Nəvələrin əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənəni saxlamaq vəzifəsi aşağıdakı iki şərt mövcud olduqda əmələ gəlir:
1. Nəvələr kifayət qədər vəsaitə malik olduqda;
2. Babanın və nənənin öz yetkinlik yaşına çatmış uşaqlarından və ya arvadından (ərindən) yardım almaq imkanı olmadıqda.
Ailə Məcəlləsinin 92-ci maddəsi ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsini əhatə edir. Burada deyilir ki, «Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğlu və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər.
Ögey ata və ana ögey oğul və qızları 5 ildən az tərbiyə etmiş və ya saxlamışlarsa, habelə ögey oğul və qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə yetirməmişlərsə, məhkəmə ögey oğul və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər».
Biz yuxarıda qeyd etdik ki, ailənin digər üzvləri, o cümlədən ögey ata (ana) müəyyən hallarda ögey oğlunu (qızını) saxlamağa borcludur.
Dostları ilə paylaş: |