15 Allahın Fatiməyə (ə) ikramı Ey qızım, məgər bilmirsən ki, ümmətimin və Əhli-Beytimin ən xeyirlisi ilə
səni evləndirməyi Allahın sənə olan ikramıdır?! Qardaşım ümmətimin sülhdə
ən öndə olanı, ən əzəmətli helm sahibi, ən elmlisi, ən möhtərəm nəfs sahibi, ən
doğru danışanı, ən şücaətli qəlb maliki, ən səxavətlisi, dünyada ən zahidi və
cihadda ən güclüsüdür”.
Peyğəmbərin söylədiklərindən Fatimə (ə) sevindi.
Əmirəl-mömininin (ə) üstün xüsusiyyətləri Sonra Peyğəmbər (s) ona dedi: “Həqiqətən də, Əli ibn Əbu Talibin səkkiz
üstün xüsusiyyəti vardır ki, insanlardan heç birində yoxdur:
Hər kəsdən öncə Allaha və rəsuluna iman gətirib, ümmətimdən heç kim bu
işdə ondan önə keçməyib. Allahın kitabının və sünnətimin bütün elmini bilir,
ərindən savayı ümmətimdən heç kim onların hamısının elminə sahib deyil. Çün-
ki Allah mənə yalnız mənim və onun biləcəyi elmləri öyrətdi, hətta bu elmləri
mələklərinə və rəsullarına belə öyrətməyib. Bu elmləri mənə öyrətdi və bunları
Əliyə də öyrətməyimi mənə əmr etdi. Mən də bu əmri yerinə yetirdim. Ondan
başqa ümmətim arasında bütün elmimi, fəhmimi və fi qhimi bilən yoxdur.
Ey qızım, sən onun zövcəsisən, onun iki övladı - nəvələrim Həsən və Hü-
seyn bu ümmətin nəvələridir. Əli ümməti yaxşılıqlara dəvət edən və pisliklərdən
çəkindirəndir. Həqiqətən də Uca Allah ona hikmət və fəsahətli xitab bəxş edib.