Ali-Muhammedin sirleri indd


HƏDİS 86  1. Küfr dayaqları



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə388/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   384   385   386   387   388   389   390   391   ...   410
Ali-Muhemmedin sirleri

289
HƏDİS 86 
1. Küfr dayaqları
Kuleyni “Kafi ”də Əli ibn İbrahimdən, o da atasından, o da Həmmad ibn 
İsadan, o da İbrahim ibn Əmər əl-Yəmanidən, o da Ömər ibn Uzeynədən, o da 
Aban ibn Əbu Əyyaşdan, o da Süleym ibn Qeys Hilalidən Əmirəl-mömininin 
(ə) belə dediyini nəql edir:
“Küfr dörd dayaq üzərində dayanıb: Fisq, ğüluvv, şəkk və şübhə.
Fisq əhli
Fisq  əhli (günah) dörd qisimdir: cəfa, korluq, qəfl ət və dikbaşlıq (və ya 
həyasızlıq).
Cəfa edən şəxs haqqı alçaldar, fəqihləri (və ya alimləri) bəyənməz və bö-
yük günahda israr edər. Qəlbi kor olan şəxs isə, Allahı yad etməyi unudar, 
zənnə tabe olar, Xaliqi ilə mübarizə aparar, Şeytan onu rahat buraxmaz, tövbə 
etmədən, itaət etmədən və  qəfl ətdən ayılmadan bağışlanma diləyər. Qəfl ətdə 
olan kəs isə özünə qarşı cinayət törədər; beli üstə çevrilər (işləri alt-üst olar); 
zəlaləti hidayət sanar, arzular onu aldadar; iş işdən keçincə, pərdələr üzərindən 
qalxınca və ümid etmədiyi şeylərlə qarşılaşınca təəssüf keçirər və peşman olar. 
Dikbaş kəs isə Allahın əmrinə qarşı çıxıb şəkkə düşər. Hər kim şəkk etsə kərim 
olan Rəbbinə qarşı qürurlandığı və həddi aşdığı kimi Allah ona yüksəkdən ba-
xar, yenilməz qüvvəsilə onu alçaldar və cəlalıyla onu kiçildər.
Ğüluvv əhli
Ğulüvv  əhli (həddi aşanlar) dörd qisimdir: fi kirdə (rəydə) dərinləşmək, 
onun uğrunda mübahisə eləmək, yolu itirmək və qarşı çıxmaq.
Öz rəyində dərinləşən şəxs haqqa dönməz, nöqsanlarda boğulmaqdan baş-
qa heç nəyi artıra bilməz, bir fi tnədən uzaqlaşıb başqa bir fi tnəyə mübtəla olar 
və dini zay olub gedər. Qarışıq məsələlərdə məhv olar. Hər kim öz rəyinə görə 
camaatla mübahisə eləsə inadkarlığı səbəbindən axmaqlıqla məşhurlaşar. Yol-
dan azan şəxsə gözəllik pis və pislik isə gözəl görünər. Kim qarşı çıxıb ayrılsa 
yolları bağlanar və işlərinə etiraz edilər. Möminlərin yolunu izləmədikcə çıxış 
yolu daralar.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   384   385   386   387   388   389   390   391   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin