AġLƏ HÜququnun əsaslari



Yüklə 197,5 Kb.
səhifə1/31
tarix02.01.2022
ölçüsü197,5 Kb.
#34748
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   31
MÜHAZİRE 5 - AİLƏ HÜQUQU


Mühazirə 5: AiLƏ HÜQUQUNUN ÜMUMİ XARAKTERİSTİKASI

Plan:

1. Ailə hüququn anlayışı və predmeti.

2. Nikahın anlayışı. Nikahın bağlanma şərtləri və qaydaları.

3. Nikahın xitam edilməsi

4. Nikahın etibarsız hesab edilməsi.

5. Ər-arvadın hüquq və vəzifələri.

6. Valideynlərin və uşaqların aliment vəzifələri.

7. Övladlığa götürmə.

8. Qəyyumluq və himayəçilik.
1. AILƏ HÜQUQUN ANLAYIŞI və PREDMETI

Ailə hüququ vahid hüququnun müstəqil bir sahəsi olub nikahdan, qohumluqdan, uşaqları övladlığa və daimi tərbiyəyə götürməkdən əmələ gələn şəxsi, yəni qeyri-əmlak münasibətlərini və bunlarla əlaqədar əmlak münasibətlərini tənzim edir. Ailə hüququ qeyri-əmlak və əmlak münasibətlərini tənzim etdiyinə görə, onu mülki hüququn bir hissəsi hesab etmək düzgün deyildir.

Ailə hüququ ilə tənzim edilən şəxsi münasibətlərin təbiəti mülki hüququn institutları (müəlliflik, ixtiraçılıq, kəşf və s.) üçün səciyyəvi olan şəxsi münasibətlərdən keyfiyyətcə fərqlənir. Belə ki, mülki hüquqa görə bu məsələlərdən əmələ gələn hüquq münasibətlərinin subyektləri həm vətəndaşlar, həm də təşkilatlar ola bilər. Ailə hüquq münasibətlərinin subyektləri isə yalnız vətəndaşlar ola bilər.

Ailə hüququnun müstəqilliyi onun öz predmetinin olması ilə də təsdiq edilir. Bu və ya digər hüquq sahəsinin predmeti dedikdə, həmin hüquq sahəsinin normaları ilə tənzim edilən ictimai münasibətlər başa düşülür. Bu baxımdan ailə hüququnun predmetinə ailədə ərlə arvad arasında, ailənin digər üzvləri arasında əmələ gələn şəxsi və əmlak münasibətləri daxildir.

Bu qrup münasibətlərə, ər-arvad arasında, habelə uşaqların tərbiyə edilməsi prosesində valideynlərlə uşaqlar arasında, uşaqlarla onları tərbiyəyə götürmüş digər şəxslər arasında əmələ gələn münasibətlər də daxildir.

İkinci qrup münasibətlərə isə ərlə arvad arasında olan elə münasibətlər daxildir ki, onlar ər-arvadın nikah müddətində qazandıqları əmlakla və bir-birinə qarşılıqlı aliment (maddi yardım) vermək vəzifələri ilə əlaqədar olaraq əmələ gəlir. Bu qrup münasibətlərə həm də valideynlərin öz uşaqlarını və ailənin digər üzvlərini saxlamaq vəzifələri ilə əlaqədar əmələ gələn münasibətlər daxildir.

Milli Məclisdə müzakirə olunan və qəbul olunan məcəllə 28 dekabr 1999-cu ildə Azərbaycan prezidenti tərəfindən imzalanmış və 2000-ci il iyun ayının 1-dən qüvvəyə minmişdir.

Bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərinin, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.

Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə olunur.

Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yol verilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.

Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanında bağlanmış nikah tanınır.

Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.

Ailə Məcəllənin 2-ci maddəsində deyilir: «Azərbaycan Respublikası Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri, eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir).

Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.




Yüklə 197,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin