AġLƏ HÜququnun əsaslari


Övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir



Yüklə 197,5 Kb.
səhifə26/31
tarix02.01.2022
ölçüsü197,5 Kb.
#34748
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   31
MÜHAZİRE 5 - AİLƏ HÜQUQU

Övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir.

132.1. Övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə.

132.2. Övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə.

132.3. Övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə.

132.4. Övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda.

Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər.

Övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə şəxsi geri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər.

Məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın və övladlığa götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilir. Uşağın mənafeyi bunu tələb edərsə, onunla valideynləri (onun qohumları) arasında qarşılıqlı hüquq və vəzifələr bərpa olunur.

Övladlığa götürmə ləğv olunduqda, uşaq məhkəmənin qətnaməsi ilə valideynlərlə qaytarılır. Bu halda uşağın valideynləri olmadıqda, yaxud uşağın valideynlərinə qaytarılması onun mənafeyinə ziddirsə, uşaq yerli icra hakimiyyəti orqanlarının qəyyumluq və himayə orqanının himayəsinə verilir.

Məhkəmə uşağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanılıb – saxlanılmasını da həll edir. 10 yaşı tamam olmuş uşağın adı və soyadı onun öz razılığı ilə dəyişdirilə bilər.

Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir.


Yüklə 197,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin