AġLƏ HÜququnun əsaslari


UŞAQLAR ÜZƏRİNƏ QƏYYUMLUQ və HiMAYƏÇİLİK



Yüklə 197,5 Kb.
səhifə27/31
tarix02.01.2022
ölçüsü197,5 Kb.
#34748
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   31
MÜHAZİRE 5 - AİLƏ HÜQUQU

8. UŞAQLAR ÜZƏRİNƏ QƏYYUMLUQ və HiMAYƏÇİLİK

Qəyyumluq və himayə ailə qanunvericiliyi ilə müəyyən edilmiş elə bir hüquqi aktdır ki, bu valideynlərini itirmiş uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur.

Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Qəyyumluq və himayəçilik həmçinin səhhətinə görə müstəqil olaraq öz hüquqlarını həyata keçirməyə və vəzifələrini yerinə yetirməyə qadir olmayan yetkinlik yaşına çatan şəxslərin şəxsi və əmlak hüquqları və mənafeyinin müdafiəçi üçün və onlara lazımi qulluq edilməsinin və qayğı göstərilməsinin təmin olunması üçün müəyyən edilir. Qəyyumluğun və himayəçiliyin əsas məqsədi valideyn himayəsindən məhrum olan uşağın yaşaması və tərbiyəsi üçün münasib şərait yaratmaqdır.

Ailə Məcəlləsinin 20-ci fəsli və 136-145-ci maddəsində deyilir. «Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır. Alkoqolik və narkomanlar, qəyyumlun (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər qəyyum (himayəçi) ola bilməzlər».

Tam dövlət himayəsində olmaqla tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində yerləşən uşaqlara qəyyum (himayəçi) təyin olunmur. Bu vəzifə həmin müəssisələrin rəhbərlərinə həvalə edilir. Uşaqların müvəqqəti olaraq belə müəssisələrə yerləşdirilməsi qəyyumların (himayəçilərin) hüquq və vəzifələrini məhdudlaşdırır.

Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar aşağıdakı hüquqlara malikdirlər:

1. Qəyyumun (himayəçinin) ailəsində tərbiyə almaq, onlardan qayğı almaq, qəyyum (himayəçi) ilə birlikdə yaşamaq;

2. Onların saxlanması, tərbiyəsi, təhsili, hərtərəfli inkişafı və insan ləyaqətinə hörmət edilməsi üçün şəraitlə təmin olunmaq;

3. Onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq;

4. Yaşadıqları ev (mənzil) üzərində mülkiyyət hüququnu və ya ondan istifadə etmək hüququnu saxlamaq ev (mənzil) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil almaq.

Valideyn himayəsindən məhrum olub, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə qalan uşaqlar aşağıdakı hüquqlara malikdirlər:

140.1. Saxlanılmaq, tərbiyə və təhsil almaq, hərtərəfli inkişaf etmək, ləyaqətinə hörmət göstərmək və maraqlarını təmin etmək.

140.2. Onlara düşən pensiya, müavinət və başqa sosial ödənişləri almaq.

140.3. Mənzil (ev) sahəsi üzərində mülkiyyət hüququnu, mənzildən (evdən) istifadə etmək hüququnu saxlamaq, mənzili (evi) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil sahəsi almaq.

140.4. Qeyd edilən müəssisələrdən qayıtdıqdan sonra Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işə düzəlməkdə güzəştlərdən istifadə etmək.


Yüklə 197,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin