Xocalı rayon prokuroru, kiçik ədliyyə müşaviri
A. ATAKİŞİYEV.
XOCALILAR
Etibar Allahyarov, Ələstan Xudayarov. Qisasçılar dəstəsinin fəalları idilər. Xocalıda yüzlərlə erməni
maşınını və ermənini şil-küt etmişdilər. Ermənilər də yollarını dəyişərək Bozdağın zirvəsindən salmağa məcbur
olmuşdular.
Xasay Xəlilov. O, pulemyotla ermənilər yaşayan Böyük Noraguğ kəndini didərgin salmışdı. Mehdikənd
fermasından 105 mal-qara gətirmişdi. Vuruşmada budundan yaralanmışdı.
Füzuli Rüstəmov. Xocalı əhalisini xilas edərkən qəhrəmancasına həlak olmuşdur.
İlham Qarayev. Əlif Hacıyevin başçılıq etdiyi Xocalı OMON dəstəsinin snayperi idi. On beşdən çox
erməni məhv etmişdi. Ermənilər İlhamın qorxusundan nə biçənəyə, nə də meşəyə çıxa bilirdilər. Elə ona görə də
biçənəklərdən və meşələrdən son vaxtlar xocalılar istifadə edirdilər.
Yaqub Quliyev. 1988-ci il sentyabrın 18-də ermənilər Xocalıya hücum edəndə xeyli erməni qırmışdı.
Dostları ilə paylaş: |