Ali-Muhammedin sirleri indd


Yaşlı səhabənin iddia etdiyi ləqəblərə qarşı dəlillərin



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə30/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   26   27   28   29   30   31   32   33   ...   410
Ali-Muhemmedin sirleri

Yaşlı səhabənin iddia etdiyi ləqəblərə qarşı dəlillərin 
göstəriləmsi
Səhhakın oğlu yaşlı səhabəyə  dedi: “Əlinin yanına adam göndər ki, beyət 
eləsin. O beyət eləmədikcə biz rahat ola bilmərik. Əgər beyət eləsə, amanda 
olacağıq.
Yaşlı  səhabə adam göndərib dedi: “Peyğəmbər xəlifəsinə beyət et”. Elçi 
gəlib bunu Əliyə  (ə) dedi. Əli (ə) buyurdu: “Sübhanallah! Peyğəmbərin (s) 
adına nə tez yalan uydurdunuz! Həqiqətən də o və onun ətrafındakılar bilirlər 
ki, Allah və  rəsulu məndən başqasını  xəlifə  təyin eləməyib”. Elçi qayıdıb 
deyilənləri onlara söylədi.
Dedi: “Get və de: “Əmirəl-möminin olan yaşlı  səhabəyə beyət et!” Elçi 
gəlib onun dediklərini xəbər verdikdə  Əli (ə) belə buyurdu: “Sübhanallah! 
Əhdinizi nə tez unutdunuz?! Allaha and olsun ki, bu ünvan (Əmirəl-möminin) 
yalnız mənim barədə  həqiqətdir. Peyğəmbər (s) ona əmr etmişdi ki, mənə 
Əmirəl-möminin deyib salam versinlər. O, həmin vaxt yeddi nəfərdən yed-
dincisi idi. O və yeddi nəfərin arasında olan dostu Səhhakın oğlu həmin za-
man Peyğəmbərdən (s) soruşmuşdular: “Bu, Allahdan və rəsulundan gələn bir 
həqiqətdir?” Peyğəmbər də (s) onlara belə cavab vermişdi: “Bəli, həqiqətən, 
həqiqətən də Allahdan və rəsulundan gələn bir haqdır ki, o (Əli) möminlərin 
əmiri, müsəlmanların ağası, üzüağların bayraqdarıdır. Qiyamət günü Allah onu 
Siratın üzərində oturtacaq, dostlarını cənnətə, düşmənlərini isə cəhənnəmə da-
xil edəcək”.
Elçi qayıdıb onun söylədiklərini xəbər verdi. Cavabı  eşidib həmin günü 
artıq susdular.

“Əraf” surəsi, 172-ci ayəyə işarədir.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin