Tofiq Hüseynov. Xocalı özünümüdafiə batalyonunun komandiri idi. Ermənilər Meşəliyə hücum
edərkən on iki nəfər həmkəndlisi ilə soydaşlarını xilas etməyə getmişdi. Onlar burda xeyli erməni qırmışdılar.
Xocalı döyüşündə qəhrəmancasına həlak olmuşdur.
Əlif Hacıyev. Ermənilər vaxtı ilə onu şərə salmışdılar. Dörd il həbsxanada yatmışdı. Xocalı
aeroportunda komendant işləyəndə «Qolos Armenii» qəzetində «Komendant aeroporta-opasnıy prestupnik» adlı
iri məqalə dərc olunmuşdu. O, dəstəsi ilə hara yedirdisə, ermənilər qaçıb gizlənirdi. Son döyüşdə aeroportun
pultunu partlatmışdı. Əhalini xilas edərkən qəhrəmancasına həlak olmuşdur.
Dostları ilə paylaş: |