27 Ənsarın üzərinə höccətin tamamlanması və verdikləri əhdə vəfa göstərmələri tələbi Gecə olduqda Əli (ə) Fatiməni (ə) ulağın üzərində oturdub, övladları Həsən
(ə) və Hüseynin (ə) əllərindən tutaraq evdən çıxdılar. Peyğəmbər səhabələrindən
elə bir şəxs qalmadı ki, onun evinə getməsinlər. Onlara Allahın haqqını xatır-
latdı, yardım etməyə dəvət etdi. Onun bu dəvətinə yalnız bizim dördümüzdən
savayı heç kim müsbət cavab vermədi. Biz saçımızı qırxıb onun yardımında
hazır idik. Zübeyr bizim aramızda ona ən çox yardım edən şəxs idi.