Ali MƏKTƏb pedaqogikasi


Pedaqoji prosesin əsas mərhələləri və onların səciyyələndirilməsi



Yüklə 246 Kb.
səhifə51/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   47   48   49   50   51   52   53   54   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

20. Pedaqoji prosesin əsas mərhələləri və onların səciyyələndirilməsi.
Pedaqoji prosesin mərhələləri məfhumu. Pedaqoji prosesin mərhələləri deyəndə hər hansı təlim və ya tərbiyə mövzusunun mənimsənilməsindəki keçidlər nəzərdə tutulur. Bu cür suala cavab vermək lazım gəlir: mövzuların öyrədilməsi nədən başlayır, necə cərəyan edir və nə ilə nəticələnir? Həmin sualların aydınlaşdırılması pedaqoji prosesin mərhələləri məfhumunun mahiyyətini açmağa imkan verir.

Küllü miqdarda faktların təhlili göstərir ki, sinifdən fəndən asılı olmayaraq tədris mövzularının mənimsənilməsi təqribən eyni mərhələlərdən keçir. Həmin mərhələlər bir məşğələdə ardıcıl davam edə və başa çata da, bir neçə məşğələni əhatə edə də bilir. Bu, tədris mövzusunun xarakterindən asılı olur. Başqa sözlə desək, məşğələnin və ya dərsin mərhələləri ilə pedaqoji prosesin mərhələləri məfhumlarını eyniləşdirmək olmaz. Mövzunun mənimsənilməsi bir məşğələdə (dərsdə) başa çatırsa, onun mərhələləri pedaqoji prosesin mərhələləri ilə üst-üstə düşə bilir; mövzunun mənimsənilməsi iki və ikidən artıq məşğələdə davam edirsə pedaqoji prosesin mərhələləri məşğələnin mərhələlərindən kənara çıxır, cədvəl üzrə məşğələdənkənar işləri (fərdi tapşırıqları, məsləhətləşmələri, əlavə mənbələrə baxmağı və s.i.) də nəzərdə tutur və spesifik səciyyə daşıyır. Bu spesifiklik mövzudan-mövzuya qapanan dövrə formasında təkrarlanır.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin