Ali-Muhammedin sirleri indd


“KİTABU SÜLEYM İBN QEYS



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə11/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   7   8   9   10   11   12   13   14   ...   410
Ali-Muhemmedin sirleri

13
“KİTABU SÜLEYM İBN QEYS 
ƏL-HİLALİ”
I HİSSƏ


14
Suleym ibn Qeys Hilali
HƏDİS 1
Peyğəmbərin (s) mübarək ömrünün son anlarında 
söylədikləri
Süleym deyir: Salman Farsinin belə dediyini eşitdim: “Peyğəmbərin (s) 
ölümü ilə  nəticələnən xəstəliyi vaxtı onun yanında oturmuşdum. Fatimə  (ə) 
içəri daxil oldu. Peyğəmbərdəki (s) zəifl iyi gördükdə qəhərləndi və gözyaşları 
yanaqlarına axmağa başladı.
Peyğəmbər (s) buyurdu: “Ey qızım, niyə ağlayırsan?”
Dedi: “Ey Allahın elçisi! Səndən sonra özümün və övladlarımın həlak ola-
cağından qorxuram”.
Ali-Muhəmməd (s) Allahın yer üzündəki ən xeyirli 
məxluqlarıdır
Peyğəmbər (s) gözləri yaşla dolaraq dedi: “Ey Fatimə, biz o Əhli-Beytik 
ki, Allah bizim üçün axirəti dünya üzərinə seçib. O, ölümü bütün məxluqlarının 
dadacağına hökm verib. Həqiqətən, Uca Allah yer üzünə bir dəfə nəzər saldı 
və məni onların arasından seçdi və nəbi etdi. Sonra ikinci dəfə yer üzünə nəzər 
saldı, sənin ərini seçdi və səni onunla evləndirməyi, onu özümə qardaş, vəzir, 
vəsi seçməyimi, ümmətim arasında xəlifəm təyin etməyi mənə əmr etdi.
Sənin atan nəbi və rəsulların, ərin isə vəsi və vəzirlərin ən xeyirlisidir. Sən 
əhlimdən mənə qovuşacaq ilk şəxssən. Uca Allah üçüncü dəfə yer üzünə nəzər 
saldıqda səni, həmçinin sənin və qardaşım olan ərinin övladlarından on bir 
nəfəri seçdi.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin