Ali məktəb pedaqogikasının mövzusu, məqsədi və vəzifələri



Yüklə 14,59 Kb.
tarix02.01.2022
ölçüsü14,59 Kb.
#47970
1. Ali məktəb pedaqogikasının mövzusu, məqsədi və vəzifələri


Ali məktəb pedaqogikasının mövzusu, məqsədi və vəzifələri.

• Pedaqogika — tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elm deməkdir

• «Pedaqogika» sözü iki yunan sözündən ("payda" və "qoqos") əmələ gəlib, hərfi mənası «uşaq ötürən» deməkdir. O, tərbiyə haqqında elmdir.

• Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Onun mövzusu isə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Pedaqogikanın mövzusu təkcə uşaqların tərbiyəsi ilə məhdudlaşmır; o, ümumilikdə insan tərbiyəsi məsələlərini öyrənir.

Hər bir elmdə olduğu kimi, pedaqogikanın da özünəməxsus anlayışlar sistemi vardır. Buraya pedaqoji proses, tərbiyə,özünütərbiyə, yenidəntərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı və s.anlayışlar daxildir.

Pedaqoji proses tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin vəhdətidir..



• Tərbiyə insan şəxsiyyətinin məqsədyönlü formalaşması və inkişafı prosesi və nəticəsidir

O, iki mənada — geniş və dar mənada işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi kimi başa düşülür. Bu halda tərbiyə insana bütün mütəşəkkil və məqsədyönlü təsirləri, o cümlədən sosial həyatın təsirlərini, tərbiyə, təhsil və təlimi özündə birləşdirir.• Dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin (eləcə də təlim və təhsilin) mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi başa düşülür. Özünütərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi, şəxsiyyətini təkmilləşdirməsi prosesidir. • Yenidən tərbiyə insanın şüur, xarakter və davranışında kök salmış mənfi halların, keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir
Yüklə 14,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin