Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə71/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   67   68   69   70   71   72   73   74   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Məqbul (zaçot). Məqbul pedaqoji prosesin təşkili formalarından biri kimi, adətən, ali təhsil müəssisəsində tətbiq olunur. Məqbul müəyyən fənnin və ya onun böyük bir bölməsinin tədrisi başa çatanda keçirilir. O, fənn və ya onun bölməsi üzrə tələbələrin bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirmək və qiymətləndirmək forması kimi özünü göstərir.

Seminar məşğələlərində müntəzəm fəal iştirak edən tələbələrə sorğu-sualsız məqbul yazılır. Məşğələlərdə ara-sıra iştirak edən və fəallıq göstərməyən tələbələr isə sorğu-suala



tutulur, fənn üzrə bilik və bacarıqlarının səviyyəsi nəzərə alınmaqla məqbul və ya qeyri-məqbul yazılır.

İmtahan. İmtahan da pedaqoji prosesin təşkili formalarından biri kimi nəzərdən keçirilir. Fənnin tədrisi imtahanla və ya məqbulla başa çatır. Fənn üzrə bilik, bacarıq və vərdişlərin tələbələr tərəfindən mənimsənilmə dərəcəsi imtahan zamanı daha dəqiq müəyyənləşdirilir və qiymətləndirilir. İmtahan biletlərindəki suallar müvafiq fənn üzrə tədris proqramını əhatə etməlidir.

İmtahan nəinki tələbələrin biliklərinin, bacarıq və vərdişlə- rinin səviyyəsini, həm də müəllimin pedaqoji və metodik hazırlığının necəliyini üzə çıxartmağa imkan verir.

İmtahanların üç növü var: şifahi imtahanlar, yazılı imtahanlar və əməli imtahanlar.

Şifahi imtahan biletlər üzrə aparılır. Əvvəlcədən tərtib və təsdiq edilən biletlər çevrilmiş şəkildə stolun üstünə qoyulur. İmtahan verən şəxs nömrəsi və yazısı görünməyən biletlərdən birini götürüb nömrəsini bildirir; bir qədər düşünür və cavab verir.

Yazılı imtahan zamanı tapşırıqları, adətən, çətinlik dərəcəsi eyni olan müxtəlif variantda təklif etmək olur. Bu halda ali məktəblərdə yüzbal sistemi üzrə yazılı imtahanların hazırlan- ması, gedişi və yekunlaşdırılması daha mürəkkəbdir. Yanaşı əyləşən tələbələr başqa-başqa variantda tapşırıq icra etməli olurlar.

Praktik bacarıqlarla müşaiyət edilən fənlər üzrə imtahanlarda əməli tapşırıqlar da yerinə yetirilir.

İmtahana ən yaxşı hazırlıq fənlər üzrə ilboyu gündəlik tapşırıqlara yüksək səviyyədə əməl edilməsidir.




Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin