Ali-Muhammedin sirleri indd


 İmam Əlinin (ə) Müaviyəyə cavabı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə201/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   197   198   199   200   201   202   203   204   ...   410
Ali-Muhemmedin sirleri

6. İmam Əlinin (ə) Müaviyəyə cavabı
Süleym deyir: “Əmirəl-möminin (ə) onun məktubuna belə cavab yazdı: 
“Rəhman və Rəhim olan Allahın adı ilə! Sənin məktubunu oxudum. Əlinlə yaz-
dıqlarından, sözünün uzunluğundan, ümmətin başına gələn böyük bəladan və 
sənin kimi birisinin bu ümmətin camaatı və seçilmişləri adından danışıb, nəzər 
yürütməsi təəccübümü daha da artırdı. Sən kim olduğunu və kimin oğlu oldu-
ğunu, mənim də kim olduğumu və kimin oğlu olduğumu yaxşı bilirsən!
Yazdığın məktuba yaxında cavab verəcəyəm. Amma nə sənin, nə də sənin 
eyni  fi kirdə olan vəzirin Nabiğənin oğlu  Əmrin anlayacağını düşünmürəm. 
Sənə bu məktubu yazmağı o əmr etdi və sözlərini sənin üçün bəzədi. İblislə 
səhabələri də bu işdə hazır idilər. 
Allaha and olsun, Peyğəmbər (s) mənə xəbər verib və tanıdıb ki, minbərinin 
üzərində on iki nəfər Qüreyşdən olan azdırıcı  rəhbərlərin, onların minbərinə 
dırmandığını və meymun sifətində oradan endiyini görmüşdür. Onlar ümmətini 
doğru yoldan azdıranlardır. Onların adlarını, hər birinin nə  qədər  şahlıq 


Ali-Muhəmmədin sirləri
149
edəcəyini bir-bir mənə bildirib. Onlardan on nəfər Bəni-Üməyyədən, ikisi isə 
Qüreyşin iki fərqli qəbiləsindəndirlər. Bütün ümmətin yükü və onların əzabları 
qədər yük və əzab bu iki kəsrin üzərindədir. Haqsız yerə axıdılan elə bir qan, 
haram olan elə bir namus və yanlış verilən elə bir hökm yoxdur ki, yükü bu 
ikisinin vəbalında olmasın.
Peyğəmbərin (s) belə dediyini eşitdim: “Əbul-As oğulları otuz nəfərə çat-
dıqda Allahın kitabını camaatı aldatmaq, Allah bəndələrini özlərinə kölə və var-
dövləti (beytul-malı) isə öz sərvətləri edərlər”.
Peyğəmbər (s) mənə dedi: “Ey qardaşım, sən mənim kimi deyilsən. Uca 
Allah mənə haqqı aşkar bəyan etməyimi əmr etdi və məni insanlardan qoru-
yacağını bildirdi, mənə tək olsam belə savaşmağı əmr elədi və buyurdu: “Al-

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin