Alkenlər
1 ədəd ikiqat rabitəsi olan karbohidrogenlərə alkenlər deyilir. CnH2n ümumi formula malikdir. İlk nümayəndəsi etilendir. Valent bucağı 120 (sp2), C-C rab uzunluğu 0,134 nm
Bütün alkenlərdə 2C həmişə sp2 şəklindədir.
Adlandırılması.
Tarixi (trival)
Alkanların adındakı “an” sonluğu “ilen” ilə əvəz edilir.
Səmərəli (Rasional)
Etilenin törəməsi kimi baxılır. C=C etilen qəbul edilir, radikallar kiçikdən böyüyə deyilir.
BN (sistematik)
2 qat rabitənin daxil olduğu ən uzun karbon zənciri seçilir (əsas zəncir) 2 qat rabitə yaxın olan ucdan nömrələnmə başlanır. Radikalın asıldığı karbonun nömrəsi, radikalın adı (kiçikdən, böyüyə) deyilir. Ən sonda əsas zəncirdəki alkenin adını və iki qat rabitənin başladığı karbonun nömrəsi deyilir.
Əgər ikiqat rabitə hər iki ucdan eyni məsafədə olarsa onda,
Şaxə çox olan tərəfdən nömrələnmə başlanır
Kiçik radikal olan ucdan nömrələnmə başlanır
İzomerlik
Quruluş izomerliyi- karbon zəncirinin şaxələnməsi nəticəsində yaranıb (Butilendən başlayır)
Vəziyyət izomerliyi- İki qat rabitənin yerini dəyişməsi ilə yaranıb (butilendən başlayır)
Siniflərarası izomerlik- tsikloalkanlardır. (propilendən başlayır)
Fəza izomerliyi (seleo, həndəsi, sis-trans)
Əgər C=C rabitəsinə birləşmiş 2 eyni əvəzedici C=C rabitəsindən eyni tərəfdədirsə sis, müxtəlif tərəfdədirsə trans izomerliyi əmələ gəlir.
Onu da qeyd edim ki, rabitə ucdan olan alkenlərin sis-trans izomerliyi yoxdur.
Quruluşu. Alkenlərdə karbonun rabitə yaradan elektron orbitalları sp2 - hibridləşmə halındadır. Bu da bir s- və iki p- orbitalların hibridləşməsindən əmələ gəlir. sp2-Orbitallar bir müstəvi üzərində yerləşir və aralarındakı bucaq 1200 təşkil edir. Karbon atomunun hibridləşmədə iştirak etməyən porbitalı sp2hibrid orbitallarının müstəvisinə perpendikulyar istiqamətdə yerləşir
Etilendə üç sp2-hibrid orbitallarından biri karbon atomları arasında (sp2-sp2), ikisi isə karbonla hidrogen atomları arasında (sp2-s) σ-rabitə yaradır. Hər karbon atomunun hibridləşməyən p-orbitalı (pz) bir-birilə qismən örtülərək π-rabitəni əmələ gətirir
Dostları ilə paylaş: |