Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə78/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   74   75   76   77   78   79   80   81   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Məşğələdə insanpərvərlik əhval-ruhiyyəsi hökm sürməlidir. Məşğələ zamanı müəllim (tərbiyəçi) və tələbə münasibətlərinin necəliyi pedaqoji prosesin keyfiyyətinə güclü təsir göstərir. Məşğələnin gedişində tək-tək müəllimin (tərbiyəçinin) kobud hərəkətləri, hörmətlə əlaqələndirilməyən quru tələbkarlığı, tələbələrin halına qalmaması, güzəştə gedə bilməməsi, səsini qaldırması, təhqiramiz ifadələrə yol verməsi, hətta bəzən zor işlətməsi tələbələri nəinki belə müəllimdən (tərbiyəçidən), onun fənnindən küsdürür, hətta məktəbdən, təhsildən uzaqlaşdıra bilir. Nəticədə təlim-tərbiyə işinin səviyyəsi aşağı düşür.

Müəllimlərin (tərbiyəçilərin) əksəriyyətinin təcrübəsində bunun əksi də müşahidə olunur. Müəllim (tərbiyəçi) öz tələbələrinə övladları kimi baxdıqda, onlarla mülayim və mərhəmətli davrandıqda, tələbkarlığını tələbə şəxsiyyətinə hörmətlə birləşdirdikdə, lazım bilindiyi zaman güzəştə gedə bildikdə tələbələrin müəllimə (tərbiyəçiyə) və onun fənninə rəğbəti xeyli artır: onlar həvəslə oxuyurlar. Nəticədə təlim- tərbiyənin səviyyəsi yüksəlir. Bu səbəbdən insanpərvərlik ruhu bütün məşğələlərin səciyyəvi xüsusiyyətlərindən birinə çevrilməlidir.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin