24
ALLAHA İNANDIM
İsmayıl Əbdüləli oğlu Əliyev də bu hadisədə qarlı, çovğunlu dağlarla erməni quduzlarının əlindən qaçıb
qurtarmaq istəyirdi.
İsmayılın dediklərindən:— Qaraqayanın üst tərəfindəki su stansiyasının yanında Ağamalı müəllimin
oğlu Müşfiq budundan ağır yaralanmışdı. Mən də taqətdən düşüb, onun yanında oturmuşdum. Müşfiq bir
qumbara tutub deyirdi:
— Ermənilər gəlsə partladıb özümü də, onları da öldürəcəyəm.
Bir az keçmiş üç nəfər avtomatlı erməni bizə tərəf gəldi. Mən qorxudan donub qalmışdım. Müşfiq
arxası üstə uzanıqlı halda qumbaranı əlində hazır tutmuşdu. Ermənilər artıq mənim beş metrliyimdə idilər.
Tərpənmədiyimi görüb, biri «ara, merala», yəni «ayə, ölüb» deyərək çıxıb getdilər. Elə həmin andan Allahın
varlığına olan şübhəm alt-üst oldu.
[44-45]
Dostları ilə paylaş: