14
Suleym ibn Qeys Hilali
HƏDİS 1
Peyğəmbərin (s) mübarək ömrünün son anlarında
söylədikləri
Süleym deyir: Salman Farsinin belə dediyini eşitdim: “Peyğəmbərin (s)
ölümü ilə nəticələnən xəstəliyi vaxtı onun yanında oturmuşdum. Fatimə (ə)
içəri daxil oldu. Peyğəmbərdəki (s) zəifl iyi gördükdə qəhərləndi və gözyaşları
yanaqlarına axmağa başladı.
Peyğəmbər (s) buyurdu: “Ey qızım, niyə ağlayırsan?”
Dedi: “Ey Allahın elçisi! Səndən sonra özümün və övladlarımın həlak ola-
cağından qorxuram”.
Ali-Muhəmməd (s) Allahın yer üzündəki ən xeyirli
məxluqlarıdır
Peyğəmbər (s) gözləri yaşla dolaraq dedi: “Ey Fatimə, biz o Əhli-Beytik
ki, Allah bizim üçün axirəti dünya üzərinə seçib. O, ölümü bütün məxluqlarının
dadacağına hökm verib.
Həqiqətən, Uca Allah yer üzünə bir dəfə nəzər saldı
və məni onların arasından seçdi və nəbi etdi. Sonra ikinci dəfə yer üzünə nəzər
saldı, sənin ərini seçdi
və səni onunla evləndirməyi, onu özümə qardaş, vəzir,
vəsi seçməyimi, ümmətim arasında xəlifəm təyin etməyi mənə əmr etdi.
Sənin atan nəbi və rəsulların, ərin isə vəsi və vəzirlərin ən xeyirlisidir. Sən
əhlimdən mənə qovuşacaq ilk şəxssən. Uca Allah
üçüncü dəfə yer üzünə nəzər
saldıqda səni, həmçinin sənin və qardaşım olan ərinin övladlarından on bir
nəfəri seçdi.
Dostları ilə paylaş: