Alınma üsulları.
1.Sənayedə alkenlər neft fraksiyasının krekinqindən alınır. Əsas məhsul kimi etilen, propilen və
butilenlər alınır:
СnH2n+2 - H2 -> CH2=CH2
СnH2n+2 - H2 -> CH2=CH-CH3
Krekinq zamanı parçalanma ilə yanaşı alkanların dehidrogenləşməsi də baş verir.
2. Alkenlərin digər sənaye alınma üsulu müvafiq alkanları katalizator iştirakı ilə dehidrogenləşdirməkdir:
3. Alkenlər laboratoriyada spirtlərin dehidratlaşmasından alınır. Bunun üçün spirti 160-1700C- də H2SO4-lə, yaxud 350-4000CdəAl2O3 ilə qızdırmaq lazımdır:
СН3 −СН2ОH -> СН2 = СН2
Dehidratlaşma prosesi spirtin təbiətindən asılıdır. Üçlü spirtlərdən su daha asan ayrılır. Spirtlərdən suyun ayrılması Zaytsev qaydasına uyğun olaraq gedir: «spirtlərdən su ayrılan zaman hidrogen ən az hidrogeni olan karbon atomundan ayrılır»:
4. Alkil halogenidləri qələvinin spirtdə məhlulunda qızdırdıqda hidrogen-halogenidin ayrılması
hesabına alkenlər alınır:
СН3 - СН2Cl -> СН2 = СН2
5. Halogeni qonşu karbonlarda olan alkanların dihalogenli törəmələrinə sink və ya maqneziumla təsir
etdikdə də alkenlər alınır:
6. Alkenləri almaq üçün bəzi hallarda asetilen karbohidrogenlərini Pd katalizatorunun iştirakı ilə
seçici hidrogenləşdirirlər.
Dostları ilə paylaş: |