AġLƏ HÜququnun əsaslari


NİKAHIN ETİBARSIZ HESAB EDİLMƏSİ



Yüklə 197,5 Kb.
səhifə9/31
tarix02.01.2022
ölçüsü197,5 Kb.
#34748
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
MÜHAZİRE 5 - AİLƏ HÜQUQU

4. NİKAHIN ETİBARSIZ HESAB EDİLMƏSİ

Azərbaycan Dövləti Nikahın qeydə alınmasının həm dövlət mənafeyi və ictimai mənafeyi, həm də ərarvadın və uşaqların şəxsi və əmlak hüquqların və mənafeyinin mühafizəsi məqsədini əsas tutaraq, nikaha daxil olmaq üçün zəruri şərtlər müəyyənləşdirmişdir. Bu şərtlərə əməl olunmasa nikah etibarsız hesab edilir. Qanuni olmayan nikah ancaq məhkəmə tərəfindən etibarsız sayıla bilər.

Qanunla müəyyən edilmiş şərtlərin pozulması nəticəsində bağlanmış nikahın etibarsızlığı haqqında məhkəmə tərəfindən qətnamə çıxarılanadək, onu heç kəs etibarsız hesab edə bilməz.

Nikahı etibarsız hesab etmək o deməkdir ki, nikah əvvəldən qanunauyğun olmamışdır, yəni hüquqi cəhətdən ümumiyyətlə mövcud olmamışdır.

Nikahın məhkəmə tərəfindən etibarsız hesab edilməsi haqqında işlərə boşanma işləri üçün müəyyən edilmiş qaydalar üzrə baxılmır. Bu, onunla izah edilir ki, boşanma haqqında işlərdə məhkəmə əvvəldən qanuni olan nikahın pozulması barəsində ər və arvadın (ya da onlardan birinin) xahişinin nikaha və ailəyə qeyri-ciddi münasibətdən irəli gəldiyini müəyyən edirsə və nikahı saxlamağın zəruriliyi və məqsədəuyğunluğu qərarına gələrsə, onda məhkəmə nikahı saxlamaq üçün tədbirlər görməyə, ər və arvadı barışdırmağa borcludur. Nikahın etibarsız hesab edildiyi işlərdə, yəni əvvəldən qeyri-qanuni olan nikah işlərində isə məsələni bu cür qoymaq olmaz. Çünki qanunsuz olan nikahda tərəflərin barışdırılmasından söhbət gedə bilməz.

Ailə qanunvericiliyinə görə yalnız vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanmış nikah tanınır.

Ailə Məcəlləsinin 10 və 12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanın nikah (saxta nikah) etibarsız sayılır. Yəni nikahın bağlanmasına aşağıdakı hallarda yol verilmir:

1. Nikah üçün müəyyən olunmuş yaşa çatmadıqda;

2. Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey bacı və qardaşlar) arasında;

3. Övladlığa götürülənlər və övladlığa götürənlər arasında;

4. İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında;

5. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə.

Nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanına göndərməyə borcludur.

Ailə qurmaq niyyəti olmadan nikah bağlanması halı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsində göstərilən nikahın bağlanmasına mane olan hallar siyahısına daxil edilməmişdir. Deməli ailə qurmaq niyyəti olmadan nikahın bağlanması halı nikahı etibarsız hesab etmək üçün müstəqil əsas sayıla bilməz. Saxta nikahda ise qarşılıqlı razılıq yalnız zahiri xarakter daşıyır, görünüş üçündür, əslində isə nikaha daxil olanların məqsədi (iradəsi) ailənin, ər-arvadın hüquq və vəzifələrinin yaradılmasına yönəldilmir. Saxta nikahın qeydə alınması isə tamamilə başqa məqsəd, məsələn, evə yazılmaq, mənzil sahəsinə hüquq əldə etmək, pensiya və ya digər əmlak hüququna malik olmaq və s. daşıyır. Buradan belə nəticə çıxarmaq olar ki, ailə hüququ üzrə, həqiqətən kişi ilə qadının qarşılıqlı razılığı əsasında bağlanmayan, həqiqətən ailə qurmaq məqsədi güdməyən, nikaha daxil olanların hər ikisinin razılığı yalnız zahiri xarakter daşıyan nikah saxta, etibarsız hesab edilməlidir.

Ailə Məcəlləsinin 26-cı maddəsinə görə aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:

- Nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün ailə qanunvericiliyində nəzərdə tutulmuş icazə almadıqda nikah bağlanarsa – yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı);

- Nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları iradə etmək iqtidarında olmadıqda bağlanarsa – nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);

- Nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumu.

- Pozulmamış əvvəlki nikah üzrə ər (arvad);

- Saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);

- AİDS xəstəliyi olan şəxs bunu gizlətdikdə, hüquqları pozulmuş ər (arvad).

Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz.

Nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir.

Nikahın bu və ya digər səbəbə görə etibarsız hesab edilməsini həmin nikahda olmuş ər (arvad) öləndən sonra da tələb etmək olar. Məsələn, arvad özünün ölmüş ərinin sağlığında onun başqa qadınla bağladığı ikinci nikahın etibarsız sayılması haqqında iddia irəli sürür. İkinci nikah etibarsız sayıldıqda, ölmüş kişinin varisi onun ikinci arvadı deyil, birinci arvadı hesab edilməlidir. Bu nikahın ərin (arvadın) başqa vərəsələrinin, habelə dövlət orqanlarının və ictimai orqanların da marağı ola bilər.




Yüklə 197,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin