Alkenlər 1 ədəd ikiqat rabitəsi olan karbohidrogenlərə alkenlər deyilir. CnH2n ümumi formula malikdir. İlk nümayəndəsi etilendir. Valent bucağı 120 (sp2), c-c rab uzunluğu 0,134 nm Bütün alkenlərdə 2C həmişə sp2 şəklindədir. Adlandırılması



Yüklə 18,11 Kb.
səhifə3/3
tarix12.05.2022
ölçüsü18,11 Kb.
#57754
1   2   3
Alkenlər

Fiziki xassələri. Alkenlərin ilk dörd nümayəndəsi qaz, C5-C17 nümayəndələri maye, sonrakılar isə bərk maddələrdir. Normal quruluşlu alkenlər şaxəli quruluşluya nisbətən, eləcə də sis-izomerlər onlara müvafiq trans-izomerlərdən yuxarı temperaturda qaynayır. Alkenlərin sıxlığı vahiddən kiçikdir. Lakin onların sıxlığı alkanlarınkından yüksəkdir.

Kimyəvi xassələri

1. Hidrogenin birləşməsi (hidrogenləşmə). Alkenlər katalizator (Pt, Pd) iştirakında özlərinə hidrogeni

birləşdirərək alkanlara çevrilir:



2. Halogenlərin birləşməsi (halogenləşmə). Alkenlər halogenlərlə çox asan birləşir və alkanların visinal dihalogenidləri əmələ gəlir:

Alkenlərə bromun birləşməsi əsasən ion mexanizmi ilə gedir. Əvvəlcə brom ikiqatrabitəyə hücum

edir, elektronları özünə çəkərək π-kompleksi əmələ gətirir. Sonra brom anionu (Br-) ayrılır və oda öz

növbəsində karbo kationa birləşir:



3. Hidrogen-halogenidin birləşməsi. Alkenlərə hidrogen halogenidlər asanlıqla birləşir:

HC birləşmə reaksiyasına daha asan daxil olur. Qeyri-simmetrik alkenlərə hidrogen-halogenidlərin birləşməsi Markovnikov qaydası ilə gedir: «hidrogen ikiqat rabitə yanında hidrogeni çox olan karbon atomuna birləşir»:

Markovnikov qaydası ion mexanizmilə gedən reaksiyalarda özünü doğruldur. Birləşmə radikal mexanizmilə getdikdə bu qayda pozulur (Karaşeffekti):

4.Suyun birləşməsi (hidratlaşma).Turş katalizatorların iştirakı ilə yüksək temperaturda alkenlərə su birləşərək spirt əmələ gətirir:

5. Alkanların birləşməsi (alkilləşmə). Alkenlər turşu (H2SO4, H3PO4) iştirakında alkanlar la birləşir və karbohidrogen zənciri uzanır. Məsələn, izobutilenlə izobutanın qarşılıqlı təsirindən yüksək oktan ədədli matoryanacağı (AU-95 benzini) olanizooktan (2,2,4-trimetilpentan) alınır:

6. Oksidləşmə. Alkenləri oksigenlə və müxtəlif oksidləşdiricilərlə (KMnO4, K2Cr2O7vəs.) oksidləşdirdikdə müxtəlif məhsullar alınır: a) alkenlər gümüş katalizatorunun iştirakında havanın oksigen ilə oksidləşdikdə üzvi oksidlər-epoksidlər alınır:

a) alkenlər gümüş katalizatorunun iştirakında havanın oksigenilə oksidləşdikdə üzvi oksidlərepoksidlər alınır:

b) alkenlərkalium-permanqanatın təsirilə qlikollara çevrilir (Vaqnerreaksiyası): Bu reaksiyada KMnO4- ün bənövşəyi rəngi yox olur. Buna əsasən ikikat rabitə vəsfi olaraq təyin edilir:

c) alkenlər ozonla ozonidlər əmələ gətirir (Qaries reaksiyası). Bu reaksiyadan alkenlərdə ikiqat rabitənin yerini təyin etmək üçün istifadə edilir. Alınmış davamsız və partlayıcı ozonidlər su ilə parçalanır və aldehidlər alınır:



ç) alkenlər xlorlu su ilə də oksidləşir:

7. Polimerləşmə. Alkenlərin səciyyəvi reaksiyalarından biri polimerləşmə reaksiyasıdır.

Tətbiqi. Sənayedə alkenlər əsasında polimerlər, spirtlər, halogenli törəmələr, aldehidlər, turşular vəs.

Alınır. Etilen meyvələrin yetişməsini sürətləndirir.
Yüklə 18,11 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin