Qəyyumluq və himayəçiliyin xitam edilməsi
Qəyyumluq (himayəçilik) aşağıdakı hallarda xitam edilə bilər:
1. Qəyyumluqda olan uşaqlar valideynlərinin (valideynin) tərbiyəsinə qaytarıldıqda;
2. Uşaqlar övladlığa götürülməyə verildikdə;
3. Himayədə olan uşaqlar dövlət idarələrində və ya ictimai idarələrdə yerləşdirildikdə, çünki bu halda qəyyumların (himayəçilərin) vəzifəsini həmin idarələrin müdiriyyəti həyata keçirir;
4. Qəyyumun (himayəçinin) vəsatəti üzrə üzürlü səbəblərə görə (qəyyumun və ya himayəçinin xəstəliyi, başqa yerə getməsi və i.a.;
5. Himayəçilik həmçinin yetkinlik yaşına çatmayan şəxs nikaha daxil olduqda, əgər rayon icra hakimiyyəti nikah yaşına aşağı salmışsa, xitam edilir. Deməli, yetkinlik yaşını çatmayan müvafiq icazə olmadannikaha daxil olduqda himayəçilik xitam edilmir;
6. Qəyyum (himayəçi) və ya himayədə olan öldükdə;
7. Öz vəzifələrini lazımınca yerinə yetirmədikdə qəyyumun (himayəçinin) kənar edilməsi nəticəsində xitam edilir.
ƏDƏBIYYAT
1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Bakı, «Hüquq» nəşriyyatı, 2000.
2. Q.İ.Manayev. Ailə hüququ. Bakı, 1999
3. Resensev V.A. Semeynoe provo. M.,1917.
4. Oridoroqa M.T. Rastorjenie braka. M., Qosizdat, 1958.
5. İsmayılov İ.İ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. Bakı, Qanun, 2002.
6. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Bakı: “Hüquq ədəbiyyatı” nəşr., 2010.
Dostları ilə paylaş: |