Onun ictimai səciyyəsi. Pedaqoji proses bəşər cəmiyyətinin bütün mərhələlərinin zəruri funksiyalarından biri olmuşdur. İctimai-iqtisadi formasiyaların ilk mərhələsində də, sonrakı mərhələlərində də yaşlılar əxlaqi, fiziki, mənəvi, estetik və s. dəyərləri bu və ya digər formalarda gənc nəslə öyrətməyə çalışmışlar. Pedaqojiproses cəmiyyətininkişafmərhələlərininayrılmazfunksiyasıolduğundanictimaisəciyyədaşıyır.
Pedaqoji prosesin tarixliyi.Pedaqoji proses cəmiyyətin yaranması və inkişafı ilə birlikdə yaranmış və inkişaf etməkdədir. Tərbiyə daim cərəyan edən zəruri prosesdir. N.Tusi haqlı olaraq yazırdı ki, tərbiyə insanla yaranmış, insanla davam edir və hər bir şəxs öldükdə o da yekunlaşır. Cəmiyyətin ehtiyaclarına uyğun olaraq pedaqoji prosesin məzmunu, təşkili formaları, üsulları və prinsipləri dəyişir. Məsələn, ibtidai icma zamanı qəbilələr halında yaşayan adamlar öz sosial təcrübələrini balıq tutanda, ov edəndə, meyvə yığanda, əməyin digər növlərində uşaqlara öyrətmişlər. Quldarlıq dövründə məktəblər açılmış, pedaqoji işlə məşğul olan xüsusi şəxslər meydana gəlmişdir və s. Deməli, pedaqojiprosesinməzmunu,təşkiliformaları,üsullarıictimai-iqtisadiformasiyalardanasılıolaraqdəyişdiyindəntarixisəciyyədaşıyır.