1. Biliklərin, bacarıqların və mənəvi keyfiyyətlərin əsasən qavranmasına xidmət edən üsullar;
2. Biliklərin, bacarıqların və mənəvi keyfiyyətlərin əsasən başa düşülməsinə xidmət edən üsullar;
3. Biliklərin, bacarıqların və mənəvi keyfiyyətlərin əsasən möhkəmləndirilməsinə və tətbiqinə xidmət edən üsullar;
4. Biliklərin, bacarıqların və mənəvi keyfiyyətlərin mə- nimsənilməsinə nəzarət, onların yoxlanılması və qiymətləndirilməsinə xidmət edən üsullar.
22. Pedaqoji prosesin təşkili formaları.
Pedaqoji prosesin təşkili formalarının ədəbiyyatda qoyuluşu. Ali təhsilin bakalavr pilləsində təlimin təşkili formaları ayrılıqda, tərbiyənin təşkili formaları da ayrılıqda öyrədilir. Magistratura pilləsində isə təlimin təşkili formalarını və tərbiyənin təşkili formalarını ayrılıqda deyil, pedaqoji prosesin təşkili formaları kimi birlikdə nəzərdən keçiririk.
Pedaqoji prosesin təşkili formalarının qruplaşdırılması. Pedaqoji prosesin təşkili formaları tədris planı ilə bağlılıq dərəcəsinə görə iki böyük qrupa ayrılır: tədris planı üzrə məşğələlər və tədris planından kənar iş növləri.
Tədris planı üzrə məşğələlər də iki qrupa ayrılır: auditoriya məşğələləri və auditoriyadankənar məşğələlər.
Təsdiq edilmiş məşğələ cədvəli üzrə zənglə başlayıb zənglə qurtaran tədris işi formalarına auditoriya məşğələləri deyilir.
Dostları ilə paylaş: |