Cəhənnəmin İstiliyinin Şiddəti Və Atəş Əzab Görənlərdən
Nəyi Yandıracaq
819
1809. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizin istifadə
etdiyiniz od Cəhənnəm odunun yetmiş hissəsindən biridir.” (Bir nəfər) dedi:
“Ya Rəsulullah, elə bu da bəs edər!”. Peyğəmbər: “Cəhənnəm odu dünyadakı
oddan altmış doqquz dəfə üstündür. Həm də bunların hər biri (gördüyünüz)
od qədər yandırıb-yaxandır.” (Buxari 3265, Muslim 7344, 2843/30)
Cəhənnəmə İnadkarlar (Təkəbbürlülər), Cənnətə İsə Zəiflər
Daxil Olacaq
1810. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Bir dəfə)
Cənnətlə Cəhənnəm höcətləşdi. Cəhənnəm dedi: “Mən (məxsusi olaraq)
inadkarlardan və təkəbbürlülərdən ötrü yaradılmışam.” Cənnət dedi: “Mənə
nə olub ki, içimə ancaq zəif və aciz (görünən) adamlar girsin?” Onda ulu və
uca Allah Cənnətə buyurdu: “Sən Mənim rəhmətimsən, Mən sənin vasitənlə
qullarımdan dilədiyim kimsəyə rəhm edərəm.” Sonra Cəhənnəmə buyurdu:
“Sən də Mənim əzabımsan, Mən sənin vasitənlə qullarımdan dilədiyim
kimsəyə əzab verərəm.” Onların hər biri (kifayət qədər insan və cinlə)
doldurulacaq. Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını onun
üstünə qoyacaq və o: “Yetər, yetər!” deyəcək. Onda o, artıq dolacaq və
(içindəkiləri) qaplayacaq. Qüdrətli və əzəmətli Allah qullarında heç kəsə zülm
etməz. Cənnətə gəlincə, qüdrətli və əzəmətli Allah onun (dolması) üçün başqa
varlıqlar yaradacaq.” (Buxari 4850, Muslim 7354, 2846/36)
820
1811. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Cəhənnəm
deyəcəkdir: “Yenədə varmı?”. İzzət sahibi Allah ona ayağını qoyacaqdır.
Cəhənnəm: “İzzətinə and olsun ki, bəsdi, bəsdi!” deyər və hər iki tərəfdən də
yığılar. (Buxari 6661, Muslim 7356, 2848/37)
1802. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Qiyamət
günü) ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək. Sonra carçı: “Ey
Cənnət əhli!” deyə çağıracaq. Cənnət əhli başlarını qaldırıb ona tərəf baxacaq-
lar. Carçı: “Bunu tanıyırsınızmı?” deyə soruşacaq. Onlar: “Bəli, bu ölümdür!”
deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü görmüşdülər. Sonra carçı:
“Ey Cəhənnəm əhli!” deyə səsləyəcək. Cəhənnəm əhli başlarını qaldırıb ona
tərəf baxacaqlar. Carçı: “Bunu tanıyırsınızmı?” deyə soruşacaq. Onlar: “Bəli,
bu ölümdür!” deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü
görmüşdülər. Bundan sonra ölümün (başını) kəsəcəklər. Sonra (onlara)
deyiləcək: “Ey Cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz! Ey
Cəhənnəm əhli, siz də əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz!”. Sonra
Peyğəmbər: “Onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! Çünki
onlar qəflətdədirlər...” ayəsini oxudu və: “Bu dünyanın sakinləri
xəbərsizdirlər” dedi, sonra da davam etdi və: “və iman gətirmirlər”– deyərək
ayəni tamamladı.” (Buxari 4730, Muslim 7360, 2849/40)
1813. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Cənnət əhli
Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə yerləşdikdən sonra ölüm (qoç
şəklində) Cənnətlə Cəhənnəmin arasına gətirilib boğazlanacaq. Sonra carçı:
“Ey Cənnət əhli, artıq ölüm yoxdur! Ey Cəhənnəm əhli, artıq ölüm yoxdur!”
deyəcək. (Bu xəbər) Cənnət əhlinin fərəhinin üstünə fərəh artırar, Cəhənnəm
əhlinin isə qəminin üstünə qəm gətirər.” (Buxari 6548, Muslim 7363, 2850/43)
821
1814. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Cəhənnəmə
düşən hər bir) kafirin çiyinləri arasındakı məsafə atlının (öz atını) dörd nala
çapıb üç günə qət etdiyi məsafəyə bərabər olacaqdır.” (Buxari 6551, Muslim
7365, 2852/45)
1815. Harisə İbn Vəhb əl-Xuzai demişdir: “Mən Peyğəmbərin belə dediyini
eşitmişəm: “Sizə Cənnət əhli barədə xəbər verimmi?! (Bu,) hər bir fağır,
təvazökar (mömindir). Əgər o and içərsə, Allah onun andını mütləq gerçəyə
çevirər. Sizə Cəhənnəm sakinləri barədə xəbər verimmi?!” (Bu,) hər bir
daşürəkli, tamahkar və yekəxana (adamdır).” (Buxari 4918, 6071, Muslim 7366,
2853/46)
1816. Abdullah İbn Zəma Peyğəmbərin xütbə verərkən dişi dəvə
150
və
onun diz vətərini kəsən (səmudlu) barəsində (Allahın): “Onların ən bədbəxti
dəvəni kəsməyə qalxdı” (ayəsini oxuyub) belə dediyini eşitmişdir: “Əbu
Zəmaya oxşar, çox qüvvətli, (gözləri) qızmış və havadarlarının himayəsində
olan birisi qalxıb dişi dəvəni kəsməyə tələsdi.”Sonra Peyğəmbər qadınlar
haqqında (camaata nəsihət edib) dedi: “Bəziləriniz öz həyat yoldaşlarını kənizi
döydüyü kimi döyür, sonra da olur ki, günün axırında onunla bir yatağa
girir.” Sonra Peyğəmbər birisinin yel buraxmasına gülən əshabələrini tənbeh
edib dedi: “Siz nə üçün kiminsə (yel buraxmağına) gülürsünüz?!”. Digər
rəvayətdə Peyğəmbər demişdir: “Zubeyr İbn Əvvamın əmisi Əbu Zəmaya
oxşar...” (Buxari 4942, Muslim 7370, 2855/49)
150
“Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi. Onların ən bədbəxti dəvəni kəsməyə
qalxdıqda Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane
olmayın!” Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu
günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.” (əş-Şəms 11-14).
822
1817. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən Amr İbn
Amir İbn Luhey əl-Xuzaini Cəhənnəm odunda bağırsaqlarını (yerlə)
sürüyərkən gördüm. (Çünki) saibələri
151
ilk dəfə o sərbəst buraxmışdır.” (Buxari
3521, Muslim 7371, 2856/50)
Dünyanın Sonu Və Qiyamət Günü Həşr Olmağın Bəyanı
1818. Aişə demişdir: “(Bir dəfə) Peyğəmbər buyurdu: “(Qiyamət günü)
siz ayaqyalın, lütüryan və sünnət olunmamış halda məhşərə toplanacaqsınız.”
Mən soruşdum: “Ya Rəsulullah, kişilər və qadınlar bir-birilərinə baxacaqlar-
mı?”. (Peyğəmbər): “(Onların) işi elə çətin olacaq ki, bu onları heç maraqlan-
dırmayacaq.” (Buxari 6527, Muslim 7377, 2859/56)
1819. İbn Abbas rəvayət edir ki, Peyğəmbər bizim içimizdə ayağa qalxaraq
xütbə verdi və buyurdu: “Sizlər lütüryan və sünnət olunmamış halda məhşərə
toplanacaqsınız”. “O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik.
Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz
vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik”. (əl-Ənbiya 104).
Məxluqlar içərisində Qiyamət günü ilk geyindirilən İbrahimdir. Ümmətimdən
bir dəstə adamlar gətiriləcəkdir və onlar saxlanılaraq (atəş) tərəfə
aparılacaqlar. Mən: “Ya Rəbbim! Onlar mənim səhabələrimdir!” deyəcəm.
Allah: “Sən onların səndən sonra dində nə bidətlər çıxardıqlarını bilmirsən”
deyə buyurar. Mən Saleh qulun söylədiyi kimi: “Mən onlara ancaq Sənin mənə
əmr etdiyini: "Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!"
151
Ardıcıl olaraq on dişi dəvə balalayan və buna görə ərəb bütpərəstləri tərəfindən sitayiş edilən dişi
dəvədir. Bütpərəstlər onu sərbəst buraxır, onu minmir, onunla yük daşımır, yununu qırxmır və südünü də
ancaq qonağa verərdilər. Bu batil əqidənin əsasını isə Amr ibn Luhey əl-Xuzai qoymuşdur.
823
demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni
onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən
hər şeyə Şahidsən, Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır.
Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən”. (Məryəm
117, 118). Mənə: “Bunlar geri dönərək mürtəd olmaqda davam edənlərdir”
deyilər. (Buxari 6526, Muslim 7380, 2861/58)
1820. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qiyamət günü
insanlar üç zümrəyə (bölünüb) məhşərə toplanılacaqlar: (birinci zümrə Allahın
rəhmətinə) ümid bəsləyib (əzabından) qorxan kimsələr olacaq; (ikinci zümrə)
iki-iki, üç-üç, dörd-dörd, on-on dəvələrə minib (həşr) olunacaqlar. Qalanlarını
isə od məhşərə toplayacaq. Onlar dincəldikdə də, gecələdikdə də, səhərə
çıxdıqda da, axşama çıxdıqda da od onların bərabərində olacaqdır.” (Buxari
6522, Muslim 7381, 2861/59)
Qiyamət Gününün Vəsfi, Onun Dəhşətinə Qarşı Allah
Köməyimiz Olsun
1821. İbn Ömər rəvayət edir ki, Peyğəmbər (Allahın): “O gündə ki,
insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar” (ayəsini oxuduqdan
sonra) dedi: “Onların bəzisi öz tərinin içində qulağının yarısına qədər bata-
caqdır.” (Buxari 4938, Muslim 7382, 2862/60)
1822. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qiyamət günü
insanlar o qədər tərləyəcəklər ki, onların təri yerin yetmiş ərəş dərinliyinə
824
keçəcək, (üstəlik bəzilərinin) ağzına dirənəcək, hətta qulaqlarına çatacaqdır.”
(Buxari 6532, Muslim 7384, 2863/61)
Ölən Kimsəyə Cənnət Və Cəhənnəmdəki Yerinin
Göstərilməsi, Qəbir Əzzabının İsbatı Və Ondan Allaha
Sığınmaq
1823. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Biriniz
öldükdən sonra səhər-axşam ona yeri göstərilir. Cənnət əhlindəndirsə,
Cənnətlik, Cəhənnəm əhlindəndirsə, Cəhənnəmlik olacaq. Sonra (ona) deyilir:
“Qiyamət günü Allah səni dirildənədək bu sənin qalacağın yer olacaq.”
(Buxari 1379, Muslim 7390, 7391, 2866/65)
1824. Əbu Əyyub demişdir: “(Bir dəfə) günəş batdıqdan sonra Peyğəmbər
(evdən) çıxdı və bir səs eşidib dedi: “(Bunlar) qəbirlərində əzab çəkən
yəhudilərdir.” (Buxari 1375, Muslim 7394, 2869/69)
1825. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: «Qul qəbirə
qoyulub və yaxınları dönüb geri getdikləri zaman, ölü onların gedərkən ayaq
səslərini eşidir. Onun yanına iki mələk gəlir. Onlar ölünü oturdub ona: «Sən
Muhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» Möminə gəlincə:
«Onun Allahın qulu və Rəsulu olduğuna şəhadət edirəm». Bundan sonra ona:
«Cəhənnəmdəki yerinə bax! Allah onun yerinə Cənnətdən sənə bir yer verdi
və mömin hər iki yeri birdən görür». Qatadə deyir ki: Möminin qəbiri
825
yetmiş arşın genişlənir. Münafiq ilə kafirə gəlincə ona da: «Sən Muhəmməd
deyə bilinən adam haqqında nə bilirsən?» O, da: «Bilmirəm, mən insanların
dediklərini təkrarlayırdım». Ona dəmirdən olan dəyənəklə o qədər vurarlar ki,
fəryadını (qışqırığını) insanlar və cinlərdən başqa hamı eşidər. (Buxari 1374,
Muslim 7395, 2870/70)
1826. Bəra İbn Azib rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mömin qəbirdə
otuzdurulduqdan sonra (onun yanına iki mələk) gəlir. Bundan sonra (mömin)
Allahdan başqa ibadət haqqı olan ilahın olmadığına və Muhəmmədin Onun
elçisi olduğuna şahidlik edir. Bu, Allahın (bu) kəlamıdır: “Allah iman
gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar.
Allah zalımları sapdırar. Allah istədiyini edər”. (İbrahim 27). (Buxari 1369,
4699, Muslim 7398, 7399, 2871/74)
1827. Əbu Təlhə rəvayət edir ki, Bədr günü Peyğəmbərin əmri ilə
qureyşlilərin başçılarından iyirmi dörd nəfərini Bədrdəki suyu çəkilmiş, zir-
zibil dolu çirkli bir quyuya atdılar. (Peyğəmbər ) düşməni məğlub etdikdən
sonra üç gecə meydanda (düzənlikdə) qalardı. Bədrdə qaldığı üçüncü gün
dəvəsini (yola hazırlamağı) əmr etdi. Dəvə (lazımi şeylərlə) yükləndikdən sonra
(Peyğəmbər ) yola düşdü, əshabələri də onun arxasınca yola çıxdılar və bir-
birilərinə dedilər: “Deyəsən, o, yerinə yetirmək istədiyi bir işin dalınca gedir.”
Nəhayət o, (gedib) quyunun kənarında dayandı və onları (quyuya atılmış
müşrikləri) həm öz adlarıyla, həm də atalarının adları ilə çağırıb dedi: “Ey
filankəsin oğlu filankəs, filankəsin oğlu filankəs! (Vaxtında) Allaha və Onun
rəsuluna itaət etsəydiniz, (indi) bu sizi sevindirməzdimi?! Biz Rəbbimizin bizə
vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin
doğru olduğunu gördünüzmü?” (Bunu eşidəndə) Ömər: “Ey Allahın elçisi, sən
cansız cəsədlərləmi danışırsan?!”. Peyğəmbər: “Canım Əlində olan Allaha and
826
olsun ki, siz mənim dediklərimi onlardan yaxşı eşitmirsiniz.” (Buxari 3976,
Muslim 7402, 2873/76)
Haqq-Hesabın İsbatı
1828. Aişə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim haqq-hesaba
çəkilərsə, əzaba düçar olar” deyə buyurdu. Mən: “Məgər Uca Allah: “Onunla
yüngül haqq-hesab çəkiləcək”. (əl-İnşiqaq 8). deyə buyurmayırmı?”. Peyğəmbər:
“Sən dediyin ard (əməllərin bəyan edilməsi) etməkdir. (Əməlləri) müzakirə
olunacaq kimsə isə həlak olacaq.” (Buxari 103, Muslim 7406, 2876/79)
1829. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah bir xalqa əzab
göndərəndə bu əzab onların arasında olan kimsələri də bürüyür, sonra isə
həmin adamlar əməllərinə görə həşr olunurlar.” (Buxari 7108, Muslim 7415,
2879/84)
827
Fitnələr Və Qiyamətin
Əlamətləri Kitabı
828
Fitnələrin Yaxınlaşması Və Yəcuc Məcuc Səddinin Açılması
1830. Zeynəb Bint Cəhş rəvayət etmişdir ki, (bir dəfə) Peyğəmbər qəfil
onun (otağına) daxil olub: “Allahdan başqa məbud yoxdur! Yaxınlaşmış
şərdən dolayı vay ərəblərin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu
boyda dəlik açıldı” dedi və baş barmağı ilə şəhadət barmağını birləşdirərək
(onları) halqa şəklinə saldı. Zeynəb bint Cəhş: “Mən soruşdum: “Ya
Rəsulullah, aramızda əməlisaleh insanlar ola-ola biz həlakmı olacağıq?”.
Peyğəmbər: “Əgər günah işlər artarsa, bəli!” (Buxari 3346, 3598, 7059, Muslim
7416, 7418, 2880/2)
1831. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “(Bu gün) Yəcuc
və Məcuc Səddindən bu boyda dəlik açılmışdır və əli ilə doxsan göstərərək bu
dəlyə işarə etdi”. (Buxari 3347, Muslim 7420, 2881/3)
Kəbəyə Gələn Ordunun Yerə Batırılması
1832. Aişə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir ordu Kəbənin
üzərinə hücum edəcək. (Nəhayət,) Beyda deyilən yerə gəlib çatdıqları zaman
onların əvvəlincisindən axırıncısınadək (hamısı) yerə batırılacaq” Mən dedim:
“Ya Rəsulullah, axı onların arasında sadə və heç kəsə qarışmayan adamlar
olduğu halda, onların əvvəlincisindən axırıncısınadək (hamısı) necə yerə
batırıla bilər?”. Peyğəmbər: “Onların əvvəlincisindən axırıncısınadək (hamısı)
829
yerə batırılacaq, sonra isə öz niyyətlərinə uyğun olaraq həşr olunacaqlar.”
(Buxari 2118, Muslim 7421, 7423, 7424, 2882/4)
Fitnələrin Yağış Yerləri Kimi Baş Verməsi
1833. Usamə demişdir: “Peyğəmbər Mədinə qalalarından birinin üstünə
çıxıb dedi: “Mənim gördüklərimi görürsünüzmü? Həqiqətən, mən yağış
dənələrinin (düşdüyü) yerlər qədər, evlərinizin arasına düşən fütnələrin
yerlərini görürəm.” (Buxari 1878, Muslim 7427, 2885/9)
1834. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yaxın
zamanlada bir çox fitnələr olacaqdır. Fitnələr zamanı oturan kimsə ayaq üstə
durandan, ayaq üstə duan da (bu fitnəyə hazırlıq) görərək gedəndən, yürüyən
isə qaçandan daha xeyirlidir. Hər kim fitnə vaxtına yetişərsə sığınsın və ya
gizlənmək üçün yer taparsa gizlənsin (Buxari 3601, Muslim 7429, 2886/10)
İki Müsəlman Qılınclarını Üz-Üzə Gəlməsi
1835. Əbu Bəkrə demişdir ki, mən Peyğəmbərin belə dediyini eşitdim: “İki
müsəlman qılınclarını çəkib üz-üzə gələrsə, öldürən də, öldürülən də
Cəhənnəmə girər.” Dedim: “Ya Rəsulullah! Öldürən aydındır. Bəs öldürülən
niyə?” Dedi: “Çünki o, qardaşını öldürməyə həris idi.” (Buxari 31, 6875,
Muslim 7434, 7437, 2888/16)
830
1836. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “İki ordu bir-
birilə hərb etmədikcə Qiyamət qopmaz. Bu iki cəmaat bi iddiada olduqları
zaman aralarında böyük bir hərb olacaqdır. Yenə otuza yaxın yalançı dəccəllər
çıxmadıqca Qiyamət qopmaz. Bu dəccəllərin hamısı da özlərini Rəsul
olduqlarını iddia edəcəklər”. (Buxari 3609, Muslim 7438, 2888/17)
Peyğəmbər Qiyamət Qopana Qədər Olanlardan Xəbər
Verməsi
1837. Huzeyfə demişdir: “(Bir dəfə) Peyğəmbər bizə xütbə verdi və
xütbədə Qiyamət gününədək baş verəcək hər şeydən danışdı. Bəziləri (bunu)
yadında saxladı, bəziləri isə unutdu. Necə ki, insan uzun müddət görmədiyini
görən kimi tanıya bilir, mən də deyilənlərdən unutduğum bəzi şeyləri görüb
xatırlayıram.” (Buxari 6604, Muslim 7444, 7445, 2891/23)
Dəniz Dalğaları Kimi Dalğalanacaq Fitnələr
1838. Huzeyfə rəvayət edir ki, (bir dəfə) biz Ömərin yanında ikən o
soruşdu: “Peyğəmbərin fitnə barədə dediyi sözlər hansınızın yadındadır?"
Mən dedim: “Mənim (yadımdadır), həm də o dediyi kimi.” Ömər dedi:
831
“Həqiqətən də, sən bu işdə çox cəsarətlisən.” Mən dedim: “İnsanın arvadı,
mal-dövləti, övladı və qonşusu üzündən düşdüyü fitnəni namaz, oruc, sədəqə,
(habelə insanlara yaxşı işlər görməyi) əmr etmək və (onları pis işlərdən)
çəkindirmək (kimi ibadətlər) silib aparır.” Ömər: “Mən bunu deyil, elə bir
fitnəni qəsd edirəm ki, o, təlatümə gəlmiş dəniz kimi (araya) çaxnaşma
salacaqdır”. Huzeyfə: “Ey möminlərin əmiri! O fitnənin sənə heç bir zərəri
yoxdur. Çünki səninlə onun arasında bağlı bir qapı vardır.” Ömər soruşdu:
“(O qapı) sındırılacaq, yoxsa açılacaq?” Huzeyfə: “Sındırılacaq” deyə cavab
verdi. Ömər: “Deməli, (bundan sonra) o heç vaxt bağlanmayacaqdır”.
(Huzeyfədən) soruşdular: “Ömər bu qapının (kim olduğunu) bilirdimi?”. O
dedi: “Bəli, (o, bu həqiqəti) gecədən sonra səhərin açılacağını bildiyi kimi
(bilirdi). Mən ona (içində) yalan olmayan bir hədis danışdım.”Yenə soruşdular:
“Bu qapı kim idi?” O dedi: “Bu qapı Ömər (özü idi).” (Buxari 525, Muslim
7450, 2892/26)
Furat Çayının (Suyu Çəkiləcək Və) Qızıldan Olan Xəzinə
Üzə Çıxmadıqca Qiyamət Qopmaz
1839. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Tezliklə Furat
çayının (suyu çəkiləcək və) qızıldan olan xəzinə üzə çıxacaqdır. Kim o zaman
yaşayacaqsa, ondan heç bir şey götürməsin.” (Buxari 7119, Muslim 7456, 7457,
2894/31)
Dostları ilə paylaş: |