Himayədar ailənin yaranması
Himayədar ailə uşağı tərbiyə olunmaq üçün vermə müqaviləsi əsasında yaranır. Bu müqavilə qəyyumluq və himayə orqanı ilə himayədar valideynlər arasında bağlanır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmamış uşaq və yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə verilə bilər.
Himayədar ailə haqqında əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Müqavilədə hökmən onun yaşayış, tərbiyə və təhsil şəraiti, himayəçi valideynlərin hüquq və vəzifələri, qəyyumluq və himayə orqanının himayədar ailə qarşısında vəzifələri, bu müqavilənin ləğv olunmasının əsasları və nəticələri göstərilir.
Uşağın tərbiyə üçün ailəyə verilməsi barədə müqavilə üzürlü sabəb olarsa qəyyumlun və himayə orqanının təşəbbüsü ilə vaxtından əvvəl pozula bilər.
Dostları ilə paylaş: |