AġLƏ HÜququnun əsaslari



Yüklə 197,5 Kb.
səhifə7/31
tarix02.01.2022
ölçüsü197,5 Kb.
#34748
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   31
MÜHAZİRE 5 - AİLƏ HÜQUQU

3. NİKAHIN XİTAM EDİLMƏSİ

Nikaha xitam verilməsi əsasları Ailə Məcəlləsinin IV fəslində öz əksini tapmışdır. 14-cü maddəyə görə:

1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir;

2. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcədə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.

Şəxsin məhkəmə qaydasında ölmüş elan olunması nəticəsinə nikahın xitam edilməsi onun ölmüş güman edilməsinə əsaslanır. Buna görə də həmin adamın sağ olması istisna edilmir. Həmin şəxs gəlib çıxdıqda və ya onun yeri aşkar olunduğu halda onun ölmüş elan olunması haqqında məhkəmənin qətnaməsi yeni açılmış hallara görə Azərbaycan Respublikasının MTM-nin tələbinə görə ləğv edilir və bu vaxtdan nikah avtomatik surətdə bərpa olunmuş hesab edilir. Belə hallarda nikah ər-arvadın iradəsindən asılı olmadan bağlandığı vaxtdan bilavasitə qanunun göstərişinə əsasən bərpa olunur. Əgər onlar birgə ailə həyatını davam etdirmək istəməsələr, öz nikahlarını boşanma yolu ilə poza bilərlər. Nikahı aşağıdakı hallarda bərpa etmək olar:

a) Əgər ərin (arvadın) ölmüş elan olunması haqqında məhkəmənin qətnaməsi ləğv olunmuşsa, məhkəmənin bu yeni qətnaməsinə əsasən ərin (arvadın) ölmüş elan olunması haqqında qeyd ləğv edilir;

b) Əgər ölmüş elan edilən şəxsin əri (arvadı) yeni nikaha daxil olmamışsa, belə halda nikah şəxsin ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi ləğv edildiyi vaxtdan avtomatik surətdə bərpa edilir. Şəxs özünün ölmüş elan olunmasını bildikdə, əvvəlki nikah boşanma yolu ilə xitam edilmədən, o, yeni nikaha daxil ola bilməz. Əks halda yeni nikah etibarsız hesab edilməlidir.


Yüklə 197,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin