ARAZ SƏLİMOV KİMDİR!
İlk nəzərdə bu oğlan boylu-buxunlu cavanların yanında çox cılız görünərdi. Ancaq 1988-ci ildən
erməni—Azərbaycan münaqişəsi başlayandan bəri Araz erməni təxribatlarına qarşı təxribatla cavab verməyə
başlamışdı. hələ 1989-cu ildə o, tovuzlu Aliklə birlikdə Daşbulaq yaxınlığındakı körpünü partlatmışdı. Bununla
da Stepanakert—Mardakert əlaqəsi xeyli müddət kəsilmişdi. Körpü bərpa olunandan sonra isə körpüdə keşik
çəkən erməni keşikçisini öldürmüşdü.
Araz tez-tez erməni ovuna çıxmağı özünə peşə seçmişdi. Mehdikənd fermasının. çobanı Arazın anasına
söydüyünə görə o, Vüqarla birlikdə üç gün onu hərlədi və axırda tir tüfəngi ilə vurub atdan yerə saldı və
yaxınlaşıb:—Ə dığa, sənin ananı...
Erməninin yalvarmasına baxmayaraq, bir güllə də təpəsinə çaxmışdı.
Bir gecə Araz Mehdikənd fermasının kolxoz sədrini qətlə yetirmişdi. Partlatdığı körpünün yanında
əlində qoşalülə şəldə gizlənərək Qozbulaqda dayanan «Volqa» maşınına atəş açıb dörd erməni öldürmüşdü.
Harda bir azərbaycanlı öldürülürdüsə, Araz onun qisasını almayınca dinclik tapmırdı. Xocalı özünümüdafiə
batalyonu yaranandan sonra Araza pulemyot da vermişdilər.
Xocalı faciəsində o özünü, atası Bahaduru, qardaşları Fəxrəddini, Mikayılı, əmisi Seydini, Tofiqi,
[41-
42]
bibisi oğlu Vaqifi itirdi. İndi Arazgilin kişi nəslini davam etdirən yalnız onun oğlu üç yaşlı İlqardır. İlqar da
odun-alovun içərisindən keçib gəlib.
Dostları ilə paylaş: |