Ali-Muhammedin sirleri indd


İmam Əli (ə) Quranı toplayıb camaata təqdim edir



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə29/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   25   26   27   28   29   30   31   32   ...   410
Ali-Muhemmedin sirleri

İmam Əli (ə) Quranı toplayıb camaata təqdim edir
Onların vəfasızlıqlarını və ona verdikləri sözlərinə xilaf çıxdıqlarını görən 
Əli (ə) evinə qapandı, Quranı yazmağa və (kitab şəklində) toplamağa başladı. 
Toplayanadək evindən çölə çıxmadı. Həmin vaxt Quran səhifələri taxtaların, 
dərilərin və parçaların üzərində yazılırdı.
Nazil olma ardıcıllığını, təvilini, nasix və mənsuxunu öz əli ilə yazıb bütün 
hamısını bir yerə cəm etdiyi vaxt yaşlı səhabə onun yanına adam göndərib çı-
xıb beyət etməsini istədi. Əli (ə) ona bu xəbəri göndərdi: “Mən məşğulam, and 
içmişəm ki Quranı bir yerə toplamadıqca yalnız namaz üçün əbamı çiynimə 
atacağam”.
Bu cavabdan sonra bir neçə gün susdular. İmam (ə) Quranı bir qilaf 
içində toplayıb bitirdi. Sonra camaatın qarşısına çıxdı, onlar Peyğəmbərin (s) 
məscidində Yaşlı səhabənin ətrafında toplanmışdılar. Əli (ə) uca səslə səsləndi: 
“Ey camaat, Peyğəmbərin (s) vəfatından bəri mən onun qüslu, kəfənlənməsi və 
dəfi ni ilə, sonra da Quranın bir kitab şəklində cəm edilməsi ilə məşğul idim. Al-
lahın Peyğəmbərə (s) nazil etdiyi bütün ayələri burada toplamışam. Elə bir ayə 
1 “
Səba” suərsi, ayə 20.


26
Suleym ibn Qeys Hilali
yoxdur ki, burada olmasın, elə bir ayə yoxdur ki, Peyğəmbər (s) mənə oxudub 
və təvilini öyrətməsin”.
Sonra dedi: “Sabah deməyin ki: “Biz bundan qafi l idik”.
1
Ardınca buyurdu: “Sonra qiyamət günü deməyin ki, mən sizi yardımıma 
səsləmədim, haqqımı xatırlatmadım, sizi fatihədən ta sonuncusuna qədər olan 
Allahın kitabına dəvət etmədim!”
Yaşli səhabənin yoldaşi dedi: “Bizim yanımızda olan Quran bizə kifayət 
edir, sənin əlindəkinə ehtiyacımız yoxdur”.
Əli (ə) qayıdıb evinə getdi.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin