Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə87/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   83   84   85   86   87   88   89   90   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

    Bu səhifədəki naviqasiya:
  • Tədris
Baza tədris planı. Təhsilin hər mərhələsində təhsilin müxtəlif növləri fəaliyyət göstərir. Təhsilin həmin növlərinə xas olan ümumi cəhətlər baza tədris planında əks olunur.

Eyni tipli təhsil müəssisələrinin hər biri üçün ayrılıqda tədris planı hazırlananda həmin baza tədris planı əsas götürülür.

Təhsilin real, konkret məzmunu üç əsas sənətdə əks olunur: tədris planında, tədris proqramlarında və dərsliklərdə.



Tədris planı. Müxtəlif tipli təhsil müəssisələrinin tədris planları başqa-başqa olur. Çünki, onların qarşısında fərqli vəzifələr qoyulur. Nəinki müxtəlif profilli (məsələn, pedaqoji və ya tibbi) təhsil müəssisələrinin, hətta eyni profilli təhsil müəssisəsinin (məsələn, pedaqoji institutun) özündə ayrı-ayrı fakultələrin tədris planları da bir-birindən fərqlənir.

Təhsil müəssisələrinin tipləri nə qədər müxtəlif olsa da, onların tədris planları üçün ümumi olan cəhətlər də var. Təhsil müəssisəsi üçün tədris planının əsas sənəd olması, keçiləcək

fənlərin adlarının orada əks olunması, həmin fənlərin tədrisi ardıcıllığının qeyd edilməsi, hər fənn üçün saatların miqdarının göstərilməsi, təhsil müddətinin müəyyənliyi, tələbənin fəaliyyət formaları, rüblər və ya semestrlərin, imtahan və ya məqbulların göstərilməsi və s. bütün tədris planları üçün səciyyəvi cəhətlərdir.

Tədris planı təhsil müəssisi və müvafiq icra hakimiyyət orqanı tərəfindən təsdiq edilir. Təhsil müəssisəsində təlim və tərbiyə işi başlıca sənəd hesab edilən tədris planı əsasında təşkil edilir.

Deməli, bu ya digər təhsil müəssisəsində öyrədilən fənlərin adlarını, onların tədrisi ardıcıllığını, hər fənnə ayrılan saatların miqdarını, təhsil müddətini, işin formalarını göstərən sənədə tədris planı deyilir.




Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin