İnqilab İsmayılov. Xocalı milis şöbəsinin əməkdaşı. İnqilab yoldaşları Xaqani və Kərəmlə birlikdə
dəfələrlə erməni quldurlarının hücumlarını dəf etmişdi. O, faciə zamanı əhalinin kənddən çıxması üçün çox iş
görmüşdü. Sonralar Fərrux uğrunda döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Ramiz və Akif qardaşları. Meşədə üç erməni öldürmüş, silahlarını və Xocalının məhvi üçün onlarda
olan planı ələ keçirmişdilər. Bir silahlı erməni və səkkiz baş mal-qara da Kətik meşəsindən gətirmişdilər. Xocalı
batalyonunun indi də fəal üzvləridirlər. Dəfələrlə uğurlu döyüşlərdə olublar.
[55-56]
Dostları ilə paylaş: |