AġLƏ HÜququnun əsaslari



Yüklə 197,5 Kb.
səhifə23/31
tarix02.01.2022
ölçüsü197,5 Kb.
#34748
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   31
MÜHAZİRE 5 - AİLƏ HÜQUQU

7. ÖVLADLIĞA GÖTÜRMƏ

Övladlığa götürmə elə bir hüquqi aktdır ki, onun nəticəsində övladlığa götürülən uşaq övladlığa götürən və onun qohumları barəsində valideynlər və uşaqlar üçün qanunla müəyyən edilmiş eyni hüquq və vəzifələrə malik olur.

Övladlığa götürmə institutu ilk dəfə keçmiş ittifaq ərazisində 1926-cı ildə, Azərbaycanda 1928-ci ildə yaranmışdır. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz.

Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.

Övladlığa götürmə uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə işə qəyyumluq və himayə orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır.

Övladlığa götürülənlər və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.

Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 gün müddətində bu qətnamədən çıxarışı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanına göndərməyə borcludur.

Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır. Uşaq öldükdə övladlığa götürməyə yol verilmir.

Ailə Məcəlləsinin 120-ci maddəsində göstərilir ki, aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər:

1. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslə;

2. Məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;

3. Qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə, qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;

4. Əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;

5. Səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər.




Yüklə 197,5 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin