məsud    demişdir:  “(Bir  dəfə  Kitab  əhlinin)  baş 

keşişlərindən  biri  Peyğəmbərin    yanına  gəlib  dedi:  “Ey  Muhəmməd!  Bizim 

bildiyimizə  görə,  Allah  göyləri  bir  Barmağına,  yerləri  o  biri  Barmağına, 

ağacları  digər  bir  Barmağına,  suyu  və  torpağı  bir  başqa  Barmağına,  yerdə 

qalan  məxluqatı  da  (yenə)  başqa  bir  Barmağına  yerləşdirmiş  və:  “Hökmdar 

Mənəm!”  deyə  buyurmuşdur.”  (Bunu  eşidəndə)  Peyğəmbər    (bu  alimin) 

sözünü təsdiqləmək məqsədilə dişləri görünənədək güldü. Sonra da  bu ayəni 

oxudu:  “Onlar  Allahı  layiqincə  qiymətləndirmədilər.  Halbuki  Qiyamət  günü 



yer  bütünlüklə  Onun  Ovcunda  olacaq,  göylər  isə  Onun  sağ  Əli  ilə 

büküləcəkdir.  O,  pakdır,  müqəddəsdir  və  onların  Ona  qoşduqları  şəriklərdən 

ucadır”. (əz-Zumər 67). (Buxari 4811, Muslim 7223, 2786/19) 

 

 



 

1776. Əbu Hureyra  demişdir: “Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: 

“Allah yeri (bütünlüklə) Ovcuna alacaq, göyləri də sağ Əli ilə bükəcək, sonra 

da  belə  buyuracaq:  “Mənəm  Hökmdar!  Hanı  yer  üzünün  hökmdarları?!” 

(Buxari 4812, 6519, 7382, Muslim 7227, 2787/23) 

 


 

 

806 



 

 

1777.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah  Qiyamət 



günü  bütün  yeri  ovcuna  alar,  göylər  də  sağ  əlində  olar  və:  “Məlik  Mənəm!” 

buyurar. (Buxari 7412, Muslim 7228, 2788/24) 

 

 

 

Dirilmək, Məşhər Və Qiyamət Günü Yerin Vəsfi 

 

 

 



1778. Səhl İbn Səd  demişdir: “Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: 

“Qiyamət günü insanlar təmiz (undan bişirilmiş) kökəyə bənzər ağlı-qırmızılı 

bir yerə toplanılacaqlar.”Səhl və qeyrisi demişdir: “(Yəni) həmin yerdə heç bir 

əlamət olmayacaq.” (Buxari 6521, Muslim 7233, 2790/28) 

 

 

 

Cənnət Əhlinin Nazil Olması 

 

 

 



1779.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qiyamət 

günü yer üzü (bütövlükdə) bir kökə kimi olacaq, biriniz səfərə çıxmaq istədiyi 

zaman əlinə kökə alıb (o yan-bu yana) çevirdiyi kimi Qüdrətli Allah onu Əlinə 

alıb  çevirəcək  və  bu  (kökə)  Cənnət  əhli  üçün  bir  ziyafət  olacaq.”  Sonra  bir 

yəhudi  Peyğəmbərin    yanına  gəlib  dedi:  “Mərhəmətli  Allah  sənə  xeyir-

bərəkət versin, ey Əbul Qasım! Qiyamət günü Cənnət əhlinə veriləcək ziyafət 

barəsində sənə xəbər verimmi?”. Peyğəmbər: “Ver!” dedi. (Yəhudi) Peyğəmbər 

  xəbər  verdiyi  kimi:  “Yer  bir  kökə  kimi  olacaq”  dedi.  (Bunu  deyəndə) 



 

 

807 



Peyğəmbər    bizə  baxıb  arxa  dişləri  görünənədək  güldü.  Sonra  (yəhudi): 

“Sənə  bu  kökəni  nə  ilə  yeyəcəkləri  barədə  xəbər  verimmi?”  deyə  soruşdu, 

(sonra sözünə  davam  edib) dedi: “Bu,  bəlam və nun olacaq.”  (Əshabələr): “Bu 

nədir?”  deyə  soruşdular.  (Yəhudi)  dedi:  “Öküz  və  balıqdır.  Bunların  qara 

ciyərinin  ən  dadlı  hissəsini  yetmiş  min  nəfər  yeyəcək.”  (Buxari  6520,  Muslim 

7235, 2792/30) 

 

 

 



1780.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Əgər 

yəhudilərdən  on  nəfər  mənə  iman  gətirsəydi,  yəhudilərin  hamısı  mənə  iman 

gətirərdi.” (Buxari 3941, Muslim 7236, 2793/31) 

 

 

 

Yəhudilərin Peyğəmbərdən 

 

Ruh Barədə Soruşmaları Və 



Allahın: “Onlar Səndən Ruh Barədə Soruşurlar...” Ayəsi 

 

 



 

1781. İbn Abbas  Uca Allahın: “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl...” 

ayəsini  izah  edib  demişdir:  “Bu  ayə  Peyğəmbər    Məkkədə  gizlin  dəvət 

apardığı  zaman  nazil  olmuşdur.  O,  əshabələri  ilə  birlikdə  namaz  qılarkən 

Quranı uca səslə oxuyardı. Müşriklər də bunu eşitdikdə həm Quranı, həm onu 

nazil edəni, həm də onu təbliğ edəni söyərdilər. Onda uca Allah Peyğəmbərinə 

  bu  ayəni  nazil  etdi:  “Namazını  nə  uca  səslə  qıl”  yoxsa  müşriklər  sənin 

oxuduğunu eşidib, Quranı təhqir etsinlər, “nə də pıçıltı ilə” (oxu) yoxsa sənin nə 

oxuduğunu  eşitməzlər.  “Bunların  arasında  orta  bir  yol  tut.”  (Buxari  4722, 

7456, Muslim 7237, 2794/32) 

 

 

 



 

 

808 



1782.  Xəbbab    demişdir:  “Mən  cahiliyyət  dövründə  dəmirçi  idim.  As  İbn 

Vailin (müşrik) mənə verəcəyi var idi. Mən gəlib borcumu ondan tələb etdikdə o 

dedi: “Muhəmmədi inkar etməyincə sənə (heç nə) verməyəcəyəm.” Mən dedim: 

“Allah  səni  öldürüb  dirildənədək  Muhəmmədi    inkar  etməyəcəyəm”.  As: 

“Elə isə mən ölüb dirilənədək gözlə. (Mən diriləndən sonra) mənə var-dövlət 

və övlad bəxş ediləcək. Onda sənin borcunu qaytararam.” (Bu hadisədən sonra 

bu)  ayə  nazil  oldu:  “Ayələrimizi  inkar  edib:  “Mənə  hökmən  var-dövlət  və 

övlad veriləcəkdir!” deyən adamı gördünmü? Olmaya, o, qeybdən xəbərdardır, 

yoxsa  Mərhəmətli  Allahdan  vədə  almışdır?”.  (Məryəm  77,  78).  (Buxari  2091, 

4733, Muslim 7240, 2795/35) 

 

 

 

Allahın: O Zaman Onlar: "Ey Allah! Əgər Bu, Sənin 



Tərəfindən Gəlmiş Bir Haqdırsa, Onda Üstümüzə Göydən 

Daş Yağdır” Ayəsi 

 

 



 

1783.  Ənəs  İbn Məlik    deyir  ki, Əbu  Cəhl:  “Ya Allah! Əgər  bu  Quran  Sənin 

qatından  gələn  haqqdırsa  o,  zaman  bizə  göydən  daş  yağdır  və  bizə  sarsıdıcı 

əzab  gətir”dedi.  Allah:  O  zaman  onlar:  "Ey  Allah!  Əgər  bu,  Sənin  tərəfindən 



gəlmiş  bir  haqdırsa, onda üstümüzə  göydən daş yağdır və  ya  bizə ağrılı-acılı 

bir əzab göndər" demişdilər. Sən onların arasında olduğun halda Allah onlara 

əzab  verməyəcək.  Bağışlanmalarını  dilədikləri  zaman  da  Allah  onlara  əzab 

verən deyildir”. (əl-Ənfal 32, 33). (Buxari 4648, 4649, Muslim 7242, 2796/37)  

 

 

 

Duhan 

 


 

 

809 



 

 

1784.  Abdullah  İbn  Məsud    deyir  ki,  bu  əzab  yalnız  bu  səbəbə  görə 



olmuşdur.  Çünki  Qureyş  Peyğəmbərə    qarşı  üsyan  etdikləri  zaman 

Peyğəmbər    onların  əleyhinə  Yusufun  zamanında  olan  qıtlıq  ilə  (quraqlıq) 

dua etdi. Buna görə onlara bir il qıtlıq və çətinlik isabət etdi. Hətta sümükləri 

belə  yedilər.  Adam  göy  üzünə  baxdığı  zaman  özü  ilə  göy  arasında  duman 

şəkilində  bir  şey  görürdü.  Allah:  “Sən  göydən  aşkar  bir  tüstü  gələcəyi  günü 

gözlə, O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır”. (Duhan 

10,  11).  Peyğəmbərin    yanına  gələrək:  “Ya  Rəsulullah!  Mudar  qəiləsi  üçün 

Allahdan  yağmur istə,  çünki onlar  həlak oldular”  dedilər.  Peyğəmbər:  “Necə 

yəni,  Mudar  üçün  dua  edim?  Sən  həqiqətən  cürətlisən!  Sonra  yağmur  duası 

etdi  və  onlara  yağmur  yağdı.  Allah:  “Biz  əzabı  bir  az  sizdən  uzaqlaşdırarıq, 



amma  siz  yenə  azğınlığa  qayıdacaqsınız”  (Duhan  15).  Bu  yağmurdan  sonra 

onlar  srvindilər  lakin  yenə  də  öz  müşrik  hallarına  döndülər.  Bundan  sonra 

Allah:  “Kafirləri  böyük  bir  müsibətlə  yaxalayacağımız  gün,  Biz  onlardan 

intiqam alacağıq”. (Duhan 16).  Bədr günü  – dedi. (Buxari 4809, 4821, Muslim 

7244, 7245, 2798/40)  

 

 

 

Ayın İki Yerə Bölünməsi 

 

 

 



1785. Abdullah İbn Məsud  demişdir: “Peyğəmbərin  zamanında ay iki yerə 

bölündü  və  Peyğəmbər:  “(Buna)  şahid  olun!”  deyə  buyurdu.”  (Buxari  3636, 

Muslim 7249, 2800/43) 

 

 



 

1786. Ənəs İbn Məlik   rəvayət edir ki, Məkkə əhli Peyğəmbərdən   möcüzə 

göstərmələrini  istədilər.  O,  da  onlara  ayın  iki  yerə  bölünməsini  göstərdi”. 

(Buxari 3637, 4867, Muslim 7254, 2802/46)  

 

 


 

 

810 



 

1787.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbərin    zamanında  ay  iki  yerə 

bölündü”. (Buxari 3638, 3870, Muslim 7257, 2803/48) 

 

 

 

Allahdan Daha Çox Əziyyətə Səbirli Yoxdur 

 

 



 

1788.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Özü  haqda) 

eşitdiyi  nalayiq  sözlərə  Allahdan  daha  çox  səbir  edən  bir  kimsə,  yaxud  bir 

məxluq  yoxdur.  Belə  ki,  (qulları)  Ona  övlad  isnad  edirlər,  O  isə  onlara  can 

sağlığı və (çoxlu) ruzi bəxş edir.” (Buxari 6099, Muslim 7258, 2804/49) 

 

 

 

Kafirin (Qurtulmaq) Üçün Yer Dolu Qızıl Fəda Etmək 

Tələbi 

 

 



 

1789. Ənəs   Peyğəmbərdən  belə rəvayət etmişdir: “(Qiyamət günü) Allah 

Cəhənnəmdə  ən  yüngül  əzaba  məruz  qalan  bir  kimsəyə  deyəcək:  “Əgər 

dünyada  olan  hər  şey  sənin  olsaydı,  onu  (əzabdan  xilas  olmağın  üçün) fidyə 

verərdinmi?” O: “Bəli!” deyə cavab verəcək. Onda Allah buyuracaq: “Sən hələ 

Adəmin  belində  ikən  Mən  səndən  bundan  daha  yüngül  olanı  –  Mənə  şərik 



qoşmamağı – tələb etmişdim. Sən isə məhz şərik qoşmağı tərcih etdin.” (Buxari 

3334, 6557, Muslim 7261, 2805/51) 

 

 

 

Kafirin Üzü Üstə Həşr Olunması 

 


 

 

811 



 

 

1790. Ənəs  İbn  Malik    rəvayət  etmişdir  ki,  (bir dəfə)  bir  nəfər  soruşdu:  “Ey 



Allahın  peyğəmbəri!  Qiyamət  günü  kafirlər  üzüstə  sürüklənib  məhşərə  necə 

toplanacaqlar?”.  Peyğəmbər:  “Onu  bu  dünyada  iki  ayağı  üstə  yeritməyə  qadir 

olan Allah, Qiyamət günü üzüstə yeridə bilməzmi?!” (Buxari 4760, 6523, Muslim 

7265, 206/54)  

 

 

 

Möminin Misalı Pöhrəyə



149

, Kafirin Misalı İsə Sidr Ağacına 

Bənzəyir 

 

 



 

1791. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Mömin pöhrəyə 

bənzəyir.  Külək  hansı  tərəfdən  əssə,  pöhrəni  əyər,  külək  sakitləşdiyi  zaman 

pöhrə dikələr. (Mömin də həmçinin,) müsibətlərə məruz qalsa da (əqidəsindən 

dönmür).  Günahkar  adam  isə  sərt  və  dümdüz  qalan  sidr  ağacına  bənzəyir. 

Yalnız  Allah  istəsə,  onu  sındıra  bilər.”  (Buxari  5644,  7466,  Muslim  7270, 

2809/58) 

 

 



 

1792.  Kəb  İbn  Məlik    rəvayət  edir  ki.  Peyğəmbər    buyurdu:  “Mömin 

pöhrəyə  bənzəyir.  Külək  əsdiyi  zaman  onu  meyl  etdirər,  gah  da  durdurar. 

Münafiqin  misalı  sərt  və  dümdüz  qalan  sidr  ağacına  bənzəyir,  kökündən 

sınmasa və ya qırılmasa düz durar”. (Buxari 5643, Muslim 7272, 7273, 2810/60)  

 

 

 

Möminin Misalı Xurma Ağacının Misalı Kimidir 

                                                

149

 Ağacda və başqa bitkilərdə yenicə cücərən göy qabıqlı incə budaqların hər biri; zoğ. 



 

 

812 



 

 

 



1793.  İbn  Ömər    rəvayət  edir  ki,  bir  gün  Peyğəmbər    buyurdu:  “Ağaclar 

içərisində  elə  bir  ağac  vardır  ki,  onun  yarpağı  tökülmür  və  o,  müsəlmana 

bənzəyir. Deyin görüm, o nədir?” Camaat vadilərdə bitən ağacları sadalamağa 

başladı. İbn Ömər: “Mən onun xurma ağacı olduğunu düşündüm, lakin (bunu 

deməyə)  utandım.  Sonra  camaat:  “Söylə  görək,  o  nədir,  ya  Rəsulullah?”  deyə 

soruşdular. Peyğəmbər: “Bu, xurma ağacıdır” dedi.” (Buxari 61, Muslim 7276, 

2811/63) 

 

 

 

Heç Kəs Cənnətə Əməlinə Görə Daxil Olmaz, Yalnız 

Allahın Rəhmətilə 

 

 



 

 

1794.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizlərdən  heç 



kəsin əməli onu (əzabdan) xilas etməyəcək.” (Əshabələr) soruşdular: “Səni də, 

ya  Rəsulullah?”  Dedi:  “Hətta  məni  də.  Yalnız  Allahın  mənə  mərhəmət 

göstərməsi  istisnadır.  Elə  isə  doğru  yol  tutun,  (ən  kamil  olanı  yerinə  yetirə 

bilməsəniz,  heç  olmasa,  ona)  yaxınlaşın,  səhər  və  axşam,  habelə  gecənin  bir 

vaxtı  (yaxşı  işlər  görməyə)  çalışın.  Beləcə,  yavaş-yavaş  (muradınıza) 

çatacaqsınız.” (Buxari 6463, Muslim 7289, 2816/71) 

 

 

 



1795.  Aişə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Doğru  yolu  tutun, 

əməllərinizdə ifrata varmayın, müjdələyib sevindirin. Heç şübhəsiz ki, heç kəs 

əməlinə  görə  Cənnətə  girməz”.  Səhabələr:  “Səndəmi  Ya  Rəsulullah!  Dedilər. 

Peyğəmbər:  “Bəli,  əgər  Allah  məni  mərhəməti  və  rəhmətilə  bürüyüb 

qorumasa” deyə buyurdu. (Buxari 6467, Muslim 7300, 2818/78) 


 

 

813 



 

 

Əməlləri Çoxaltmaq Və İbadətdə Çalışmaq 

 

 

 



1796.  Muğira  İbn  Şobə    rəvayət  edir  ki,  Peyğəmbər    gecə  namazlarını 

qılarkən o  qədər  ayaq  üstə  durardı  ki,  hətta,  ayaqları  və ya  baldırları şişərdi. 

Ona (nə üçün özünə bu qədər əziyyət verirsən) deyildikdə, o deyərdi: “Şükür 

edən  bir  qul  olmayımmı?!”  (Buxari  1130,  4836,  6471,  Muslim  7302,  7303, 

2820/81)  

 

 

 

Moizəni (Xütbəni) Qısa Etmək 

 

 



 

1797. Abdullah İbn Məsud  hər həftənin cümə axşamı insanlara dərs keçərdi. 

Bir  nəfər  ona:  “Ey  AbdurRahman!  Vallahi  sənin  bizlərə  hər  gün  dərs 

keçməyini  çox  arzu  edərdik”  dedi.  İbn  Məsud:  “Məni  sizlərə  hər  gün  dərs 

verməkdən  çəkindirən  sizləri  bezdirmək  istəməməyimdir.  Mən  sizə  dərs 

vermək  istədikdə  sizin halınıza uyğun vaxt seçirəm.  Peyğəmbər    də  bizlərə 

bezmiyək  deyə  halımıza  uyğun  müəyyən  vaxtlar  seçərdi“  dedi.  (Buxari  70, 

Muslim 7306, 2821/82) 

 

 

 



 

 

 



 

 

 



 

 


 

 

814 



 



 

 

 

 



 

Cənnətin Vəsfi, Nemətləri 

Və Əhli Kitabı 

 

 



 

 

 


 

 

815 



 

 

Cənnətin Vəsfi, Nemətləri Və Əhli Kitabı 

 

 

 



1798. Əbu Hureyra   rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Cəhənnəm odu 

şəhvətlər  arxasında,  Cənnət  isə  xoşagəlməz  şeylər  arxasındadır.”  (Buxari  6487, 

Muslim 7308, 7309, 2822/1) 

 

 



 

1799.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Uca  Allah 

buyurur:  “Mən  əməlisaleh  qullarım  üçün  heç  bir  gözün  görmədiyi,  heç  bir 

qulağın  eşitmədiyi  və  heç  bir  (insanın)  qəlbindən  keçirmədiyi  nemətlər 

hazırlamışam.”Sonra Əbu Hureyra  dedi: “İstəyirsinizsə, (bu ayəni) oxuyun: 

“Etdikləri əməllərin mükafatı kimi, onlar üçün gözlərinə sevinc gətirəcək nələr 

saxlandığını heç kəs bilmir” (Buxari 4780, Muslim 7310, 7312, 2824/4) 

 

 

 

Cənnətdə Bir Ağac Vardır Ki, Miniklə Gedən Onun 

Kölgəsində Yüz İl Gedər, (Amma) Kölgəsini Bitirə Bilməz 

 

 



 

1800.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cənnətdə  bir 

ağac  vardır.  Bir  süvari  onun  kölgəsində  yüz  il  yerisə  onun  kölgəsini  əsla 

bitirməz.  İstəyirsinizsə,  bu  ayəni  oxuyun:  “Uzanmış  kölgəliklərdə...”.  (əl-Vaqiə 



30). (Buxari 4881, Muslim 7314, 7315, 2826/6)  

 

 



 

1801. Səhl İbn Sad  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Cənnətdə elə bir 

ağac  vardır  ki,  atlı  onun  kölgəsində  yüz  il  yol  gedəcək,  (amma  onu  qət  edə 


 

 

816 



bilməyəcək)”.  İstəyirsinizsə,  bu  ayəni  oxuyun:  “Uzanmış  kölgəliklərdə...”.  (əl-

Vaqiə 30). (Buxari 3252, 6552, Muslim 7316, 2827/8) 

 

 



 

1802.  Əbu  Səid    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cənnətdə  elə  bir 

ağac vardır ki,  sürətli  atlı onun  kölgəsində yüz il yol gedəcək,  amma onu qət 

edə bilməyəcək”. (Buxari 6553, Muslim 7317, 2828/8) 

 

 

 

Cənnət Əhlinə Allahın Rızasını Halal Etməsi Və Bundan 



Sonra Əbədiyyən Onlara Qəzəb Etməməsi 

 

 



 

1803. Əbu Səid əl-Xudri  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Ulu və uca 

Allah  Cənnət  əhlini  çağırıb  buyuracaq:  “Ey  Cənnət  əhli!”  Onlar:  “Buyur,  ey 

Rəbbimiz, əmrinə müntəzirik!” deyə cavab verəcəklər. (Allah) soruşacaq: “Razı 

qaldınızmı?” Onlar deyəcəklər: “Bizə nə olub ki, razı qalmayaq?! Axı Sən bizə, 

yaratdıqlarından  heç  kəsə  vermədiyin  nemətləri  bəxş  etmisən!”  Allah 

buyuracaq: “Mən sizə bundan da yaxşısını verəcəyəm!” Onlar deyəcəklər: “Ey 

Rəbbimiz!  Bundan  yaxşı  nə  ola  bilər  ki?”  Allah  buyuracaq:  “Mən  Öz  rizamı 

sizə halal edirəm və bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq.” 

(Buxari 6549, 7518, Muslim 7318, 2829/9) 

 

 

 

Cənnət Əhli Cənnətdə Olan Köşkləri Sizin Səmada 



Ulduzları Gördüyünüz Kimi Görəcəklər 

 

 



 

 

 

817 



1804.  Səhl  İbn  Sad    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cənnət  əhli 

Cənnətdə  olan  köşkləri  sizin  səmada  ulduzları  gördüyünüz  kimi  görəcəklər. 

Numan İbn Əbi əyyaş deyir ki, Səiddən eşitdim dedi: “Necə ki, Şərq və Qərb 

parlaq ulduzu gördüyünüz kimi”. (Buxari 6555, 6556, Muslim 7319, 2830/10) 

 

 

 



1805.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cənnət 

sakinləri, bir-birilərindən üstün olduqları üçün (onların alt mərtəbədə olanları) 

üst mərtəbədəki otaqlarda yerləşmiş möminləri, şərq və ya qərb istiqamətində 

axıb  gedən  parlaq  ulduzu  seyr  etdikləri  kimi  seyr  edəcəklər.”  (Əshabələr) 

dedilər:  “Ya  Rəsulullah,  yəqin  ki,  bu  peyğəmbərlərə  ayrılmış  yerdir  və 

onlardan başqa heç kəs orada sakin ola bilməyəcək”. Peyğəmbər: “Xeyr, canım 

Əlində  olan  Allaha  and  olsun  ki,  (bu  otaqlar)  Allaha  iman  gətirmiş  və 

peyğəmbərləri  təsdiq  edən  kimsələr  üçündür.”  (Buxari  3256,  Muslim  7322, 

2831/11) 

 

 

 

Cənnətə Daxil Olan İlk Zümrənin Bədirlənmiş Ayın 

Surətində Olması, Vəsfləri Və Zövcələri 

 

 



 

1806.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Rəsulullah    buyurdu:  “Cənnətə  ilk 

girəcək  zümrənin  üzləri  ayın  on  dördüncü  gecədəki  kimi  parlaq  olacaqdır. 

Bunlardan  sonra  gələnlərin  üzləri  isə  göydə  olan  ən  parlaq  ulduzlar  kimi 

olacaqdır.  Onlar  nə  böyük,  nə  də  kiçik  ayaq  yoluna  gedər,  nə  tüpürər,  nə  də 

fınxırarlar.  Daraqları  (qabları)  qızıldandır  (gümüşdən),  Tərləri  misk, 

buxurdanlıqları  aloy  ağacı,  zövcələri  ceyran  gözlü  hurilər  (xasiyyətləri  eyni), 

ataları  Adəmin  surəti  boyda  altımış  arşındır”.  (Buxari  3327,  Muslim  7328, 

2834/15)  


 

 

818 



 

 

Cənnət Çadırlarının Vəsfi Və Möminlərin Orada Olan 



Ailələri haqqında 

 

 



 

1807.  Əbu  Musa  əl-Əşari    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 

“(Cənnətdəki)  çadırlar  içi  boş  olan  inci  kimdir.  Səmaya  doğu  uzunluğu  otuz 

mildir. Bu çadırın hər bir (otağnda) mömin bir ailə olar ki, onları da başqaları 

görməzlər”. (Buxari 3243, Muslim 7337, 7339, 2838/24) 

 

 

 

Cənnətə Qəlbləri Quş Qəlbi Kimi Olan Bir Dəstə 

Girəcəkdir 

 

 



 

1808.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah  Adəmi 

boyu altmış ərəş (dirsəkdən barmağın ucuna qədər olan məsafə) uzunluğunda 

yaratdı.  Sonra  buyurdu:  “Get  oradakı  mələklərə  salam  ver  və  dinlə  gör  sənin 

salamını  necə  alacaqlar.  Çünki  bu  həm  sənin,  həm  də  sənin  zürriyyətinin 

salamıdır.”  (Adəm)  onlara:  “Əssəlamu  aleykum!”  dedi.  Onlar  da:  “Əssəlamu 



Aleykə  Və  Rahmətullah!”  deyib,  buna  “Və  Rahmətullah”  kəlməsini  əlavə 

etdilər.  Cənnətə  girəcək  hər  kəs  (ora)  Adəmin  surətində  girəcəkdir. 

(Məlumunuz  olsun  ki,)  indiyə  qədər  insanların  xilqəti  naqisləşməkdədir” 

(Buxari 3326, Muslim 7342, 2841/28) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin