Ali-Muhammedin sirleri indd


Təqvalıların vəsfl əri haqqında İmam Əlinin (ə) xütbəsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə280/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   276   277   278   279   280   281   282   283   ...   410
Ali-Muhemmedin sirleri

Təqvalıların vəsfl əri haqqında İmam Əlinin (ə) xütbəsi 
Aban ibn Əbu  Əyyaş Süleym ibn Qeysdən nəql edir: İmam  Əlinin (ə) 
səhabələrindən Həmmam ayağa qalxdı. O, abid və çalışqan bir şəxs idi. Dedi: 
“Ey Əmirəl-möminin, mənim üçün möminlərin xüsusiyyətlərini elə bəyan et 
ki,  sanki mən onları müşahidə edirəm”. 
İmam Əli (ə) bir qədər sükut edərək buyurdu: “Ey Həmmam, Allah qarşı-
sında təqvalı ol və yaxşı əməllər et! Həqiqətən, Allah Onun qarşısında təqvalı 
olub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir”. Həmmam dedi: 
“Səni hörmətli, xüsusi edən, sevən və fəzilətli edənin haqqına and verirəm, o 
şəxsləri mənim üçün vəsf et”.
Möminlərin-əmiri ayağa qalxdı. Allaha həmd və səna etdi, Peyğəmbərinə 
və Əhli-Beytinə salavat söylədi. Sonra buyurdu: 
“Həqiqətən də Allah məxluqları yaratdı. Onları yaradır, amma itaətlərinə 
ehtiyacı yoxdur və üsyanlarından da amandadır. Çünki üsyankarın güna-
hı Ona bir zərər, itaətkarın itaəti də fayda verməz. Onların arasında məişət 
və dolanışıqlarını bölüşdürdü, hər birini özünə layiq və münasib mövqedə 
yerləşdirdi. Adəmi ora endirməsi Allahın qadağasını pozması,  əmrinə xilaf 
çıxması və asi olmasına görə idi.
Mömin dünyada 
Möminlər dünyada fəzilət sahibidirlər. Danışıqları düzgün, geyimləri 
orta səviyyədə, rəftarları isə təvazö üzrədir. Allaha itaətdə mütidirlər, Allahın 
haram etdiyi şeylərə göz yumar və qulaqlarını yalnız faydalı elm eşitməyə 
həsr edərlər. Bəlada da, asayişdə  də eyni əhvalda olarlar. Allahın qəzasına 
razıdırlar. 
Əgər Allahın onlar üçün təyin etdiyi əcəl olmasaydı, savabın şövqündən 
və cəzanın qorxusundan ruhları bir göz qırpımı qədər belə bədənlərində qal-
mazdı. Allah onların ruhlarında çox böyük cilvələnmiş və Ondan qeyrisi isə 
gözləri önündə çox kiçik, zəlil və xar görünür. 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin