Şəfaətin İsbatı Və Tövhid Əhlinin Oddan Çıxması
116. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər buyurdu: “Cənnət əhli
Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə daxil olduqdan sonra Uca Allah
buyuracaq: “Qəlbində xardal dənəsi ağırlığında imanı olan hər kəsi
(Cəhənnəmdən) çıxarın!” Beləcə, onlar oradan qapqara qaralmış halda çıxarılıb
yağışdan əmələ gələn çaya (və ya Həyat çayına) atılacaq və selin kənarında
qalan toxumlar necə cücərirsə, onlar da eləcə cücərəcəklər. Məgər (torpağın
üstünə) çıxan sapsarı, əyilmiş cücərtiləri görmədinmi?” (Buxari 22, Muslim
270, 475)
Cəhənnəmdən Axırıncı Çıxan Kimsə
117. Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən
cəhənnəmliklərdən Cəhənnəmdən son çıxacaq və cənnətliklərdən Cənnətə son
66
girəcək kimsəni tanıyıram. O kimsə ki, iməkləyə-iməkləyə Cəhənnəmdən
çıxacaq və Allah Təbarəkə və Təalə ona: “Get, Cənnətə gir!” deyə buyuracaq. O
kimsə Cənnətə yaxınlaşacaq və ona elə gələcək ki, Cənnət dopdoludur. Onda o,
geri qayıdıb deyəcək: “Ey Rəbbim! Mən Cənnəti dopdolu gördüm”. Allah
Təbarəkə və Təalə yenə ona: “Get, Cənnətə gir!” deyə buyuracaq. O kimsə
Cənnətə yaxınlaşacaq və yenə ona elə gələcək ki, Cənnət dopdoludur. O geri
dönüb deyəcək: “Ey Rəbbim! Mən Cənnəti dopdolu gördüm”. Onda Allah ona
belə buyuracaq: “Get, Cənnətə gir! Dünya və onun on misli qədər (yer)
sənindir, (yaxud dünyanın on misli qədər (yer) sənindir)”. Onda bu adam
deyəcək: “Sən Hökmdar olduğun halda mənə lağ edirsən, (yaxud mənə
gülürsən)?”. (Abdullah): Mən Peyğəmbərin arxa dişləri görünənədək
güldüyünü gördüm. (Səhabələr): “Cənnət əhlinin ən aşağı dərəcə sahibi bu
kimsədir” deyərdilər. (Buxari 6571, Muslim 272, 479)
Cənnətdə Ən Aşağı Mənzili Olan Kimsə
118. Ənəs İbn Malik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qiyamət günü
Allah insanları (məhşərə) toplayacaq. (O zaman) onlar deyəcəklər: “Gəlin
Rəbbimizin yanında bizə şəfaət (edəcək bir adam) tapaq, bizi bu (acınacaqlı)
vəziyyətdən qurtarsın”. Bundan sonra onlar Adəmin
yanına gəlib
deyəcəklər: “(Sən bəşəriyyətin atası Adəmsən!) Allah səni Öz Əli ilə yaratmış
və sənə Öz ruhundan üfürmüşdür. Sonra mələklərə əmr etmiş və onlar sənə
səcdə etmişlər. (Elə isə) Rəbbinin yanında bizdən ötrü şəfaət et, bizi bu
(acınacaqlı) vəziyyətdən qurtarsın”. Adəm: “Mən bu (məqama) layiq deyiləm”
deyə cavab verəcək, sonra etdiyi xətanı xatırlayacaq, (buna görə Rəbbindən
utanacaq və onlara): “Lakin siz Uca Allahın göndərdiyi ilk rəsulun – Nuhun
yanına gedin!” deyəcək. Onda onlar Nuhun
yanına gələcəklər. Nuh: “Mən bu
67
(məqama) layiq deyiləm” deyə cavab verəcək, sonra etdiyi xətanı xatırlayacaq,
(buna görə Rəbbindən utanacaq və onlara): “Lakin siz Allahın Özünə ən sevimli
dost tutduğu İbrahimin
yanına gedin!” deyəcək. Onda onlar İbrahimin
yanına gələcəklər. İbrahim: “Mən bu (məqama) layiq deyiləm” deyə cavab
verəcək, sonra etdiyi xətanı xatırlayacaq, (buna görə Rəbbindən utanacaq və
onlara): “Lakin siz Allahın (bilavasitə) danışdığı, (özünə də Tövrat bəxş etdiyi)
Musanın
yanına gedin!” deyəcək. Onda onlar Musanın
yanına gələcəklər.
Musa: “Mən bu (məqama) layiq deyiləm” deyə cavab verəcək, sonra etdiyi
xətanı xatırlayacaq, (buna görə Rəbbindən utanacaq və onlara): “Lakin siz
(Allahın Ruhu
28
və Kəlməsi olan) İsanın
yanına gedin!” deyəcək. Onda onlar
(Allahın Ruhu və Kəlməsi olan) İsanın yanına gələcəklər. İsa (onlara): “Mən bu
(məqama) layiq deyiləm. Lakin siz bütün keçmiş və gələcək xətaları
bağışlanmış bir qulun – Muhəmmədin yanına gedin!” deyəcək. Peyğəmbər
buyurdu: “Sonra onlar mənim yanıma gələcəklər. Mən Uca Rəbbimdən izin
istəyəcəyəm və mənə izin veriləcəkdir. Mən Onu gördüyüm an səcdəyə
qapanacağam. Allah istədiyi qədər məni bu vəziyyətdə saxlayacaq. Sonra
(mənə belə) buyurulacaq: “Ey Muhəmməd! Başını qaldır, söylə, sözün
dinlənəcək, istə, sənə (istədiyin) veriləcək, şəfaət et, şəfaətin qəbul olunacaq”.
Mən başımı (səcdədən) qaldırıb Uca Rəbbimin mənə öyrətdiyi həmd-sənalarla
Rəbbimi tərifləyəcəyəm. Sonra şəfaət edəcəyəm. Mənim üçün hədd qoyulacaq
və mən (bir çoxlarını) atəşdən çıxardıb Cənnətə daxil edəcəyəm. Sonra qayıdıb
səcdəyə qapanacağam. Allah məni saxlamaq istədiyi qədər bu vəziyyətdə
saxlayacaq. Sonra (mənə belə) buyurulacaq: “Başını qaldır, ey Muhəmməd!
Söylə, sözün dinlənəcək, istə, sənə (istədiyin) veriləcək, şəfaət et, şəfaətin qəbul
olunacaq”. Mən başımı (səcdədən) qaldırıb Uca Rəbbimin mənə öyrətdiyi
həmd-sənalarla Rəbbimi tərifləyəcəyəm. Sonra şəfaət edəcəyəm. Mənim üçün
hədd qoyulacaq və mən (yenə bir çoxlarını) oddan çıxardıb Cənnətə daxil
edəcəyəm”. (Ravi): “Mən bilmirəm, Peyğəmbər ya üçüncüsündə, ya
dördüncüsündə belə buyurdu. “Nəhayət, mən deyəcəyəm: “Ey Rəbbim!
Odda, Quranın tutub saxladıqlarından başqa, (yəni özlərinə əbədi olaraq odda
28
Muhəmməd Peyğəmbərin səhabələri və ilk müsəlman ilahiyyatçıları “Allah” sözünün təyin olduğu iki
söz birləşməsi arasında fərq qoyardılar: 1). söz birləşməsində təyin edilən söz canlı şəxs olduqda və ya
cansız əşya olduqda. Məsələn, Beytullah (Allahın Evi); Rəsulullah (Allahın Elçisi); Abdullah (Allahın qulu);
Ruhullah (Allahın Ruhu). Bu və başqa belə ifadələrdə təyin olunan söz Uca Allah tərəfindən yaradılmışları
bildirir. “Allahın Ruhu” ifadəsi onu Allahın yaratdığını və onun Ona məxsus olduğunu bildirir. Bu adla
Allahın peyğəmbəri İsa çağırılır. Onu yaradan zaman Allah: “Ol!”- deyə buyurmuş və o peyğəmbər də
qeybdən yaranmışdır. Eynilə bu qaydada Adəm peyğəmbərin də ruhu xəlq edilmişdir. 2). söz
birləşməsində təyin olunan söz keyfiyyət bildirəndə. Məsələn: Elmullah (Allahın elmi); Kəlamullah (Allahın
sözü); Zatullah (Allahın Özü). Bu və digər belə ifadələr Uca Allaha xas olan ilahi keyfiyyətləri əks etdirir.
“İsmətini qoruyan Məryəmi də yada sal! Biz ona Öz ruhumuzdan Cəbrail vasitəsilə üfürdük, onu və onun
oğlunu aləmlərə bir möcüzə etdik”. (əl-Ənbiya 91).
68
qalmaq vacib buyurulanlardan başqa) bir kimsə qalmamışdır”. İbn Ubeyd öz
rəvayətində demişdir: “Qətadə demişdir: “Yəni özlərinə əbədi olaraq (Cəhən-
nəmdə) qalmaq vacib buyurulanlar”. (Buxari 6565, 7440, Muslim 284, 495)
119. Ənəs demişdir: “Muhəmməd bizə belə rəvayət etmişdir: “Qiyamət
günü insanların arasına çaxnaşma düşəcək. (Nəhayət,) onlar Adəmin
yanına
gəlib deyəcəklər: “(Ey Adəm!) Rəbbinin yanında bizdən ötrü havadarlıq et
(şəfaətçi ol)!” (Adəm) deyəcək: “Mən buna layiq deyiləm. Lakin siz İbrahimin
yanına gedin. Həqiqətən, o, Mərhəmətli Allahın ən sevimli dostudur.” Sonra
onlar İbrahimin
yanına gələcəklər. İbrahim: “Mən buna layiq deyiləm. Lakin
siz Musanın
yanına gedin. Həqiqətən, o, Allahın (bilavasitə) danışdığı (bir
adamdır).” Sonra onlar Musanın yanına gələcəklər. Musa: “Mən buna layiq
deyiləm. Lakin siz İsanın yanına gedin. Həqiqətən, o, Allahın ruhudur və Onun
Kəlməsidir”. Bundan sonra onlar İsanın
yanına gələcəklər. İsa deyəcək: “Mən
buna layiq deyiləm. Lakin siz Muhəmmədin yanına gedin.” Beləliklə, onlar
mənim yanıma gələcəklər. Onda mən deyəcəyəm: “Mən buna layiqəm!” Sonra
mən Rəbbimdən izn istəyəcəyəm və mənə izn veriləcəkdir. Sonra Allah mənə
indi bilmədiyim həmd-sənaları təlqin edəcək və mən o həmd-sənalarla Ona
təriflər deyəcəyəm və səcdəyə qapanacağam. Onda Allah buyuracaq: “Ey
Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin
veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq.” Mən deyəcəyəm: “Ey
Rəbbim! Ümmətim, ümmətim!” Allah buyuracaq: “Get, qəlbində arpa dənəsi
ağırlığında imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları (oradan)
çıxardacağam. Sonra geri dönüb həmin həmd-sənalarla Allaha təriflər
deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək:
“Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin
69
veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq.” Mən deyəcəyəm: “Ey
Rəbbim! Ümmətim, ümmətim!” Allah buyuracaq: “Get, qəlbində zərrə qədər
və ya xardal dənəsi ağırlığında imanı olan kimsələri atəşdən çıxart!” Mən
gedib onları (oradan) çıxardacağam. Sonra geri qayıdıb həmin həmd-sənalarla
Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda
mənə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq,
istə, sənə istədiyin veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq.” Mən
deyəcəyəm: “Ey Rəbbim! Ümmətim, ümmətim!” Allah buyuracaq: “Get,
qəlbində xardal dənəsi ağırlığından daha az, daha az, daha az imanı olan
kimsələri atəşdən çıxart!” Mən gedib onları (oradan) çıxardacağam.” Digər
rəvayətdə Peyğəmbər demişdir: “Mən dördüncü dəfə qayıdıb həmin həmd-
sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam.
Onda mənə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq
asılacaq, istə, sənə istədiyin veriləcək, havadarlıq et, havadarlığın qəbul olu-
nacaq.” Mən deyəcəyəm: “Ey Rəbbim! Mənə izn ver: “Lə Ilahə Illəllah!”–
deyən kimsələrə (şəfaətçi) olum.” Allah buyuracaq: “Mənim izzətimə,
əzəmətimə, böyüklüyümə və ululuğuma and olsun ki, Mən: “Lə Ilahə
Illəllah!” deyən kəsləri oddan çıxardacağam.” (Buxari 7510, Muslim 286, 500)
70
120. Əbu Hureyra rəvayət edir ki, (bir dəfə) Peyğəmbərə cəmdək
gətirdilər. Sonra bu cəmdəyin qol tərəfini (bişirib) ona verdilər. Ətin bu yeri
onun xoşuna gəlirdi. O, ətdən bir tikə dişlədikdən sonra dedi: “Qiyamət günü
mən insanların ən hörmətlisi olacağam. Bunun nə səbəbdən belə olduğunu
bilirsinizmi? Allah əvvəlkiləri və sonrakıları, – (insanların hamısını) – elə bir
yerə yığacaq ki, carçı onları çağıra bilsin, gözlər də onları əhatə etsin. Günəş
insanlara yaxınlaşdıqdan sonra onları elə bir dərd və kədər bürüyəcək ki, onlar
buna nə tab gətirəcək, nə də dözə biləcəklər. Onda onlar (bir-birilərinə)
deyəcəklər: “Başınıza gələnləri görmürsünüzmü? Bəlkə, Rəbbiniz yanında
sizin tərəfinizi saxlayan bir adam tapasınız?” İnsanların bəzisi digərlərinə de-
yəcək: “Gərək Adəmdən xahiş edəsiniz!” Onlar Adəmin
yanına gəlib
deyəcəklər: “Sən bəşəriyyətin atasısan! Özünü də Allah Öz Əlləri ilə yaratmış,
Öz ruhundan sənə üfürmüş və mələklər Onun əmri ilə sənə səcdə etmişlər.
(Elə isə) Rəbbinin yanında bizdən ötrü havadarlıq et (şəfaətçi ol)! Məgər sən
bizim nə vəziyyətdə olduğumuzu, başımıza nələr gəldiyini görmürsənmi?!”.
Adəm: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə
qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Çünki O mənə
(bəlli) bir ağaca yaxınlaşmağı qadağan etdi, lakin mən Ona asi oldum. Ah
nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Nuhun
yanına!”
Onda onlar Nuhun
yanına gəlib deyəcəklər: “Ey Nuh! Sən yer üzünə
göndərilmiş ilk elçisən. Özünü də Allah şükür edən bəndə adlandırmışdır. (Elə
isə) Rəbbinin yanında bizdən ötrü havadarlıq et! Məgər sən bizim nə
vəziyyətdə olduğumuzu görmürsənmi?!”. Nuh: “Bu gün qüdrətli və əzəmətli
Rəbbim elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş
və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mənim dua etməyə imkanım
var idi, lakin mən qövmümün əleyhinə bəddua etdim. Ah nəfsim, nəfsim,
nəfsim! Gedin başqasının yanına. Gedin İbrahimin
yanına!” Onda onlar
İbrahimin
yanına gəlib deyəcəklər: “Ey İbrahim! Sən həm Allahın
peyğəmbəri, həm də yer əhli arasında Allahın ən sevimli dostusan. (Elə isə)
Rəbbinin yanında bizdən ötrü havadarlıq et! Məgər sən bizim nə vəziyyətdə
olduğumuzu görmürsənmi?!” İbrahim: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki,
O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə
qəzəblənməyəcəkdir. Mən üç dəfə yalan danışmışam. Ah nəfsim, nəfsim,
nəfsim! Gedin başqasının yanına. Gedin Musanın
yanına!” Onda onlar
Musanın
yanına gəlib deyəcəklər: “Ey Musa! Sən, Allahın elçisisən, Allah Öz
risaləti ilə, üstəlik səninlə bilavasitə danışmaqla səni digər insanlardan üstün
71
etmişdir. (Elə isə) Rəbbinin yanında bizdən ötrü havadarlıq et! Məgər sən
bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!”. Musa: “Bu gün Rəbbim elə
qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan
sonra əsla belə qəzəblənməyəcəkdir. Mən adam öldürmüşəm. Halbuki, onu
öldürmək mənə əmr edilməmişdi. Ah nəfsim, nəfsim, nəfsim! Gedin
başqasının yanına. Gedin Məryəm oğlu İsanın
yanına!” Onda onlar İsanın
yanına gəlib deyəcəklər: “Ey İsa! Sən həm Allahın elçisi, həm Onun Məryəmə
göndərdiyi Kəlməsi, həm də Onun ruhundansan. Sən hələ körpə ikən beşikdə
insanlarla danışırdın. (Elə isə) Rəbbinin yanında bizdən ötrü havadarlıq et!
Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!”. İsa: “Bu gün
Rəbbim elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş
və bundan sonra əsla belə qəzəblənməyəcəkdir.” İsa öz xətasını onlara
bildirməyəcək, sadəcə belə deyəcək: “Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqa-
sının yanına. Gedin Muhəmmədin yanına!” Onda onlar Muhəmmədin
yanına gəlib deyəcəklər: “Ey Muhəmməd! Sən həm Allahın elçisi, həm də
peyğəmbərlərin sonuncususan. Allah sənin keçmiş və gələcək günahlarını
bağışlamışdır. (Elə isə) Rəbbinin yanında bizdən ötrü havadarlıq et! Məgər sən
bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” Onda mən Ərşin altına
gəlib, qüdrətli və əzəmətli Rəbbimin qarşısında səcdə edəcəyəm. Sonra Allah
mənə elə təriflər və alqışlar göndərəcək ki, məndən əvvəl heç kəsə belə təriflər
və alqışlar göndərməmişdir. Sonra da belə deyiləcək: “Ey Muhəmməd! Başını
qaldır və istə, sənə istədiyin veriləcəkdir, havadarlıq et, havadarlığın qəbul
olunacaqdır.” Mən başımı qaldırıb deyəcəyəm: “Ümmətim, ey Rəbbim!
Ümmətim, ey Rəbbim! Ümmətim, ey Rəbbim!” Onda belə deyiləcək: “Ey
Muhəmməd, ümmətindən sorğu-suala çəkilməyəcək kimsələri Cənnətin sağ
qapılarından içəri daxil et! Halbuki, onlar başqa insanlarla birlikdə (Cənnətin)
digər qapılarından da keçə bilərlər”. Peyğəmbər: “Canım Əlində olan Allaha
and olsun ki, Cənnət qapılarındakı laylardan hər iki lay arasındakı məsafə
Məkkə ilə Himyər (yaxud Məkkə ilə Busra) arasındakı məsafə qədərdir.”
(Buxari 4712, Muslim 287, 501)
Peyğəmbərin Ümməti Üçün Şəfaəti Saxlaması
121. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər bir
peyğəmbərin duası olmuşdur. Mən isə öz duamı İnşəAllah Qiyamət günü
72
ümmətimə şəfaət etmək üçün saxlamaq istəyirəm.” (Buxari 7474, Muslim 294,
509)
122. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər bir
peyğəmbərin bir istək duası olmuşdur və ya hər bir Peyğəmbərin duası vardır,
onunla dua etdi və duası qəbul olundu. Mən isə öz duamı Qiyamət günü
ümmətimə şəfaət etmək üçün saxlamaq istəyirəm.” (Buxari 6305, Muslim 298,
513-519)
Allahın: “Ən Yaxın Qohumlarını Qorxut!” ayəsi
123. Əbu Hureyra rəvayət edir ki, qüdrətli və əzəmətli Allah: “Ən yaxın
qohumlarını qorxut!”. (əş-Şuəra 214). ayəsini nazil etdikdə Peyğəmbər
(qohum-əqrəbasını çağırıb) dedi: “Ey quyerşlilər, canınızı (Allahın əzabından)
satın alın!”. Mən sizi Allahın (əzabından) qurtara bilməyəcəyəm. Ey
Abdumənaf oğulları, mən sizi Allahın (əzabından) qurtara bilməyəcəyəm. Ey
Abbas İbn Abdulmuttəlib, mən səni Allahın (əzabından) qurtara bilməyə-
cəyəm. Ey Peyğəmbərin bibisi Səfiyyə, mən səni Allahın (əzabından) qurtara
bilməyəcəyəm. Ey Muhəmmədin qızı Fatimə, malımdan nə istəyirsənsə, istə.
Mən səni Allahın (əzabından) qurtara bilməyəcəyəm”. (Buxari 2753, 4771,
Muslim 305, 525)
73
124. İbn Abbas demişdir: “Bu: “Ən yaxın qohumlarını – içərilərindən ən
səmimi olanlarını – qorxut!” ayəsi nazil olduqda Peyğəmbər (evindən) çıxdı.
Nəhayət, gəlib Səfa dağına qalxdı və: “Haydı, canınızı qurtarın!” deyə
(qureyşliləri) səsləməyə başladı. (Bəziləri): “Bu qışqıran kimdir?” deyə
soruşdular və (Muhəmədin) onun yanına toplanmağa başladılar. Peyğəmbər:
“Deyin görək, əgər mən sizə bu dağın ətəyindən bir dəstə atlı çıxıb (üstünüzə
hücum edəcəyini) xəbər versəm, mənə inanarsınızmı?”. Onlar: “Biz səndən
yalan eşitməmişik” deyə cavab verdilər. Peyğəmbər: “Mən sizi gələcək şiddətli
əzabla qorxudan bir peyğəmbərəm”. (Bunu eşidəndə) Əbu Ləhəb: “Ölüm
olsun sənə! Bizi buna görəmi yığmısan?” (Elə bu səbəbdən də) bu surə nazil
oldu: “Əbu Ləhəbin əlləri qurusun, artıq qurudu da!”. (əl-Məsəd). (Buxari 4971,
Muslim 307, 529)
Peyğəmbərin Əbu Talibə Şəfaəti Və Onun Səbəbilə
Əzabının Yüngülləşməsi
125. (Bir dəfə) Abbas İbn AbdulMuttəlib Peyğəmbərə buyurdu: “Əmin
(Əbu Talibə) sənin nə köməyin dəyib? Axı, o, səni müdafiə edərdi, (kimsə)
sənin (xətrinə dəyəndə) qəzəblənərdi.” Peyğəmbər: “O, Cəhənnəm odunun üst
qatındadır. Əgər mən olmasaydım, o, Cəhənnəmin lap dibində olardı.” (Buxari
3883, Muslim 308, 531)
126. Əbu Səid əl-Xudri demişdir: “(Bir dəfə) Rəsulullahın yanında əmisi
Əbu Talib zikr edildi. Onda o, belə buyurdu: “Ümidvaram ki, Qiyamət günü
mənim şəfaətim ona fayda verəcək və o, Cəhənnəmin dayaz yerinə
yerləşdiriləcək. (Orada) alov onun topuqlarına çatacaq və istisindən onun
beyni qaynayacaq”. (Buxari 3885, 6564, Muslim 310, 535)
74
Cəhənnəmdə Ən Yüngül Əzab Çəkən Kimsə
127. Nomən İbn Bəşir xütbə verərkən demişdir: “Mən Peyğəmbərin belə
dediyini eşitmişəm: “Qiyamət günü Cəhənnəm əhlinin ən yüngül əzab çəkəni
o kimsə olacaq ki, ayağının altındakı çuxurlara köz qoyulacaq, bunların
istisindən onun beyni qaynacaq”. (Buxari 6561, Muslim 313, 314, 538, 539)
Möminlərin Bir-Birilə Dostlaşması Və Başqalarıyla
Əlaqələri Kəsməsi Və Onlardan Uzaq Olması
128. Amr İbn As demişdir: “Mən Peyğəmbərin uca səslə heç nəyi
gizlətmədən belə dediyini eşitmişəm: “Atamın qohum-əqrəbası mənim
himayədarım sayıla bilməz. Mənim himayədarlarım ancaq Allah və əməlisaleh
möminlərdir. Sadəcə məni onlara bağlayan qohumluq əlaqələridir və bu
əlaqələri qoruyub saxlayacağam”. (Buxari 5990, Muslim 316, 541)
Müsəlmanlardan Bəzisinin Cənnətə Hesab Və Əzabsız
Girməsinə Dəlil
129. Əbu Hureyrə rəvayət edir ki, mən Peyğəmbərin belə dediyini eşitdim:
“Ümmətimdən yetmiş min nəfərlik bir zümrə (Cənnətə) girəcək. Onların üzü
bədrlənmiş ay kimi nur saçacaqdır”. Əbu Hureyrə: “(Bunu eşidəndə) Ukkaşə
75
İbn Mihsən əl-Əsədi əynində olan bəbir dərisinə bənzər bürüncəyinin ətəyini
çəkərək ayağa qalxıb dedi: “Ya Rəsulullah! Allaha dua et, məni onlardan
etsin!”. Peyğəmbər: “Allahım! Bunu o kəslərdən et!” deyə dua etdi. Sonra
ənsardan olan başqa birisi qalxıb: “Ya Rəsulullah! Allaha dua et, məni də
onlardan etsin!” dedi. Peyğəmbər: “Bu xüsusda Ukkaşə səni qabaqladı”. (Buxari
5811, 6542, Muslim 318, 544)
130. Səhl İbn Səd rəvayət edir ki, Peyğəmbər buyurdu: “Ümmətimdən yet-
miş min, yaxud yeddi yüz min (Əbu Hazim bunlardan hansını söylədiyini
bilmir) nəfər sorğu-sualsız, həm də əl-ələ verib bir-birilərindən (bərk-bərk)
tutmuş halda Cənnətə daxil olacaqlar Axırıncıları içəri daxil olmayınca
əvvəldəkilər daxil olmayacaq. Onların üzü on dörd gecəlik ay kimi (gözəl və
parlaq) olacaq.” (Buxari 6543, 6554, Muslim 322, 548)
131. İbn Abbas rəvayət etmişdir ki, bir gün Peyğəmbər yanımıza çıxdı və
buyurdu: “(Peyğəmbərlər göndərilmiş) Ümmətlər mənə göstərildi. Peyğəmbər
yanından ötdüm ki, yanında bir və ya iki adam var idi. Peyğəmbər gördüm,
yanında bir toplum adam var idi. Elə bir peyğəmbər də gördüm ki, yanında
heç kəs yox idi. (Həmin vaxt) mənə çoxlu üfüqü örtən qaraltı göstərildi. Mən
onların ümmətim olduğunu ümüd etdim. (Mənə): “Bu, Musa
və onun
qövmüdür. Sonra mənə deyildi: “Sən bu tərəfə bax” deyildi. Mən (dərhal ora)
baxdım və orada üfüqü örtən çoxlu qaraltı gördüm. Mənə yenə: “O, tərəfə bax!
O tərəfə bax!” deyildi. (Mən üfüqü örtən daha) çox qaraltı gördüm. Mənə: “Bu
sənin ümmətindir. Onlardan yetmiş min nəfəri sorğu-sual olunmadan Cənnətə
girəcəkdir” deyildi. (Bunu deyəndən sonra Peyğəmbər qalxıb evinə daxil
oldu). Camaat sorğu-suala çəkilmədən və əzaba giriftar olmadan Cənnətə
girəcək o kimsələr barədə ixtilafa düşdü. Bəziləri: “ Peyğəmbərin səhabələri
öz aralarında müzakitəyə başladılar. Bizlərə gəlincə şirk vaxtı doğulmuşuq,
lakin Allah və Rəsuluna imn etmişik (ümüd edilir Cənnətə girərik) dedilər.
76
Lakin (Cənnətə sorğu-sualsız girənlər) bizim İslamda doğulan övladlarımızdır.
(Yəqin ki, bunlar Peyğəmbərə yoldaş olmuş kimsələrdir” dedilər. Bəziləri də:
“Ola bilsin ki, bunlar İslam dini gəldikdən sonra doğulmuş və Allaha şərik
qoşmamış kimsələrdir” dedilər. Beləcə, onlar bir çox şeylər zikr etdilər. Bu vaxt
Peyğəmbər bayıra çıxdı və: “Nə haqda mübahisə edirsiniz?” deyə soruşdu.
(Səhabələr mübahisə etdikləri məsələ barədə) ona xəbər verdilər). Bu müzakirə
Peyğəmbərə çatdı və O buyurdu: “Bunlar ovsun oxumayan,
29
özlərinə ovsun
oxunmasını tələb etməyən, (hər hansı bir hadisəni) uğursuzluq əlaməti hesab et-
məyən və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir”. (Bu vaxt) Ukkaşə İbn
Mihsən ayağa qalxıb dedi: “(Ya Rəsulullah! Allaha dua et), mən onlardanam!”
Peyğəmbər: “Sən onlardansan!” dedi. Sonra başqa bir adam ayağa qalxıb: “(Ya
Rəsulullah! Allaha dua et), məni onlardan etsin!” dedi. Peyğəmbər: “Bu xüsusda
Ukkaşə səni qabaqladı”. (Buxari 5752, Muslim 323, 549)
132. Abdullah (İbn Məsud) demişdir: “(Bir dəfə) biz Peyğəmbərlə birlikdə
bir çadırın içində idik. Bu vaxt Peyğəmbər buyurdu: “Cənnət əhlinin dörddə
biri olmaq istəyirsinizmi?”. Biz: “Bəli!” deyə cavab verdik. Yenə soruşdu:
“Cənnət əhlinin üçdə biri olmaq istəyirsinizmi?”. Biz (bu səfər də): “Bəli!” deyə
cavab verdik. Yenə soruşdu: “Cənnət əhlinin yarısı olmaq istəyirsinizmi?”. Biz
(bu səfər də): “Bəli!” deyə cavab verdik. Onda Peyğəmbər belə buyurdu:
“Muhəmmədin canı Əlində olan (Allaha) and olsun ki, mən sizin Cənnət əhlinin
yarısını təşkil edəcəyinizə ümid edirəm. (Agah olun ki,) Cənnətə yalnız
müsəlman olan kəs girər. (Bilin ki,) siz, müşriklər arasında qara öküzün
dərisindəki ağ tük və ya qırmızı öküzün dərisindəki qara tük kimisiniz”. (Buxari
6528, Muslim 325, 552)
Dostları ilə paylaş: |