Ali MƏKTƏb pedaqogikasi


Tədris planı üzrə auditoriya məşğələləri



Yüklə 246 Kb.
səhifə55/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   51   52   53   54   55   56   57   58   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Tədris planı üzrə auditoriya məşğələləri: mühazirə, seminar, dərs, laborator məşğələ və s. auditoriya məşğələləridir.

Mühazirə. Mühazirəni səciyyələndirən bir sıra xüsusiyyətlər vardır. Məşğələ cədvəli ilə bağlılığı onun xüsusiyyətlərindəndir. Pedaqoji prosesin təşkili formalarından biri kimi, mühazirə həmişə məşğələ cədvəlinə uyğun təşkil edilir.

Tədris proqramı ilə bağlılıq da mühazirəni səciyyələndirən xüsusiyyətdir. Mühazirə bu və ya digər fənn üzrə tədris proqramının müəyyən mövzusuna həsr olunur. Həmin mövzu əvvəlki mövzu üzərində qurulur və növbəti mövzunun öyrədilməsinə zəmin yaradır.

Dinləyicilərin tərkibinin mühazirəyə dəxli vardır. Mühazi- rədə, adətən, sabit tərkibli

dinləyicilər iştirak edirlər.

Mühazirə zənglə başlayır, zənglə də bitir; onun davametmə müddəti dəyişməzdir, bir qoşa akademik saatdır.

Deyilənləri nəzərə alan Milli pedaqogika mühazirəyə belə tərif verir: məşğələ cədvəlinə və tədris proqramına uyğun olaraq sabit tərkibli birləşmədəki dinləyicilərlə bir qoşa akademik saat ərzində aparılan məşğələyə mühazirə deyilir.




Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin