Ali-Muhəmmədin sirləri
7
kimi qədim alimlərin də sözlərində istifadə edilmişdir. Eləcə də Əllamə Hil-
li, Şəhidus-Sani,
Mir Damad, Qazi Tustəri, Şeyx
Hürr Amili, Əllamə Məclisi,
Şeyx Bəhrani və Əllamə Tehrani kimi sonrakı əsr alimlərinin də kitablarında
zikr edildi.
Kitabın xüsusiyyətlərindən
biri də budur ki, istər şiə, istər sünni alimlərinin
nəzərində bu kitabın varlığı məşhur olub. Həmçinin şiənin
nəzərində onun
mötəbər olduğu da hər kəs tərəfi ndən qəbul edilib. On dörd əsrdir ki, bu kitaba
istinad edilərək hədislər kitablarda nəql edilməsi də kitabın
məşhurluğuna baş-
qa bir dəlildir.
Burada kitab haqqında deyilmiş bəzi fi kirləri sizə təqdim edirik. İlk olaraq
qeyri-şiə alimlərinin fi kirlərindən başlayaq:
1. İbn Nədim (h.385ci ildə vəfat edib): “Bu məşhur kitab “Kitabu Süleym
ibn Qeys”dir.
1
2. İbn Əbu Hədid (h.656): “Süleymin məzhəbi mərufdur. Onun kitabı öz
aralarında “Kitabu Suleym” kimi tanınır”.
2
3. Qazi Bədrəddin Səbki (h.769) deyir: “Şiənin ilk qələmə alınmış kitabı
“Kitabu Suleym ibn Qeys əl-Hilali”dir.
3
4. Məhəmməd ibn Abdullah əd-Dəməşqi (h.796): “Şiələrin ortaya çıxan ilk
kitabı “Kitabu Suleym ibn Qeys əl-Hilali”dir. Bu məşhur kitabdır”.
4
Şiələrdən:
Numani, İbn Ğəzair, Şeyx Hürr Amili, Seyid Haşim Bəhrani, Əllamə
Məclisi, Muhəddis Nuri,
Muhəddis Qumi, Əllamə Tehrani, Seyid Əmin Amuli,
Əllamə Əmini və Əllamə Mərəşi Nəcəfi nin sözlərinə əsasən bu kitab şiələr ara-
sında məşhur, qədim əsrlərdən əlimizə çatmış və mühəddislərin ondan hədislər
nəql etdiyi bir kitabdır.
Dostları ilə paylaş: