Ali-Muhammedin sirleri indd


HƏDİS 62 On iki vəsi haqqında Peyğəmbərin (s) sözləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə348/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   344   345   346   347   348   349   350   351   ...   410
Ali-Muhemmedin sirleri

253
HƏDİS 62
On iki vəsi haqqında Peyğəmbərin (s) sözləri
Süleym Salmanın belə dediyini eşitdiyini söyləyir: “Ya Peyğəmbər (s), Al-
lah səndən əvvəl elə bir peyğəmbər göndərmədi ki, özündən sonra vəsisi ol-
masın. Bəs sənin vəsin kimdir, ya Peyğəmbəri?” Peyğəmbər (s) buyurdu: “Ey 
Salman! Bu barədə Allahdan mənə bir göstəriş gəlməyib”.
Bir az dayandıqdan sonra mənə dedi: “Ey Salman! Soruşduğun məsələ 
barədə Allahdan mənə vəhy gəldi. Ey Salman, səni şahid tuturam ki, Əli ibn 
Əbu Talib mənim vəsim, qardaşım, varisim, vəzirim, ailəm arasında xəlifəm, 
məndən sonra hər bir möminin vəlisi, borcumu ödəyən və sünnəmə görə 
döyüşəcək şəxsdir.
“Ey Salman! Allah yer üzünə (məxluqlarına) nəzər salıb onlardan məni 
seçdi. Sonra ikinci dəfə  nəzər salıb onların arasından qardaşım  Əlini seçdi. 
Mənə onu cənnət qadınlarının seyyidəsi ilə evləndirməyimi  əmr etdi. Sonra 
üçüncü dəfə baxıb Fatiməni və vəsilərimi seçdi. Onlar oğlum Həsən, Hüseyn 
və qalanları da Hüseynin övladlarındandır.
Onlar Quranla və Quran da onlarladır”. Sonra iki işarə barmağını yan-yana 
gətirib – “Bunlar kimi (Kövsər) hovuzunun başında mənə qovuşana qədər Qu-
ran onlardan və onlar da Qurandan ayrılmazlar. Bir-birinin ardınca gələrlər. 
Allahın məxluqları üzərindəki şahidləri və yer üzündəki höccətləridirlər. Kim 
onlara itaət etsə Allaha itaət etmişdir və kim onlara qarşı çıxsa Allaha qarşı çıx-
mışdır. Onların hamısı hidayət olmuş və hidayət edəndirlər.
Bu ayə  mənim, qardaşım  Əlinin, qızım Fatimənin, oğullarım və Hüsey-
nin nəslindən bir-biri ardınca gələcək olan vəsilər haqqındadır: “Ey Əhli-Beyt! 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin