Ali-Muhammedin sirleri indd


Hz İsanın (ə) kitabında qəsbkar zəlalət imamları



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə153/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   149   150   151   152   153   154   155   156   ...   410
Ali-Muhemmedin sirleri

Hz İsanın (ə) kitabında qəsbkar zəlalət imamları 
haqqında xəbər
Ey Möminlərin əmiri! Bu kitabda Peyğəmbərin qəbiləsi Qüreyşdən olan 
on iki zəlalət imamının onun Əhli-Beytinə düşmənçilik edəcəkləri, haqla-
rını  qəsb edəcəkləri, sürgünə göndərəcəkləri, məhrum qoyacaqları, onlardan 
uzaqlaşacaqları  və onları qorxudacaqları yazılmışdır. Onların bir-bir adları, 
vəsfl əri, nə qədər zaman və necə hakimiyyətdə olacaqları, onların tərəfi ndən 
(Əhli-Beytin) övladlarının, dostlarının və şiələrinin nə qədər qorxudulacaqla-
rı, nə  bəlalar görəcəkləri və  məruz qalacaqları  qırğınlar bu kitabda yazılıdır. 
Həmçinin Allahın sizinlə onların, dostlarının və köməkçilərinin vəziyyətlərini 
necə dəyişəcəyi, onların siz Əhli-Beyt tərəfi ndən qarşılaşacaqları rüsvayçılıq, 
savaş, bəla, qırğın və qorxuları bu kitabda yazılıdır”.
Sonra dedi: “Ey Möminlərin  əmiri!  Əlini aç, sənə beyət edim. Mən Al-
lahdan başqa ilahın olmadığına, Muhəmmədin Onun qulu və elçisi olduğuna, 
sənin Peyğəmbər arasında xəlifə, vəsi, Allahın məxluqları üzərində şahid və yer 
üzündə höccət olduğuna şahidlik edərəm. İslam Allahın dinidir və mən İslama 
müxalif olan hər bir dindən uzağam. Çünki İslam Allahın Özü üçün seçdiyi və 
dostları üçün razı olduğu dindir. Bu, İsa ibn  Məryəmin və ondan əvvəlki nəbi 
və peyğəmbərlərin, həmçinin atalarımın dinidir. Mən sənin və onun dostlarını 
sevirəm, sənin düşmənlərindən uzaq olduğumu bildirirəm. Sənin övladların-


Ali-Muhəmmədin sirləri
111
dan on bir imamı sevirəm və onların düşmənlərindən, müxalifl ərindən, onlar-
dan uzaqlaşanlardan, haqlarını  qəsb edənlərdən və onlara zülm edənlərdən - 
birincisindən sonuncusunadək – uzaq olduğumu bildirirəm”. Sonra əlini uzatdı 
və Əlidə (ə) beyət etdi.
Ardınca Möminlərin əmiri (ə) ona dedi: “Kitabını mənə ver”. O da kitabı 
verdi. Əli (ə) səhabələrindən birinə buyurdu: “Bu adamla birlikdə get, sözlərini 
anlayacaq və kitabdakı  məlumatları  sənin üçün aydın bir ərəbcə ilə yazacaq 
tərcüməçi tap”.
Kitabı gətirdikdə Əli (ə) oğlu Həsənə (ə) dedi: “Oğlum! Sənə verdiyim ki-
tabı gətir”. Həsən (ə) kitabı gətirdi. Əli (ə) dedi: “Oğlum sən bu kitabı oxu! Ey 
bu kitabdakılardan xəbərsiz fi lankəs! Sən də Peyğəmbərin (s) imlası və mənim 
öz xətimlə yazdığım bu kitaba bax!”
İmam Həsən (ə) kitabı oxudu. Bir hərfi  belə ondan (kitab) fərqli deyildi. 
Sözlərdə önə keçmə və təxir yox idi (Sözlərin yerləri belə eyni idi). Sanki bir 
nəfər tərəfi ndən iki ayrı şəxsə imla edilmişdi!
Möminlərin əmiri (ə) Allaha həmd və səna edib dedi: “Allaha həmd olsun, 
əgər O istəsəydi ümmət ixtilafa düşməz və bölünməzdi. Həmd olsun o Allah 
ki, Şeytanın dostlarının və tərəfdarlarının sözlərini alçaltdığı və susdurduğu za-
manda məni unutmadı  və  mənim məsələmi tərk etmədi, zikrimi Özünün və 
dostlarının yanında susdurmadı”.
Süleym deyir: “Bu hadisəyə görə imam Əlinin (ə) orada olan şiələri fərəh 
hissi keçirdilər və şükür etdilər. Həmçinin bu hadisə Əlinin (ə) ətrafında olan 
bəzi kəslərin narahatlığına səbəb oldu. Belə ki, narahatlıqları üzlərindən oxunur 
və rəngləri dəyişirdi”.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin