Rövşən Həsənov. Çoxlu əməliyyatlarda iştirak etmişdir. Stepanakert və ətraf erməni kəndlərini
vahiməyə salan «Alazan» dəstəsinə başçılıq edirdi. Döyüşdə yaralanmış və əsir düşmüşdür.
Həsən Orucov. Bu cəsur adam gecə əməliyyatlarında fəal iştirak edirdi. 18 baş erməni malının
kompleksdən çıxarılmasında fəal iştirak etmişdi. Özünün və qonşusunun heyvanlarını mühasirədən çıxarıb,
İmanla birlikdə Ağdama gətirmişdi. O, Xocalıya qüvvə aparmağı və xocalıları salamat çıxartmağı da öz
boynuna götürmüşdü.
Hümbət İsbəndiyarov. Vuruşa-vuruşa salamat çıxmış, oğlunu döyüşdə itirmişdi. Hadisədən sonra üç
dəfə Xocalıda olmuş, lazımi məlumat əldə etmişdi. Hümbət kişinin dəqiq informasiyası sayəsində Xanabad
ərazisində 15-ə qədər erməni texnikası və canlı qüvvəsi məhv edilmişdir.
Felmar Rzayev. Xocalının Həsənabad kəndində yaşayırdı. Felmarın adı gələndə ermənilər tir-tir
[56-
57]
əsirdi. Əlaqədar təşkilatların maymaqlığı üzündən həsənabad ermənilərə verildi. Kənd sakinlərinin bir qismi
İsmayıllı rayonuna, bir qismi isə Xocalıya pənah gətirdi. Quldur yuvasına çevrilən Həsənabadı Felmar Rzayev
dağıtdı. O, Füzuli və Məmmədlə birlikdə quldurlar yerləşən uşaq bağçasını, idarə binasını, yaşayış evini
partlatdı. Ballıca, Şuşakənd, Həsənabad yolunda pusqular təşkil edib, çoxlu quldur qətlə yetirdi. 1992-ci il fevral
ayının 7-də malıbəyliləri xilas etmək üçün dəstəsi ilə Həsənabada hücum etdi. Çoxlu quldur məhv etdilər. Özü
isə ayağından ağır yaralandı.
|