Himayədar valideynlər
Aşağıdakılar istisna olmaqla, yetkinlik yaşına çatmış hər iki cinsdən olan şəxslər himayədar valideyn ola bilər:
1. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdud hesab edilən şəxslər;
2. Məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum olunan və ya valideynlik hüquqları məhdudlaşdırılan şəxslər;
3. Üzərinə qanunla qoyulan qəyyumluq (himayəçilik) vəzifələrini lazımi qaydada yerinə yetirmədiyi üçün həmin vəzifələrdən kənarlaşdırılan şəxslər;
4. Keçmiş övladlığa götürülənlər, əgər övladlığa götürmə onların təqsiri üzündən məhkəmə tərəfindən ləğv olunmuşsa;
5. Səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər.
Dostları ilə paylaş: |