Ali MƏKTƏb pedaqogikasi


Pedaqoji prosesin qanunauyğunluqları və qanunları



Yüklə 246 Kb.
səhifə48/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   44   45   46   47   48   49   50   51   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

18. Pedaqoji prosesin qanunauyğunluqları və qanunları.
Pedaqoji prosesin tamlığı ilə əlaqədar qanunauyğunluq. Deyildiyi kimi, təlim, tərbiyə, təhsil və psixoloji inkişaf qarşılıqlı surətdə bir-biri ilə bağlıdır; bu cür bağlılıq pedaqoji prosesi, onun tamlığını əmələ gətirir. Real olan bu bağlılıqda müəyyən qanunauyğunluqlar var: təlim təhsilin həyata keçirilməsi prosesi kimi cərəyan edir; təhsil bir halda təlimin şərti, digər halda isə nəticəsi kimi özünü göstərir; təlim həm təhsil verir, həm tərbiyə edir, həm də psixoloji inkişafa səbəb olur; psixoloji inkişaf bir halda təlim və tərbiyənin ayrılmaz ünsürü, digər haldanəticəsi, üçüncü halda isə vacib şərtlərindən biri olur.

Məsələ burasındadır ki, pedaqoji prosesin tamlığını, yəni təlim, tərbiyə, təhsil və inkişafın qarşılıqlı surətdə əlaqədə olduğunu, bir-birini şərtləndiyini bilən və pedaqoji işdə nəzərə alan müəllimin əldə etdiyi nəticə ilə həmin əlaqəyə məhəl qoymayan və iş zamanı ona istinad etməyən müəllimin pedaqoji nəticəsi arasında xeyli fərq olur. Tərbiyəlilik, mənimsəmə və inkişaf cəhətdən birinci qrupa aid olan müəllimlərin şagirdləri (tələbələri) ikinci qrupa aid olan müəllimlərin şagirdlərinə (tələbələrinə) nisbətən üstünlük təşkil edir. Burada belə bir qanunauyğunluq özünü qabarıq şəkildə göstərir: pedaqoji prosesin tamlığını, yəni təlim, tərbiyə, təhsil psixoloji inkişaf arasında qarşılıqlı əlaqənin varlığını müəllim digər tərbiyəçi bildikdə pedaqoji fəaliyyət zamanı onu nəzərə aldıqda şagirdlərin (tələbələrin) tərbiyəlilik, bilik inkişaf səviyyəsi artır.

Bu pedaqoji qanunauyğunluğun pedaqoji qanun formasında ifadəsi belədir: pedaqoji prosesin tamlığı qanunu.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin