Ali məktəb pedaqogikası fənninin tədrisinin əhəmiyyəti və pedaqoji elmlər sistemində yeri



Yüklə 55,08 Kb.
səhifə9/9
tarix04.06.2022
ölçüsü55,08 Kb.
#60628
1   2   3   4   5   6   7   8   9
Muhazird 1

5.Ali təhsil konsepsiyasi.

Bütün dünyada bazar iqtisadiyyatının inkişafı əhəmiyyətli kapital qoyuluşu və yüksək ixtisaslı mütəxəssislərə tələbat doğurur. Bu da istehsal proseslərinin yenidən qurulmasını, yeni texnologiyalar yaradılmasını, ən başlıcası isə, intellektual potensialın artırılmasını tələb edir. Çünki intellektual potensial olmadan tərəqqi mümkün deyil.


“Milli intellektual potensial”ın yaradılması müasir dövrdə Azərbaycanda təhsil sahəsində aşağıdakı islahatların aparılmasını tələb edir :

  • təhsil sistemində aparılan islahatların daim dövlətin diqqət

mərkəzində olması və cəmiyyətin sosial tələblərinə cavab verməsi ;

  • təhsil proseslərinin və strukturlarının idarə olunması ;

  • təhsil alanların və təhsil verənlərin cəmiyyətdəki statusunun

düzgün müəyyənləşdirilməsi və hüquqlarının müdafiə edilməsi ;

  • təhsilin məzmununun təkmilləşdirilməsi ;

  • təlimin metod və vasitələrinin yeniləşdirilməsi, interaktiv

təlim metodlarına geniş yer verilməsi ;

  • pedaqoji prosesdə innovasiyaların geniş tətbiqi ;

  • yeni təlim texnologiyalarının hazırlanması ;

  • təhsil sferasının maddi təminatının yaxşılaşdırılması və

maliyyə ehtiyatlarından səmərəli istifadə olunması ;

  • Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə

inteqrasiyası ;

  • kompüterlərin, müasir informasiya və kommunikasiya

texnologiyalarının təhsil sistemində geniş istifadəsi ;

  • təhsil müəssisələrinin inkişaf rejimində işləməsi və gələcək

fəaliyyətinin dəqiq proqnozlaşdırılması ;

  • təhsil müəssisələrində pedaqoji proses iştirakçılarının

fəaliyyətinin müntəzəm olaraq qiymətləndirilməsində müasir modellərinin tətbiqi ;

  • müasir monitorinq və qiymətləndirmə mexanizmlərinin

geniş tətbiqi ;

  • təhsilin keyfiyyətinin dövlət standartlarına müvafiqliyinin

təmin edilməsi ;

  • idarəetmənin dövlət – ictimai və ictimai – dövlət

xarakterinin müəyyənləşdirilməsi ;

  • yeni sertifikatlaşdırma, lisenziyalaşdırma, attestasiya və

akkreditasiya sistemlərinin yaradılması ;

  • elmlərin vüsətli inkişafı ilə onların insan tərəfindən

mənimsənilməsi imkanları arasındakı ziddiyyətlərin rasional həlli ;

  • təhsil verənlərin və təhsil alanların fiziki və psixoloji

sağlamlığının təmin edilməsi.

  • ətraf mühitin dərk edilməsi və qorunması, cəmiyyətin hər

bir üzvündə ekoloji mədəniyyətin formalaşdırılması ;

  • baza təhsilinin əsas elementlərini saxlamaqla onun

təkmilləşdirilməsi və strategiyasının inkişaf prioritetlərinin müəyyənləşdirilməsi ;

  • təhsil sisteminin hər bir insanı öz həyatını düzgün qura

bilməsi üçün zəruri olan biliklər və təcrübə ilə silahlandırmasdı, mədəni inkişafını təmin etməsi.
Göründüyü kimi, ali təhsil sistemi qarşısında son dərəcə ciddi problemlər durur. Lakin təkcə respublikamızda deyil, bütün dünyada təhsil sistemi bu qlobal problemləri qısa zaman kəsiyində həll etmək imkanlarına malik deyildir.Çünki :
■ keyfiyyətli təhsil almaq istəyən insanların sayı ilə buna imkanı olanların arasında böyük fərq var. Nə orta, nə də ali təhsil sistemi təhsilə daim artan tələbə ödəyə bilmir ;
■ peşə - ixtisas təhsili sürətlə dəyişən texnologiyalarla ayaqlaşa bilmir, başqa sözlə, təhsil sistemi konservativ (latınca konservo - qoruyuram, conservatio – mühafizəetmə deməkdir) xarakter daşıyır ;
■ maddi imkanların məhdudluğu təhsil sisteminin yeni tələblər əsasında qurulmasına mane olur ;
■ təhsil sistemləri inert xarakter daşıdığından dövrün tələblərinə çevik surətdə uyğunlaşa bilmir ;
■ cəmiyyətin və vətəndaşların ətalətli olması təhsildən, təhsilli kadrlardan dövlətin milli maraqlarına uyğun olaraq istifadə edilməsinə mane olur.
Müxtəlif ölkələrin milli təhsil sistemləri daim böhrana məruz qalır. Maddi resursların məhdudluğu, müəllimlər üçün binaların, tədris korpuslarının və vəsaitlərinin çatışmazlığı işin məhsuldarlığına mane olur. Bütün dünyada təhsil sahəsində özünü göstərən qüsurlar bəşəriyyət üçün ciddi problemlər yaradır.
Təhsil siyasətinin inkişafında dövlətin qanunvericiliyinin rolu çox böyükdür.
Müasir dövrdə respublikamızda ali təhsil sahəsində keçirilən islahatlar aşağıdakı problemləri həll etməyə yönəlməlidir :
Müasir dövrdə respublikamızda ali təhsil sahəsində keçirilən islahatlar aşagıdakı problemləri həll etməyə yönəlməlidir:

  • təhsilin fundamental əsaslarını inkişaf etdirmək və

keyfiyyətini yüksəltmək ;

  • təhsil sistemini “qabaqlama” prinsipi üzərində qurmaq, sivilizasiyanın gələcək inkişafına yönəltmək, insanın yaradıcılıq qabilliyyətlərinin inkişafını təmin etmək ;

  • təhsil sistemində perspektiv informasiya və telekommunikasiya texnologiyalarından istifadə etməklə distant təlim üçün əlverişli şərait yaratmaq;

  • təhsilin keyfiyyətini yüksəltmək məqsədilə informasiya texnologiyalarından geniş istifadə etmək ;

  • təhsil alanları peşə - ixtisas hazırlığı ilə bağlı informasiya texnologiyalarından istifadə etmək üçün xüsusi bilik və bacarıqlarla silahlandırmaq ;

  • təhsil alanları müasir dövrdə həyat və fəaliyyətin əsasını təşkil edən “informasiya cəmiyyəti”ndə yaşamağa hazırlamaq ;

  • təbii – elmi fənlərin hümunitar təhsilə və buna uyğun olaraq humanitar fənlərin təbii – elmi və texniki təhsilə nüfuz etməsinə nail olmaq ;

  • fundamental təhsilin və peşə - ixtisas təhsilinin inteqrasiyası problemini konstruktiv şəkildə həll etmək ;

  • konkret fəaliyyət sahəsində dartisaslaşması yeni professional fəaliyyət sferası ilə əvəz etmək ; təhsil alanların hazırlığını bazar iqtisadiyyatının və dəyişən texnologiyaların tələblərinə çevik surətdə uyğunlaşmasına istiqamətləndirmək ;

  • mütəxəssis hazırlığının keyfiyyətcə yeni mərhələsinə qalxmaq və s.



Yüklə 55,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin