Uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifələri
Uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir. Qəyyumluqda (himayədə) olan uşağın qəyyumunun (himayəçisinin) qəyyumluq və himayə orqanlarının tövsiyələrini və uşağın rəyini nəzərə almaqla, onun tərbiyə üsullarını sərbəst müəyyənləşdirmək hüququ vardır. Qəyyum (himayəçi) uşağın rəyinə uyğun olaraq onun ümumi orta təhsil alması üçün təhsil müəssisəsini və təhsilin formasını seçmək hüququna malikdir, uşağın ümumi orta təhsil almasını təmin etməlidir.
Qəyyumluqda (himayədə) olan uşağın hər hansı təşkilat, şəxs və ya yaxın qohum qanuni əsas olmadan saxlayarsa, qəyyumun (himayəçinin) məhkəmə yolu ilə uşağın qaytarılmasını tələb etmək hüququ var. Uşağın valideynləri, yaxın qohumları ilə ünsiyyət uşağın maraqlarına cavab vermədiyi hallardan başqa, qəyyumun (himayəçinin) uşağın onlarla ünsiyyət saxlamasına icazə verməmək hüququ yoxdur.
Uşağa qəyyumluq (himayəçilik) vəzifəsi təmənnasız yerinə yetirilməlidir. Hər ay uşağın qəyyumuna (himayəçisinə) onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir.
Dostları ilə paylaş: |